Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2363/2024 23.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, X4 X8 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası X4 X8 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X4 X8 İdarəsinin baş müfəttişi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 01 iyul 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, 01 iyul 2024-cü il tarixdə saat 12:05-də Gəncə şəhəri, N.Nərimanov prospektində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi nəticəsində Şəxs tərəfindən İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi X5 inzibati xəta haqqında metriallarda göstərilən halları bir daha qeyd edərək barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 16 may 2024-cü il tarixli “yazılı göstəriş” dən görünür ki, Şəxs Gəncə şəhəri, N.Nərimanov prospektində açıq məkanda yayımlanan “El Fiko” adlı obyekdə reklamın yayımlanması dərhal dayandırlması və yerləşdirilməsi üçün verilmiş 2024-cü il 06 aprel tarixli **********30001 nömrəli icazədə nəzərdə tutulan yayım haqqında 5 gün müddətinə ödənilməsi tələb olunmuş əks təqdirdə 428.7.3-cü maddəsi ilə protokol tərtib olunub məhkəməyə göndərilməsi barədə xəbərdarlıq edilmişdir. “Poçt göndərişlərinin izlənməsi” barədə çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli göstəriş xx.xx.2024-cü il tarixdə vətəndaş Abdullayeva Günelə verilmişdir. ADRA X8 İdarəsi tərəfindən Şəxs ünvanlanmış 13 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Şəxs 16 may 2024-cü il tarixli yazılı göstərişin alınmasından 5 (beş) gün müddət keçməsinə baxmayaraq bugünədək icazə almadığı və qanunla müəyyən edilmiş yayım haqqını ödəmədiyi üçün barəsində İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı barədə xəbərdar edilmiş və qeyd olunan protokolun tərtib edilməsində iştirak etmək üçün 01 iyul 2024-cü il tarixdə saat 10:00-da Azərbaycan Respublikası X4 X8 İdarəsinə dəvət edilmişdir. Azərbaycan Respublikası X4 X8 İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 15 may 2024-cü il tarixli, 1310 nömrəli aktdan görünür ki, Gəncə şəhəri, N.Nərimanov Prospektində yerləşən “El Fiko” adlı obyektdə “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun və digər qanunvericilik aktlarını pozmaqla 2 m2 ölçüdə fasad reklamı yayımlanması aşkar edilmişdir. Azərbaycan Respublikası X4 X8 İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 05 iyun 2024-cü il tarixli, 1626 nömrəli aktdan görünür ki, Gəncə şəhəri N.Nərimanov Prospektində yerləşən “El Fiko” adlı obyektdə 16 may 2024-cü il tarixli 11-3-3/2-853 məcburi olan yazılı göstərişin tələblərini icra etməyərək Gəncə şəhəri N.Nərimanov Prospektində yerləşən “El Fiko” adlı açıq məkanda 2 m2 ölçüdə fasad reklamı yayımlamaqda davam edildiyi aşkar edilmişdir Azərbaycan Respublikası X4 X8 İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 01 iyul 2024-cü il tarixli, 1883 nömrəli aktdan görünür ki, Gəncə şəhəri N.Nərimanov Prospektində yerləşən “El Fiko” adlı obyektdə sahibkarı Şəxs 13 iyun 2024-cü il tarixli 11- 3-3/2-1100/2024 nömrəli məktubla 01 iyul 2024-cü il tarixdə saat 10:00-da barəsində İXMin 428.7.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün X8 İdarəsinə dəvət olunsa da, müvafiq protokolun rəsmiləşdirilməsi prosesində iştirak etməmişdir. Sahibkar tərəfindən 2 m2 ölçüdə fasad reklamı yayımlamaqda davam etdiyi aşkar edilmişdir. “Foto” şəkildən görünür ki, N.Nərimanov prospektində “El Fiko” adlı obyektin üzərində reklam vardır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və onun təqsiri tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsi inzibati xəta hesab olunur və bu əmələ görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-2363/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2363/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver