Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2362/2024 25.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru Abdsalamov Rəfael oğlu tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 01 iyul 2024-cü il tarixli, №00900-00312/24 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Gəncə Gömrük İdarəsi, X1 və Təhqiqat şöbəsinə xx.xx.2024-cü il tarixli 3-33-1600/012/001959 saylı raport daxil olmuşdur. Raportun araşdırılması nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli 130723-MERT nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli **********1588 saylı gömrük bəyannaməsi üzrə cəkisi 24500.00 kq, dəyər 6370.00 ABŞ dolları olan “Üzərində mexaniki çapıqları olan, müxtəlif qalınlıqlarda, yaş halda, emal edilməmiş dərinin alt qatının kəsik və tullantıları“ yük rəsmiləşdirilərək Türkiyyə Respublikasına ixrac edilmişdir. Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********1588 gömrük bəyannaməsilə ixrac edilən yükün dəyərinin 15.00 ABŞ dolları valyuta vəsaiti malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində aparılan araşdırma ilə əlaqədar olaraq MMC-nin faktiki ünvanına xx.xx.2024-cü il tarixli 3-33-1600/2- 000714/2024 saylı məktub göndərilərək xx.xx.2024-cü il tarixdə Gəncə Gömrük İdarəsi X6 (Əməliyyat və Təhqiqat şöbəsi) dəvət olunmuşdur. Lakin bu günə kimi MMC-nin heç bir nümayəndəsi Gəncə Gömrük İdarəsinin X6 (Əməliyyat və Təhqiqat Şöbəsinə) gəlməmiş və gəlməməsinin səbəbi ilə bağlı müraciət etməmişdir. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2024-cü il tarixi 00900-00312/24 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanılmışdır. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının” 12.2-ci bəndinin tələbinə əsasən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Araşdırma ilə əlaqədar ixrac olunmuş və ixrac olunan malın müqabilində Azərbaycan Respublikasına gətirilməmiş yuxarıda qeyd edilən bəyannamə üzrə yükün dəyərinin qalıq məbləği olan 15.00 (on beş) ABŞ dollarının Azərbaycan manatına nisbəti bəyannamənin 23-cü qrafasında bir ABŞ dollarının Azərbaycan manatına nisbətinin 1.7000 manat olduğu qeyd edilmiş və beləliklə Xarici iqtisadi fəalyyətin həyata keçirlməsi nəticəsində xaricdən qaytarılmayan müvəkkil bankın hesabına məcburi qaydada köçürülməli olan məbləğin 25.50 (iyirmi beş manat əlli qəpik) AZN təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin qeyd hissəsində “az miqdar” dedikdə qaytarılmamış xarici valyuta vəsaitinin 20000 (iyirmi min) manatadək olan məbləği başa düşülür. Beləliklə də ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməli olan 25.50 ( iyirmi beş manat əlli qəpik) manat valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədəŞəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxsnə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, **********1588 nömrəli Gömrük bəyannaməsindən görünür ki, çəkisi 24500.00 kq, dəyəri 6370.00 ABŞ dolları olan “Üzərində mexaniki çapıqları olan, müxtəlif qalınlıqlarda, yaş halda, emal edilməmiş dərinin alt qatının kəsik və tullantıları “ yükü rəsmiləşdirilərək Türkiyyə Respublikasına ixrac edilmişdir. -Yevlax gömrük postunun böyük inspektoru, Rəsmiləşdirmə Mərkəzinin rəisi vəzifəsini icra edən Fərid Həsənov tərəfindən Gəncə Gömrük İdarəsinin rəisi Pərviz Qədirova ünvanlanmış xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, Şəxs MMC (VÖEN**********) tərəfindən Türkiyə Respublikasına ixrac edilmiş **********1588 qeydiyyat nömrəli gömrük bəyannaməsi ilə 6370.00 ABŞ dolları dəyərində "müxtəlif qalınlıqlarda, yaş halda emal edilməmiş dərinin alt qatının kəsik tullantıları” yükünün dəyərinin bir hissəsi 6355.00 ABŞ dolları ixracatçının hesabına köçürmüş qalan 15.00 (on beş) ABŞ dolları dəyərini ixracatçının hesabına köçürülməmişdir. Araşdırma müddətində müəssisəyə yazılı olaraq vəsaitin ixracatçının bank hesabına köçürülməsi haqqında məlumatların Gömrük İdarəsinə təqdim edilməsi və Mərkəzi bankın portalına daxil edilməsi üçün 3-33- 1600/2000307/2024 qeydiyyat nömrəli xəbərdarlıq və 3-33-1600/2-000448 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Lakin bügünədək Şəxs MMC tərəfindən vəsaitin hesablarına daxil olması haqqında bank məlumatları təqdim edilməmişdir. Köçürmənin gecikdirilməsinin araşdırılması və mövcud qanunvericilik tədbirlərinin görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. -xx.xx.2024-cü il tarixli Şəxs MMC-yə ünvanlanmış Xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997 -ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-ın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Əlavə olaraq bildirilir ki, bu qaydaların pozulmasına görə şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. -xx.xx.2024-cü il tarixli Şəxs MMC-yə ünvanlanmış “ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankada olan hesablara köçürülməməsi barədə” bildiriş görünür ki, Prezidentinin xx.xx.1997 -ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-ın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Bildirilir ki, göstərilən bəyannamələr üzrə ixrac edilən malların müqabilində vəsaitlərin bankda olan hesaba köçürülməsi təmin edilməmişdir. - xx.xx.2023-cü il tarixli №130723-Mert nömrəli müqavilənin surətindən görünür ki, Şəxs MMC ilə “Mert Dericilik Sanayi ve Ticaret” şirkəti arasında müqavilə bağlanmış müqaviləyə əsasən alıcının verdiyi sifarişə əsasən 5 yük maşını (təxminən 125 metr ton) büyük baş sığırların kireçlenmiş ham yarma derisi döküntüleri satıcı alıcıya satmağı alıcı isə şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. -08 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin Şəxs MMC-nə ünvanlanmış məktubundan görünür ki, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********1588 saylı gömrük bəyannaməsi üzrə ixrac edilmiş “Üzərində mexaniki çapıqları olan, muxtəlif qalınlıqlarda, yaş halda, emal edilməmiş dərinin alt qatının kəsik və tullantıları” yukunun dəyərinin 15.00 ABŞ dolları 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir Faktla bağlı, “Akyol İnternatıonal" MMC barəsində Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsində 05 06 2024-cu ıl tarixli 3-33-1600/012/001959 saylı raport üzrə aparılan araşdırma ilə əlaqədar işin halları ilə bağlı izahat verilməsi üçün səlahiyyətli nümayəndənin (şəxsiyyətini təsdiq edən sənəd və etibarnamə ilə birlikdə) 27 06.2024-cü İl tarixdə saat 15:00-da X6 (Əməliyyat və Təhqiqat Şöbəsi) gəlməsinin təmin edilməsi xahiş olunmuşdur. -Gəncə şəhər İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı X3 Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki Məhəmməd Qasımova ünvanlanmış xx.xx.2024-cü il tarixli “icraatın başa çatdırılması haqqında” Raportdan görünür ki, Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı gömrük xidməti mayoru X2 01 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə təqsirli bilinən Şəxs MMC barəsində 00900-00312/24 saylı inzibati xəta haqqında iş üzrə icraatı başa çatdırmişdır. İşin icraatı zamanı Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan hüquqpozmanın törədilməsinə dair kifayət qədər sübutlar toplanmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində **********/24 saylı inzibati xəta haqqında iş üzrə toplanmış materialların aidiyyatı üzrə Gəncə şəhər Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. -02 iyul 2024-cü il tarixli “İnzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə” qərardaddan görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətmş və barəsində protokol tərtib edilmişdir. Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materilların baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə protokolu, və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qeyd edildiyi kimi, hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsinin təmin edilməməsi qanunvericiliyə uyğun olaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyəri 15.00 ABŞ dolları və yaxud 25.50 manat olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməmişdir. Bununla da hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin, yəni 15.00 ABŞ dolları (25.50 manat) məbləğinin 30 (otuz) faizi, yəni 4.5 ABŞ doları (7 manat 65 qəpik) miqdarında inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin (15.00 ABŞ dollarının) 30 (otuz) faizi miqdarında, yəni 5 (beş) ABŞ dolları məbləğində (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-2362/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2362/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver