Məhkəmə qərarları › İş №3(125)-2408/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2408/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2408/2023 19.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, X3 etibarnamə üzrə nümayəndəsi X4, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X3 xx.xx.2023-cü il tarixli MN ******* nömrəli Qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə və şikayət vermə müddətinin bərpası tələbinə dair ərizəsinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Gəncə Şəhər Məhkəməsinə X3 xx.xx.2023-cü il tarixli MN ******* nömrəli Qərarın ləğv edilməsinə dair şikayət ərizəsi və şikayət vermə müddətinin bərpası tələbinə dair ərizəsi daxil olmuşdur. Belə ki, məhkəmə iclasında iştirak edən 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 bildirdi ki, vətəndaş tərəfindən Qərarın ləğvinə dair şikayət verilməsi müddəti ötürülmüşdür. Bununla bağlı vətəndaş İdarəyə 10 oktyabr 2023cü il tarixli müddətin bərpası haqqında ərizə təqdim etmiş, İdarənin 11 oktyabr 2023-cü il tarixli Qərardadına əsasən müddətin bərpasından imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən - X3 etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında bildirdi ki, "xxxx" MMC zərərli maddələrini xüsusi təchizatla quraşdırılmış 140 ədəd filter, motorlar və xüsusi bunkerlər vasitəsi ilə maye halına çevirərək Türkiyə Respublikasına satılır. Sözügeden metal əritmə obyektinin fəaliyyətinə dair layihə sənədləri ekoloji ekspertizadan keçirilməmiş və ekoloji-normativ sənədlər razılaşdırılmamışdır. Məhkəmə işin hallarını daha da aydınlaşdırmaq üçün xüsusi ekspertiza təyin edərək qeyd olunanların faktiki hallarını müəyyənləşdirə bilər. Bunun əsasında həmin qərar ləğv edilməli və ya yenidən baxılması üçün cavabdeh təşkilata göndərilməlidir. Bundan əlavə, şikayət vermə müddətinin buraxılması üzürlü səbəbdən baş vermişdir. Məhkəmədən şikayət vermə müddətinin bərpa edilməsi və mübahisələndirilən qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şikayət ərizəsini, ona əlavə edilmiş sənədləri və müddətin bərpası haqqında ərizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət ərizəsi onu göndərmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qanunvericiliyin müddəasından belə müəyyən edilir ki, şikayət vermə müddətinin bərpası mübahisələndirilən qərarı qəbul etmiş orqan tərəfindən həyata keçirilir. Şikayət və müddətin bərpası haqqında ərizə materiallarında göründüyü kimi X6 müddətin bərpası haqqında 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ərizə ilə müraciət etmiş, İdarənin 11 oktyabr 2023-cü il tarixli Qərardadına əsasən müddətin bərpasından imtina edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X3 xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında Qərarın ləğv edilməsinə dair şikayət ərizəsi, şikayət vermə müddətinin bərpasına dair ərizə və ona əlavə edilmiş materiallar şikayətçiyə geri qaytarılsın. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar