Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2378/2023 03.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, X1 Ağdaş rayonu YPX-nin xx.xx.2023-cü il tarixli inizbati xəta haqqında ******* saylı protokoldan və Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından vermiş olduğu şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: X2 şikayət ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, onun barəsində tərtib edilmiş Ağdaş rayonu YPX-nin xx.xx.2023-cü il tarixli inizbati xəta haqqında ******* saylı protokolun və Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, X2 tərəfindən mübahisələndirilən inzibati xəta hadisəsi Ağdaş-Zarağan yolunun 4-cü kilometrində baş verdiyindən, həmin inzibati xəta hadisəsi üzrə qəbul edilmiş qərardan şikayət həmin yer üzrə müvafiq məhkəməyə verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarındakı mövqeyə əsasən səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından şikayətə bir qayda olaraq inzibati xətanın törədildiyi yerin məhkəməsində baxılmalıdır. Yalnız barəsində icraat aparımış şəxsin vəsatəti olduqda, həmin şikayətə onun yaşadığı yer üzrə baxıla bilər. Hazırkı halda isə X1 bu barədə vəsatəti mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Haidsə Ağdaş-Zarağan yolunun 4-cü km-də baş verdiyindən xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərardan Taleh Məmmədovun verdiyi şikayət geri qaytarılmalı və ona aidiyyatı üzrə müraciət etmə hüququ izah edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 40, 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 barəsində tərtib edilmiş 19 sentyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-2378/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2378/2023
03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver