Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2337/2024 18.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Fərdi sahibkar Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Fərdi sahibkar Şəxs barəsində 12 iyun 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai ünvanında yerləşən Şəxs fəaliyyət göstərdiyi “X6” obyektində 12 saylı ƏVBİ-in qərarına əsasən operativ vergi nəzarəti tədbirinin keçirilməsinə maneə olunması faktı aşkar edilmişdir. Bununla da, Şəxs inzibati xəta törətmişdir. Buna görə də Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 bildirdi ki, Şəxs “X6”-in müdiridir, fərdi sahibkardır. Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai ünvanında yerləşən Şəxs fəaliyyət göstərdiyi “X6” obyektində 12 saylı ƏVBİ-in qərarına əsasən operativ vergi nəzarəti tədbirinin keçirilməsinə maneə olunması faktı aşkar edilmişdir. Bununla əlaqədar, müvafiq sənədləşmə aparılmış, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Vergi İdarəsinin əməkdaşları onun istifadəsində olan “X6” obyektinə yoxlama aparmağa gəldikdə o, rayonda olmuşdur. Ona zəng etdikdə o, onlara sonra gəlmələrini bildirmişdir. Yoxlama aparılan zaman onun obyektində heç bir işçi olmamış, obyektdə onun qızı və bacısı qızı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs fəaliyyət göstərdiyi “X6” obyektində 12 saylı ƏVBİ-in qərarına əsasən operativ vergi nəzarəti tədbirinin keçirilməsi məqsədilə oraya getmişlər. Həmin vaxt Şəxs obyektdə olmamışdır. Onunla telefon vasitəsi ilə əlaqə saxlamışlar. O, onlara həmin günü gələ bilməyəcəyini rayonda olduğunu bildirmişdir. Onlar obyektə getdikləri zaman obyektdə iki nəfər şəxs var idi. Şəxs onlara bildirmişdir ki, obyektdəki şəxslər onun qızı və bacısı qızıdır. Obyektdə heç bir işçi yoxdur. Onlar Şəxs telefon vasitəsi ilə bildirmişlər ki, içəridəki şəxslər onlara şəxsiyyət vəsiqələrini təqdim etsinlər, Şəxs onlara etiraz edərək razı olmamışdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısının izahatını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmiş, o, Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 602.4cü maddəsi ilə tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumatları reyestrindən çıxarışın surətindən görünür ki, “X6”-in ünvanı ünvan 2lik salonları tərəfindən xidmətlərin göstərilməsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********6860 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli **********6864 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri sənədlərin təqdim olunması haqqında” tələbnamədən görünür ki, Şəxs ********** operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq Elektron informasıya daşıyıcıların fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatları, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini, əmək müqavilələrini, müəssisənin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədləri və şəxsiyyət vəsiqəsinin surətini, nəzarət kitabçasını təqdim etməyi tələb olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin müfəttişləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli AKT-dan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs fəaliyyət göstərdiyi “X6” obyektində 12 saylı ƏVBİ-in qərarına əsasən operativ vergi nəzarəti tədbirinin keçirilməsi məqsədilə vergi idarəsinin əməkdaşları oraya getmişlər. Şəxs operativ vergi nəzarəti tədbirinin keçirilməsinə şərait yaratmamışdır. Bununla əlaqədar, müvafiq sənədləşmə aparılmış, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 1 ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskə qeyd edilmiş bir ədəd videoyazıda, Vergi İdarəsinin əməkdaşları ünvan 1 ünvanında yerləşən Şəxs fəaliyyət göstərdiyi “X6” obyektində 12 saylı ƏVBİ-in qərarına əsasən operativ vergi nəzarəti tədbirinin keçirilməsi məqsədilə oraya getmişlər. Həmin vaxt Şəxs obyektdə olmamışdır. Onunla telefon vasitəsi ilə əlaqə saxlamışlar. O, onlara həmin günü gələ bilməyəcəyini rayonda olduğunu bildirmişdir. Onlar obyektə getdikləri zaman obyektdə iki nəfər şəxs var idi. Şəxs onlara bildirmişdir ki, obyektdəki şəxslər onun qızı və bacısı qızıdır. Obyektdə heç bir işçi yoxdur. Onlar Şəxs telefon vasitəsi ilə bildirmişlər ki, içəridəki şəxslər onlara şəxsiyyət vəsiqələrini təqdim etsinlər, Şəxs onlara etiraz edərək razı olmamışdır . Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinə əsasən - sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 602.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 1000 (min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-2337/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2337/2024
18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver