Məhkəmə qərarları › İş №3(125)-240/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-240/2024

17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-240/2024 17.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər BPİ 2-ci Polis Şöbəsinin İTBnin sahə rəisi, polis kapitanı X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1939-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,ali təhsilli, Gəncə şəhər, Sadıllı qəsəbəsi, İqor Makayev ev 33-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 17 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X4 fiziki ağrılar yetirmişdir. Beləliklə də, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə X4 xəsarət yetirmişdir. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Şəxsnun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o X4 heç bir xəsarət yetirməmişdir. Onun haqqında deyilənlərin yalan olduğunu bildirmişdir. Qeyd etmişdir ki, o yol ilə gedən zaman Əhməd Həsənovun yoldaşı onu yolda saxlamış onu ağır təhqirlər etmişdir. Daha sonra Əhməd Həsənov gəlib onun başına vuraraq ona ağır xəsarət yetirmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alıb qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, 4-5 radələrində evdən çölə çıxdıqda Şəxs onu yanına çağırmışdır. O Şəxs ilə danışmadığı üçün əvvəl getmək istəməmişdir. Daha sonra yanına getdikdə Şəxs dırnaqları ilə onun üzünü cırmış, onun gözündən qan gəlmişdir. Daha sonra yoldaşı çıxmış və onlar aralanmışdır. İnzibati icraat aparılan şəxs ilə barışmaq istəmir. Onun cəzalandırılmasını xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1380 saylı rəyindən görünür ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-üst dodağın, sol mil-bilək nahiyyələrinin sıyrıqları-küt əşyanın təsiri nəticəsində meydana gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə meydana gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X3 şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023cü il tarixli qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti müvafiq tədbirlərin görülməsi üçün 2-ci Polis Şöbəsinə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxsnun ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır (İXM 32.2-ci maddəsi). Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Barəsində inzibati icraat aparılan Şəxs yaşı altmış yaşından çox olduğundan onun barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar