Məhkəmə qərarları › İş №3(125)-2355/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2355/2025

08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2355/2025 08.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 iştirakı ilə, Yevlax Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Elşad Ağayev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayət ərizəsinə məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X5 məhkəməyə ərizə verərək Yevlax Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Elşad Ağayev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati qərarın ləğv olunması və inzibati icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnikleytenantı Elşad Ağayev tərəfindən tərtib edilmiş xx.xx.2025-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmiş, sözügedən xx.xx.2025-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanunsuz şəkildə yazılmışdır. Belə ki, tərtib edilən inzibati qərar tamamiilə polisin versiyasından ibarətdir. Qeyd edim ki, o, Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaqla, hazırda Samux rayon Köbər kəndində yerləşən Nizami Gəncəvi adına tam orta məktəbin müəlliməsidir. O, özünü elmə-təhsilə, tələbələrinə həsr etmiş bir insandır. İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması onu dərindən sarsmış, daxili aləminin qarma-qarışıq olmasına gətirib çıxarmışdır. Necə ola bilər ki, bütün ömrünü təhsilə və tələbələrə həsr eləmiş bir insan uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozsun. Belə bir ittihamla qarşılaşdığını düşündükcə ağlı az qalır başından çıxsın. xx.xx.2025-ci il tarixdə rəfiqəsi X1 məxsus avtomobil ilə Zaqatala rayonuna getmək üçün Gəncə şəhərindən çıxmış, Bakı-Yevlax magistralında hərəkətdə olarkən, yol polisi əməkdaşı tərəfindən saxla əmri verilərək rəfiqəsinin avtomobili saxlanılaraq maşının sənədləri tələb edilmişdir. Avtomobil lizingdə olduğu üçün avtomobilə verilmiş etibarnamə onlayn sistemdə olduğundan rəfiqəsi etibarnamənin kağız daşıyıcıda olmadığını, lakin polisə məxsus sistemə yerləşdirildiyini bildirmişdir. Yol polisi əməkdaşı isə etibarnamənin kağız daşıyıcıda olmalı olduğunu və hazırda təqdim etməli olduğunu bildirmişdir. Bu minvalla rəfiqəsi və polis əməkdaşı arasında magistralın yol çiynində yüngül sözlü mübahisə olmuş və o, öz növbəsində hər iki tərəfi sakitləşdirərək mübahisəyə son qoyulmasını xahiş etmişdir. Hətta o, digər iki polis əməkdaşlarından xahiş etmişdir ki, öz iş yoldaşlarını sakitləşdirsinlər, onlar isə anlamadığı səbəbdən heç bir müdaxilə etməyərək sanki gözləmişlər ki, nəsə hadisə baş versin. Bundan sonra polis əməkdaşı zəng vuraraq rəfiqəsini aparması üçün post-patrul xidmətini çağırmışdır. Onlar da polis şöbəsinə avtomatik olaraq avtomobil ilə getmişlər. Şöbədə bu məsələ aydınlaşdırılmış, izahatları alınmış, o da hadisəni olduğu kimi danışmış, bundan sonra digər rəfiqəsinin həyat yoldaşı gəlmiş və onlar şöbədən çıxaraq yollarına davam etmiş və o, yolda olarkən adından 50 manat cərimənin ödənilməsinə dair qəbzin şəklini ona ataraq cərimənin ödənildiyini bildirmişlər. O, dərhal buna etirazını bildirmiş və dərin narahatlıq keçirməyə başlamışdır. Sonra vəkilə yaxınlaşıb hadisəni danışmışdır. Göstərilənlərə əsasən, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Z.Xasayeva ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verərək bildirdi ki, O, polis əməkdaşlarına qarşı səsini yüksəltməmiş, heç kimi təhqir etməmiş və həmin vəziyyətdə sakit qalmışdır. Əksinə, polis əməkdaşlarından yaşca böyük olan əməkdaşına yaxınlaşaraq mübahisə edənləri sakitləşdirməyi xahiş etmiş, lakin həmin polis əməkdaşı rahat şəkildə siqaret çəkərək müdaxilə etməmişdir. O, polis idarəsinə gedənə kimi təmkinli davranmış, heç bir nalayiq ifadə işlətməmişdir. Onun dedikləri video görüntü ilə təsdiq olunur. Odur ki,İXM-in 510-cu maddəsi ilə inzibati cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında X6 ifadəsində bildirdi ki, hadisə baş verən gün yol polis əməkdaşları sürücüyə saxla işarəsi vermiş və sənədləri təqdim etməyi təklif etmişdir. Bu zaman sürücü sənədləri təqdim etməkdən imtina etmiş və səs-küy salmışdır. O, yol polisi əməkdaşlarının raportu əsasında hər üç şəxs barəsində İXM-in 510-cu maddəsi ilə protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid X11 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman portalda avtomobilin sahibi barədə məlumatlar görsənmədiyi üçün, həmin hərəkətdə olan avtomobilin sürücüsünə saxla işarəsi vermiş və sənədləri təqdim etməyi təklif etmişdir. Bu zaman sürücü sənədləri təqdim etməkdən imtina etmiş və səs-küy salmışdır. Lakin, həmin vaxt X2 nəlayiq ifadələr işlətməsinin və hər hansı formada ictimai qaydanı pozmasının şahidi olmamışdır. Məhkəmə iclasında digər şahid X7 şahid X3 dedikləri ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid X8 ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman hərəkətdə olan avtomobilin sürücüsünə saxla işarəsi vermişlər və sənədləri təqdim etməyi sürücüyə təklif etmişdlər. Bu zaman sürücü sənədləri təqdim etməkdən imtina etmiş və səs-küy salmışdır. Avtomobildə olan sərnişinlər, eləcə də adını sonradan bildiyi Z.Xasayeva sürücüyə qoşularaq səs-küy salmış və polisə qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəflərin izahatını, şahid ifadələrini dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, X2 İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: Yevlax Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Elşad Ağayev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Yevlax rayonu Xaldan qəsəbəsi ərazisində olan zaman uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş dayanma qaydalarını pozmuş və nəticədə 50 (əlli) manat məbləğində cərimə olunmuşdur. İşə əlavə edilmiş CD diskdən görünür ki, X5 uca səslə heç bir nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan məlum olur ki, X5 polisə qarşı heç bir nalayiq ifadə işlətməmiş, ucadan səs-küy salmamış və ictimai qaydanı pozmamışdır Belə olan halda, məhkəmə hesab edir ki, X2 əməlində İXM-in 510-cu maddəsində nəzərdə inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də, məhkəmə hesab edir ki, X2 şikayəti əsaslı olduğundan təmin olunmalı və onun İXM-in 510-cu maddəsi ilə inzibati cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 53, 106-119, 128-137 maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin olunsun. X2 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat inzibati cərimə olunmasına dair Yevlax Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Elşad Ağayev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunsun və X5 barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar