Məhkəmə qərarları › İş №3(125)-2377/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2377/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2377/2023 03.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhəri, Depo qəsəbəsində fərdi tikilmiş evlərin birində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən tərtib xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs polisin ünvanına nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır.. Beləliklə də, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə polis serjantı Tamerlan Hüseynov raportla bölməyə müraciə etmişdir. Raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təqribən 21-57 radələrində polis əməkdaşları şərab zavodunun yaxınlığında Vaz 2107 markalı dövlət qeydiyyat nişanlı **-DL-*** olan maşın qaranlıq yerdə dayandığı üçün içərisində olan sürücüyə yaxınlaşıb nə olduğunu öyrənmək üçün adı sonradan məlum olan X2 yaxınlaşmış, Musa Qasımzadə isə heçnə olmadığını yanında əyləşən tanışının yaşadığı yer olduğunu bildirmişdir. Lakin mobil portal vasitəsi ilə sürücünü yoxlayan zaman adı sonradan məlum olan Şəxs maşında polis əməkdaşına uca səslə irad bildirməsi və maşından düşərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsi daha sonra dövlət atributlarını cırmağa çalışması müəyyən edilmişdir. Şəxs etdiyi əməllər üçün polis idarəsinə dəvət edilsə də həmin xanım polisin qanuni tələbinə tabe olmayaraq əl-qol hərətkərləri etmişdir. Xanım həmin zaman içkili vəziyyətdə olmuşdur. Ona görə də xanımın etdiyi hərəktələrə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-maddəsində nəzərdə tutulan xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd edilən əməlləri törətmişdir. Belə ki, o içkili vəziyyətdə olduğundan polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş və onların qanuni tələbinə tabe olmamışdır. Hadisə zamanı qonşusu da səsə hadisə yerinə gəlmişdir Hadisə yaşayış yerinə yaxın ərazidə olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Himayəsində iki azyaşlı övladı var. Bütün bu halları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təqribən 21-57 radələrində xidmətdə olan zaman şərab zavodunun yaxınlığında Vaz 2107 markalı dövlət qeydiyyat nişanlı **-DL-*** olan maşın qaranlıq yerdə dayandığı üçün içərisində olan sürücüyə yaxınlaşıb nə olduğunu öyrənmək üçün adı sonradan məlum olan X2 yaxınlaşdıq, Musa Qasımzadə isə heçnə olmadığını yanında əyləşən tanışının yaşadığı yer olduğunu bildirmişdir. Lakin mobil portal vasitəsi ilə sürücünü yoxlayan zaman adı sonradan məlum olan Şəxs maşında polis əməkdaşına uca səslə irad bildirdi və maşından düşərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdi daha sonra dövlət atributlarını cırmağa çalışdı. Şəxs etdiyi əməllər üçün polis idarəsinə dəvət edilsə də həmin xanım polisin qanuni tələbinə tabe olmayaraq əl-qol hərətkərləri etmişdir. Xanım həmin zaman içkili vəziyyətdə olmuşdur. Daha sonra xanımı aidiyyatı üzrə təhvil vermişlər. “İnzibati qaydada tutma haqqında” 02 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 23:50də tutulmuşdur. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşu olmuşdur. Elektron çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli olmaqla iki azyaşlı övladı var. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığını, himayəsində iki azyaşlı övladının olmasını məhkəmə onun məsuliyyətini yüngülləşdirən hallar kimi, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs u Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona 150 manat cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar