Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2341/2024 04.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Kəpəz rayonu, Azbarit küçəsi, ev 1, mənzil 8də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 04 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, G.Şıxlınski küçəsi, bina 1, mənzil 7-də yaşayan qonşusu Zərərçəkmiş şəxs əli ilə vurub döyərək fiziki ağrılar yetirmişdir. Beləliklə də, Əliyev X2 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, G.Şıxlınski küçəsi, bina 1, mənzil 7-də yaşayan qonşusu Zərərçəkmiş şəxs əli ilə vurub döyərək fiziki ağrılar yetirmişdir. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Minayə onun qonşusudur. Həyətində quyu qazan zaman Zərərçəkmiş şəxs əlində metrə ilə həyətə daxil olmuş və həyəti ölçməyə baxlamışdır. O bu barədə ona irad bildirmişdir. O Zərərçəkmiş şəxs toxunmamışdır. Yoldaşı Zərərçəkmiş şəxs əlindən metrəni alan zaman Minayənin əli yaralanmışdır. Məhkəmədən ədalətli qərar verməsini xahiş edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, araşdırma zamanı metrəni özünün Minayənin əlindən alması barədə deməmişdir. İzahatl oxumadan imza çəkmişdir. Metrəni yoldaşı onun əlindən almışdır. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs ilə uzun müddətdir qonşudurlar. Əvvəllər münasibətləri yaxşı olmuşdur. Yaşadıqları ərazidə kanalizasiya olmadığına görə hamı öz həyətində quyu qazmışdır. O Rövşənə həmin quyunu aralı məsafədə qazmağını bildirmişdir. Rövşən də ona ən azı 4 metr aralıda qazacağını bildirmişdir. Lakin həyətə daxil olub metrə ilə ölçdükdə heç 2 metr məsafənin olmadığı müəyyən edilmişdir. Daha sonra Rövşən onun üzərinə gələrək yumruqla əllərinə vurmuş və metrəni əlindən dartaraq almışdır. Bu zaman barmağı kəsilmişdir. İnzibati icraat aparılan şəxs cəzadan yayınmaq üçün yalandan arvadının adı verin. Barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti müvafiq tədbirlərin görülməsi üçün 2-ci Polis Şöbəsinə göndərilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 820 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-sol əlin İ və İİ barmaqlarının kəsilmiş yaraları kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Elektron çıxarışdan görünür ki, Şəxs 6 övladı olmaqla onlardan 4-ü azyaşlıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi zərərçəkmiş şəxsin izahatı ilə yanaşı, ekspert rəyi, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini, himayəsində 6 övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır (İXM 32.2-ci maddəsi). Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-2341/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2341/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver