Məhkəmə qərarları › İş №3(125)-2371/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2371/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2371/2023 20.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs icra məmuru X1, zərərçəkmiş «Azsığorta « ASC-nin nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)- 13/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 27567 manat 40 qəpik pul və 30 manat dövlət rüsumu alınaraq tələbkar «Azsığorta « ASC-yə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq xəbərdarlıq verilməsinə baxmayaraq, borclu icra sənədində göstərilən borcunu ödəməkdn üzürsüz səbəbdən yayınır. Şəxs ödənilməmiş 27567 manat borcu vardır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununlada borclu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, lakin borclunun bugünki günə heç bir ödəniş etməmiş, icra sənədini icra etməmişdir. Borclu "xxxx" MMC-nin rəhbəri kimi Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində vəzifəli şəxs kimi müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolun təmin edilməsini və şəxsin barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, "xxxx" ASC-yə olan borcu ödəməsinə maddi imkanı yoxdur. Şirkət təzəlikcə işləməyə başlayıb. Vaxt verilərsə zamanla ödənişi edər.. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, borclu borcunu ödəməkdən qəsdən yayınır. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini, barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilərək araşdırılmış Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-13/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-dən 27567 manat 40 qəpik pul və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-13/2020-021 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraat başlanmışdır. tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-13/2020-021 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən imza atmaqla götürmüşdür. elektron çıxarışdan görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxsdur. “Xalq Bank”-ın Gəncə filalının xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMC-nin (VÖEN **********) adına ASC “Xalq” Bankı Gəncə filialında əmanət, hər hansı bir bank hesabı və ya kredit tarixçəsi mövcud deyil. "xxxx"-ın 28 mart 2023-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMC-nin (VÖEN **********) "xxxx" Bank ASC-nin Gəncə filialında heç bir hesabı mövcud deyil. "xxxx"-nin 13 mart 2023-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMC-nin (VÖEN **********) "xxxx" ASC-nin Gəncə filialında heç bir hesablaşma hesabı və əmlakı mövcud deyil. "xxxx" ASC-nin 13 mart 2023-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMCnin (VÖEN **********) "xxxx" ASC-nin Gəncə filialında hesabı yoxdur. “Turan Bank”-ın 13 mart 2023-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMCnin (VÖEN **********) "xxxx" ASC-nin Gəncə filialında heç bir hesablaşma hesabı mövcud deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs vəzifəli şəxs olaraq məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış aliment borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, bugünədək icra sənədi üzrə borcu ödəməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar