Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2361/2024 23.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DGK Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X1 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, 00900-00317/24 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə “Yalama” gömrük postundan keçməklə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına Rusiya Federasiyasından 52145307 nömrəli vaqonla idxal olunan “Elektroliz qurğuları üçün elektrodlar” yükünə Azərbaycan Respublikası gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsi elektron formada tərtib edilib, göndərilmədiyi barədə Yevlax gömrük postundan Əməliyyat və Təhqiqat şöbəsinə 3-33-1600/012/002065 nömrəli 14.06 2024-cü il tarixli raport daxil olmuşdur. ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində araşdırılan araşdırma ilə əlaqədar olaraq MMC-nin ünvanına 20.06 2024-cü il tarixli 3-33- 1600/2-000752/2024 saylı məktub göndərilərək xx.xx.2024-cü il tarixdə Gəncə gömrük idarəsi X4 (əməliyyat vəTəhqiqat Şöbəsi) dəvət olunmuşlar, Lakin bu günə kimi MMC-nin heç bir nümayəndəsi Gəncə Gömrük İdarəsi, X4 (Təhqiqat şöbəsi) gəlməmiş və gəlməməsinin səbəbi ilə bağlı müraciət etməmişdir. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 04.07 2024ci il tarixdə 00900-00317/24 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxşlər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Beləliklə Azərbaycan Respublikası, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən qısa idxal gömrük bəyannaməsinin təqdim olunması təmin olunmamışdır. Bununla şirkət İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs MMC-yə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi orqanının rəhbəri X3 tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına Rusiya Federasiyasından 52145307 nömrəli vaqonla idxal olunan “Elektroliz qurğuları üçün elektrodlar” yükünə Azərbaycan Respublikası gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsi elektron formada tərtib edilib, göndərilmədiyi barədə Yevlax gömruk postundan Əməliyyat və Təhqiqat şöbəsinə məlumat daxil olmuşdur. - xx.xx.2024-cü il tarixli **********6441 nömrəli Gömrük bəyannaməsindən görünür ki, , Şəxs MMC-nin adına Rusiya Federasiyasından 52145307 nömrəli vaqonla “Yalama” gömrük postundan keçməklə gələn “Elektroliz qurğuları üçün elektrodlar “ yükü daxil olmuşdur. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 20 iyun 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə “Yalama” gömrük postundan keçməklə 52145307 nömrəli vaqonla Şəxs MMC-nin ünvanına gələn “Elektroliz qurğuları üçün elektrodlar” yükünə gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada əvvəlcədən qısa idxal gömrük bəyannaməsi təqdim olunmaması ilə əlaqədar Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsində xx.xx.2024-cü il tarixli 3-33-1600/012/002065 saylı raport üzrə aparılan araşdırma ilə bağlı izahat verilməsi üçün Şəxs MMC-nin səlahiyyətli nümayəndəsinin (şəxsiyyətini təsdiq edən sənəd və etibarnamə ilə birlikdə) xx.xx.2024-cü il tarixdə saat 11:00-da X4 (Əməliyyat vəTəhqiqat Şöbəsi) gəlməsinin təmin edilməsi tələb olunmuşdur. -Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı Rafael Abdsalamov tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsilə təqsirli bilinən Şəxs MMC barəsində 00900-00317/24 saylı inzibati xəta haqqında iş üzrə icraat başa çatdırılmış. İşin icraatı zamanı “Azəralüminium" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan hüquqpozmanın törədilməsinə dair kifayət qədər sübutlar toplanmışdır. -xx.xx.2024-cü il tarixli “ İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardaddan görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətmş və barəsində protokol tərtib edilmişdir. Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materilların baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati protokol tərtib ediləni, protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına 52145307 nömrəli vaqonla gələn “elektroliz qurğuları üçün elektrodlar” yükü Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Bununla da hüquqi şəxs Şəxs MMC-nin İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-in 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-2361/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2361/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver