Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2346/2024 05.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X32 Şakir oğlunun sədrliyi, X8 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi təqsirləndirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X12 bildirdi ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4810/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Abbasov (Tağıyev) Elçin Aqil oğlundan üç uşağın yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq, X1nın xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olduğundan icraata başlamaq haqqında qərar qəbul edilərək, surəti tərəflərə və məhkəməyə göndərilmiş, həmçinin borcluya tələbin dərhal icrası haqqında bildiriş təqdim edilmişdir. İcra sənədinin icrası ilə bağlı X3na müxtəlif tarixlərdə xəbərdarlıq məktubları təqdim olunmuşdur. Borcluya tələbin dərhal icrası haqqında müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də, lakin borclu tələbi icra etməkdən boyun qaçırmışdır. X1 Gəncə şəhəri üzrə İcra İdarəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək icra sənədi üzrə heç bir aliment pulu ödənilmədiyini bildirmiş və borcun tam şəkildə ödənilmədiyi təqdirdə borclu barəsində qanunla nəzərdə tutulmuş qaydada məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. İcra sənədinin icrası ilə əlaqədar X3 Gəncə şəhəri üzrə İcra İdarəsinə dəfələrlə dəvət olunsa da, lakin borclu idarəyə gəlməkdən yayınmışdır. Odur ki, X3nun barəsində xx.xx.2023-cü il tarixdə borclunun axtarılması barədə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən qərar qəbul edərək, icra olunması üçün Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinə göndərilmişdir. X3 xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Borclunun izahatı alınmış, borclu izahatında aliment pulunun ödənilmədiyi təqdirdə barəsində qanunla nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdar olunduğunu bildirmişdir. X1 Gəncə şəhəri üzrə İcra İdarəsinə gələrək xx.xx.2023-cü il tarixli ərizəsində borcludan 500 manat qəbul etdiyi barədə qəbz təqdim edərək şikayəti olmadığını bildirmişdir. X1 Gəncə şəhəri üzrə İcra İdarəsinə yenidən xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək borclunun 2120 manat aliment borcu olduğunu bildirmiş və borclu barəsində borcun ödənilmədiyi təqdirdə məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə X3nun barəsində xx.xx.2024-cü il tarixdə borclunun axtarılması barədə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən qərar qəbul edərək, icra olunması üçün Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinə göndərilmişdir. X3 xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Borclu son izahatında hal-hazıradək 1050 manat aliment pulu ödədiyini qeyd edərək, icra sənədi üzrə hər ay cəmi 500 manat aliment pulu ödəyəcəyini bildirmişdir. X1 ilə xx.xx.2024-cü il tarixdə telefon vasitəsilə əlaqə saxlanılmış borclunun 4070 manat aliment borcu olduğu bildirmiş və borcun tam şəkildə ödənilmədiyi təqdirdə borclu barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Belə ki, borclu Abbasov (Tağıyev) Elçin Aqil oğlu barəsində icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş, lakin borclu aliment borcunu tam şəkildə ödəməkdən yayınmışdır. Borclu sonuncu dəfə aliment borcundan 2024-cü ilin yanvar ayında ödəniş etmiş, həmin vaxtdan bəri icra sənədinin icrası borclu tərəfindən qəsdən yubadılmışdır. Bununla da borclu Abbasov (Tağıyev) Elçin Aqil oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs izahatında bildirdi ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4810/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, X14 ödənilməsi qət edilmişdir. İcra məmuru ilk dəfə onu Gəncə şəhəri üzrə İcra İdarəsinə çağıranda getmiş və dekabr ayında aliment borcundan 500 manat ödəniş etmişdir. Uşaqları ilə tez-tez ünsiyyət qurur və əlaqə saxlayır. İcra vərəqə üzrə tələbkara olan borcundan sonuncu dəfə yanvar ayında ödəniş etmişdir. Həmin vaxtdan bəri icra sənədi üzrə borcunu ödəməmiş və nəticədə tələbkara 4070 manat borcu qalmışdır. Maddi imkanı aşağıdır. Odur ki, qanun tələblərinə uyğun olaraq qərar qəbul edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X1 ifadəsində bildirdi ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 4810/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, ona ödənilməsi qət edilmişdir. Borclu sonuncu dəfə fevral ayında 50 manat pul yollamışdır. İndiyənədək aliment borcundan cəmi 1050 manat ödəniş etmişdir. Lakin borclunun son ödənişi 6 ay öncə, yəni 2024-cü ilin yanvar ayında olmuşdur. Borclunun hazırda ona 4070 manat aliment borcu qalmışdır. Borclu Şəxs tərəfindən alimentin ona vaxtı-vaxtında ödənilməsini və aliment borcunu tam şəkildə ödəməsini istəyir. Əks halda borclu Şəxs barəsində 1 ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Gəncə Şəhər Məhkəməsinin 2(125)-4810/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqindən görünür ki, nikah pozulduqdan sonra xx.xx.2019-cu il təvəllüdlü X20, xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X17 iddiaçı X9 yanında saxlanılması və xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün X11 xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, Tağızadə Pəri ödənilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə icra məmuru icraata başlamış və borclunun izahatı alınmışdır. Tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Şəxs imza edərək qeyd edilən sənədi qəbul etmişdir. Şəxs ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, borcluya xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. X1 tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış 20 noyabr 2023-cü il tarixli ərizənin surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4810/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X3ndan hər ay 3 uşaq üçün 390 manat aliment pulu alınaraq, X1nın xeyrinə ödənilməlidir. İcraat dövründə X3 ona icra sənədi üzrə heç bir aliment ödənişləri etməmişdir. Buna görə də borclu barəsində qanuna müvafiq bütün məcburi icra tədbirlərinin görülməsinə göstəriş verilməsini xahiş etmişdir. 05 dekabr 2023-cü il tarixli borclunun axtarılması haqqında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu Fikrət Abbasəliyev tərəfindən qəbul edilmiş qərardan görünür ki, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 qeydiyyatda olan X3 barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilməsi qərara alınmışdır. X1 tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4810/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X3ndan hər ay 3 uşaq üçün 390 manat aliment pulu alınaraq, X1nın xeyrinə ödənilməlidir. X3 Gəncə şəhəri üzrə İcra İdarəsinə axtarışla gəlmiş, yığılmış 2040 manat aliment pulundan 500 manat ödəniş etmişdir. Qalıq 1540 manat təşkil edir. Borclu barəsində bugünkü günə heç bir tələb və şikayəti yoxdur. 29 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, X19 X3ndan aliment pulundan 500 manat almışdır. X1 tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4810/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X3ndan hər ay 3 uşaq üçün 390 manat aliment pulu alınaraq, X1nın xeyrinə ödənilməlidir. X21 icra sənədi üzrə hal-hazıra 1000 manat aliment pulu ödəmişdir. Borclunun icra sənədi üzrə 2120 manat yığılmış aliment borcu vardır. Odur ki, X3 barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi üzrlü səbəb olmadan icra edilməmiş, aliment öhdəliyindən icra sənədində göstərilən qaydada və məbləğdə ödəniş edilmədiyindən icra sənədi üzrə cəmi 4070 manat məbləğində aliment borcu yaranmış, məhkəmə aktı tam olaraq icrası onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə hesab edərək qeyd edir ki, borclu tərəfindən vaxtaşırı aliment borcundan ödəniş etməsinə baxmayaraq, aliment təyin edildiyi vaxtdan keçən uzun müddət ərzində borclu tərəfindən icra sənədində göstərilən məbləğdə əhəmiyyətli ödəniş edilməmiş, aliment borcu yığıldıqdan sonra cüzi məbləğdə ödəniş edilməsi məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyinin tam icrasından yayınmaq istəyini göstərmişdir. Həmçinin icra sənədi üzrə borclu tərəfindən icra edilməmə nəticəsində 4070 manat məbləğində aliment borcu yığılmışdır. Bu hal onu deməyə əsas verir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə razılaşmamış və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyinin tam icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. Bu səbəbdən sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun və tələbkarın ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, borc məbləğini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və həbsdə sаxlаmа müddətinin əvvəli 05 iyul 2024-cü il tаrixdən, saat 16:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 05 iyul 2024-cü il tаrixdən, saat 16:40-dan hesablansın. Qərаrın icrаsı Gəncə şəhəri üzrə İcra İdarəsinə və Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X18 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(125)-2346/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2346/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver