Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2344/2024 05.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Gəncə şəhəri BPİ-in 1-ci PŞ-nin İTB-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri təqsirləndirilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhəri BPİ-in 1-ci PŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 05 iyul 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilir ki, 04 iyul 2024-cü il tarixdə saat 23:40 radələrində **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs sərxoş olduğunu və xırda xuliqanlıq etməklə və polisin tələbinə tabe olmadığı üçün Gəncə şəhəri 1-ci Polis Şöbəsinə gətirilmişdir. Nəticədə vətəndaş Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 04 iyul 2024-cü il tarixində axşam saatlarında “Mercedes Sprinter” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman digər maşına yol verməmiş, ictimai qaydanı pozmuş və ucadan səs-küy salmışdır. Bu zaman polisin qanuni tələblərinə tabe olmamış, polis əməkdaşlarının ona qarşı tutduqları iradlara məhəl qoymamışdır. Əməlindən səmimi peşmandır. Odur ki, barəsində qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in 1-ci PŞnin İTB-nin sahə rəisi X3 inzibati protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin ƏYPXB-nin YPX inspektoru polis serjantı X4 izahatında bildirdi ki, 04 iyul 2024-cü il tarixdə saat təxminən 23:40 radələrində X12 prospektində Dəyirmanın dairəsi yaxınlığında xidmətdə olarkən **-BG-*** dövlət qeydiyyat nişanlı “Mercedes Sprinter” markalı avtomobili saxlatmışlar. Sürücünün sərxoş olması müəyyən olunduğu və sonradan onlara tabesizlik etməsi səbəbindən sürücünün adı onlara sonradan məlum olan Şəxs 4686 çağırışlı PPX patrul avtomaşını çağırmışlar və həmin şəxsi aidiyyəti üzrə 1-ci PŞ-nin NH-nə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin ƏYPXB-nin YPX inspektoru polis serjantı X5 izahatında bildirdi ki, xidmətdə olan zaman “Mercedes Sprinter” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Həmçinin, ucadan səs-küy salıb ətrafda olan insanların diqqətini özünə cəlb etməklə, ictimai qaydanı pozub ondan sakitləşməsini tələb edən zaman onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də 4686 çağırışlı PPX patrul avtomaşını çağırmışlar və həmin şəxsi aidiyyəti üzrə 1-ci PŞ-nin NHnə təhvil vermişlər. İş materiallarına əlavə edilmiş: 05 iyul 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, 04 iyul 2024-cü il tarixdə saat 23:40 radələrində **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs sərxoş olduğunu və xırda xuliqanlıq etməklə və polisin tələbinə tabe olmadığı üçün Gəncə şəhəri 1-ci Polis Şöbəsinə gətirilmişdir. Nəticədə vətəndaş Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 04 iyul 2024-cü il tarixli, BB ******* nömrəli “inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 iyul 2024-cü il tarixdə saat 23:50-də inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsini özünün etirafı, şahidlərin ifadələri ilə yanaşı, inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir, lakin İXM-in 34.3-cü maddəsinə əsasən həmin məcəllənin 535.1-ci maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsin əvvəli inzibati qaydada tutulduğu 04 iyul 2024-cü il tаrixdən, saat 23:50-dən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 12 (on iki) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 04 iyul 2024-cü il tаrixdən, saat 23:50-dən hesablansın. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqdim edilsin. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X6 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(125)-2344/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2344/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver