Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2396/2024 09.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Nəriman Nərimanov prospektində sərxoş halda avtomobili idarə edərkən DYP əməkdaşının saxla əmrinə tabe olmamışdır. Daha sonra Ə.Əliyev prospektində piyada şəkildə DYP əməkdaşlarına tabesizlik göstərmişdir. Ona görə də barəsində İXM-nin 510, 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs 2-ci Polis Şöbəsinin sahə rəisi, X3 inzibati xəta haqqında protokoldakı xüsusatları qeyd edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə N.Nərimanov prospektində mersedes markalı dövlət qeydiyyat nişanı **-EU-*** olan avtomobilin sürücüsündə sərxoşluq əlaməti olduğu görülmüş, DYP-in əməkdaşı tərəfindən saxla əmri verilmiş, ancaq sürücü saxla işarəsinə əməl etməyərək öz hərəkətini davam etdirmişdir. Şəxs Ə.Əliyev prospektində maşını saxlayıb qaçdığını görüb onu saxlamışlar. Onun sərxoş halda maşını idarə etdiyini bildirmişlər və o, polisin qanuni tələbinə tabe olmamış, uca səslə ünvansız nalayiq ifadələrdən istifadə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə “Neon” zavodunun yaxınlığında olan zaman, piyada şəkildə hərəkət edərkən DYP əməkdaşları ona yaxınlaşmış və ona bildirmişlər ki, təxminən 25-25 dəqiqə əvvəl “Sübhan” şadlıq sarayının qarşısında əks yolda avtomobil ilə keçərkən onların saxla əmrinə tabe olmamışdır. O, cavab olaraq bildirmişdir ki, həmin ərazidən keçməmişdir. Onlar ona sərxoşluq hallarının müəyyən edilməsi üçün müayinədən keçməli olduğunu bildirmişlər. Ondan maşının yerini soruşduqda o, evində olduğunu bildirmişdir. Sonra onlar ona fiziki güc göstərərək polis maşınına əyləşdirməyə çalışmışlar. O, isə onlara müqavimət göstərmədən Polis Şöbəsinə getmişdir. Sonda məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinin inspektoru polis serjantı X2 bildirmişdir ki, xidmətdə olan zaman dövlət qeydiyyat nişanı **- EU-*** olan avtomobilin sürücüsü Şəxs onları görən zaman avtonəqliyyat vasitəsini yolun əks istiqamətində geriyə doğru hərəkət etdirmiş, bu onlarda şübhə oyatmışdır. Ona saxla əmri verilmiş, bu zaman sürücü əmrə tabe olmayaraq sürətlə hadisə yerindən uzaqlaşmağa başlamışdır. Onu təqib etmiş, sürücü avtomobili yaşayış yerinin yaxınlığında saxlayaraq piyada uzaqlaşmağa cəhd etmişdir. Ona yaxınlaşmış, onu sərxoşluq müayinəsinə cəlb etmək istəmişlər. Bu zaman sürücü uca səslə onlara sərxoşluq müayinəsinə getməyəcəyini bildirmişdir. Hadisə yerinə post patrul əməkdaşlarını cəlb etmişlər. Post patrul əməkdaşları fiziki qüvvə tətbiq edərək Seymuru sərxoşluq müayinəsinə aparmışlar. Seymur müayinədən keçməkdən imtina etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: Şəxs barəsində tərtib edilmiş 09 iyul 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, o, xx.xx.2024-cü il tarixdə Nəriman Nərimanov prospektində sərxoş halda avtomobili idarə edərkən DYP əməkdaşının saxla əmrinə tabe olmamışdır. Daha sonra Ə.Əliyev prospektində piyada şəkildə DYP əməkdaşlarına tabesizlik göstərmişdir. Ona görə də barəsində İXM-nin 510, 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. 08 iyul 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 09 iyul 2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. 09 iyul 2024-cü il tarixli 2770/2024 nömrəli ”sərxoşluq hallarının tibbi müayinəsi“ protokolundan görünür kü, Şəxs sərxoşluq hallarının tibbi müayinəsindən imtina etmişdir. 01 ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, videoyazıda dövlət qeydiyyat nişanı **-EU-*** olan avtomobilin yol patrul avtomobilindən və piyada hərəkət edən inpektorun saxla əmrindən yayınmasının görüntüləri əks etdirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, eyni anda iki inzibati xətanı törətməsini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində inzibati tənbeh növündə həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 09 iyul 2024-cü il tаrixdən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinə həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-2396/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2396/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver