Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2354/2024 08.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam şəhəri, T. İsmayılov küçəsi bina 103, mənzil 11 ünvaında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsində tərtib olunmuş material baxılması üçün 08 iyul 2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 08 iyul 2024-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında nalayiq ifadələr işldəərk ictimai qaydanı pozmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə X3 qarşı binanın həyətində evin qarşısında nalayiq ifadələrlə təhqir etmişdir. Buna görə də, Aygün Həsənovanın ərizəsi əsasında Şəxs 4-cü Polis Bölməsinə dəvət edilmişdir. Polis Bölməsinə də bir neçə gün sonra gəlmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, X5 ilə 6 ildir ki, qeyri-rəsmi birlikdə yaşamışlar. Sonradan aralarında münasibətlər pisləşdiyindən X5 ondan ayrılmaq istəmişdir. X2 başqa oğlanla münasibəti olduğunu öyrəndiyi üçün onun evinə getmiş, bu zaman X5 onu təhqir etmişdir. O da onu təhqir edib ordan uzaqlaşmışdır. Qərar qəbul edilərkən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X5 izahatında bildirdi ki, Şəxs onun qeyri-qanuni münasibətdə olduğu şəxsdir. Orxan son günlər mütəmadi olaraq onu narahat edir, harada görsə onu nalayiq ifadələrlə təhqir edir, qonşular arasında onu biabır edir. Ayxanın əlindən rahat-rahat evdən çıxa bilmir. xx.xx.2024-cü il tarixdə axşam binanın həyətinə daxil olaraq onun yaşadığı evə daxil olmuş, onu təhqir edərək, ölmülə hədələmişdir, hətta qolunu kəsərək özünü öldürəcəyini də bildirmişdir. Evli olmasına baxmayaraq ona boşandığını bildirmiş, lakin sonradan bu xəbərin də yalan olduğu müəyyən edilmişdir.Onun barəsində ağır cəza verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X2 rəizəsindən görünür ki, 4-cü Polis bölməsinə ərizə ilə müraciət edərək, qeyri-rəsmi münasibətdə olduğu Şəxs tərəfindən mütəmadi olaraq narahat edilməsi və nalayiq ifadələrlə təhqir edilməsi barədə müraciət etmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə 07 iyul 2024-cü il tarixdə həmin tarixdə saat 19:00-da tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs özünü qismən təqsirli bilsə də, onun xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında X3 məxsus yaşayış yerinə gələrək ictimai yer sayılan binada onun ünvanına nalayiq ifadələrlə təhqir etməsi bununla da İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş özünün qismən etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər sənədləri ilə tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olunmaq üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 07 iyul 2024-cü il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-2354/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2354/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver