Məhkəmə qərarları › İş №3(125)-241/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-241/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-241/2024 08.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, X1nın, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X10 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X14 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsinə dair X3 vermiş olduğu şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 məhkəməyə şikayət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X8 onun barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X1 şikayətçi bildirmişdir ki, o, DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X9 xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinin tələblərini pozmuş və buna görə də 700 manat məbləğində cərimə edilmişdir. O, həmin qərarı qanuni və əsaslı hesab etmir. Belə ki, o, Gəncə şəhəri, M.Müşfiq adına 14 saylı tam orta məktəbin direktoru işləmiş, həmin məktəbin direktoru işləyən zaman məktəbin gözətçiləri R.Q.Həsənov və M.Q.Həsənova həftələrarası istirahət günləri verilmədən işə cəlb edilmişlər. Hesab edir ki, onun əməlində heç bir hüquqazidd hərəkət və ya hərəkətsizlik olmadığından inzibati məsuliyyətə cəlb edilməməlidir. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə hər məktəbə yalnız iki gözətçi ştatı verilmişdir. Başqa gözətçi ştatı verilmədiyindən məktəbin həmin gözətçilər istirahət günləri verilmədən işləmişlər. Lakin həmin gözətçilər iş cədvəlinə imza atsalar da, lakin onlar hər gün 4-5 saat işləmişlər. Onların özlərini də iddia etdiyi kimi, iş vaxtından artıq işləməmişlər. Həmçinin, iki gözətçi olsa da, həmin gözətçilər həftəlik normadan artıq işləməmişlər. Qeyd edilən qərarın surəti ona 09 yanvar 2024-cü il tarixdə təqdim edilmiş və qanunvericiliklə müəyyən edilmiş 10 günlük şikayət vermə müddətini ötürməmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat verərək və əlavə olaraq bildirdi ki, məktəb üçün ayrılmış iki gözətçi ştatında işçilər gün ərzində 4-5 saat işləsələr də onlar əvəzçilik üzrə əmək haqqının ödənilməsini tələb etmişlər. Lakin tərəflər arasında bağlanmış əmək müqaviləsində əvəzçilik üzrə əmək haqqının ödənilməsi nəzərdə tutulmamış, DƏMX isə əsaslar olmadan onu inzibati məsuliyyətə cəlb etmişdir. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X17 bildirmişdir ki, Gəncə şəhəri M.Müşfiq adına 14 nömrəli tam orta məktəbdə gözətçi peşəsində işləyən X15 və onun arvadı X11 xx.xx.2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Vətəndaş müraciətində bildirir ki, məktəbin bundan əvvəlki rəhbərliyi tərəfindən onların əmək hüquqları pozulmuşdur. Yazdıqlarına görə heç bir əlavə əmək haqqı olmadan, istirahət, bayram və tətil günləri də daxil olmaqla, məktəbdə 2 gözətçi həftədə 64 saat (7 gün x 9,1 saat) işləmişdirlər. Gözətçilərdən biri əmək məzuniyyətinə çıxdıqda, digəri həm öz yerinə, həm də yoldaşının əvəzinə işləmişdir. M.Həsənova xəstəliklə bülletenə çıxmış, yoldaşı R.Həsənov həm öz yerinə, həm də M.Həsənovanın əvəzinə işə çıxmış, lakin ona əvəzçilik üçün əlavə əmək haqqı hesablanmamışdır. Bununla bağlı Gəncə-Daşkəsən Regional Təhsil idarəsinə şikayət etmişdirlər. Müraciətlərində xüsusi qeyd ilə hal-hazırkı direktor vəzifəsini müvəqqəti icra edən Nərmin Fətəliyevadan şikayətçi olmadıqlarını bildirmişdirlər. Bununla bağlı məktəb rəhbərliyindən müvafiq sənədlər istənilmiş, məktəb rəhbərliyi xx.xx.2023-cü il tarixli 395 nömrəli əmri ilə zəruri sənədləri şöbəyə təqdim etmişdir. Təqdim edilmiş işə davamiyyət tabellərindən (xx.xx.2023xx.xx.2023) məlum olmuşdur ki, şikayətçilər tabeldə həftənin və ayın bütün günlərinə imza atmışlar. Yanvar və fevral ayının əmək haqqı tabelləri məhkəməyə təqdim edilmişdir. Mühasibatlığa tədqim edilən sənədlərdən məlum olmuşdur ki, onlara yalnız axşam və gecə növbəsinə görə əlavə əmək haqqı hesablanmışdır. Bununla da, AR ƏM-nin 104.1, 108.1, 162, 164, 165 maddələrinin, 215-ci maddəsinin 7-ci abzasının tələblərinin pozulduğu aşkar edilmişdir. Bununla əlaqədar olaraq, inzibati xətanı törədən sabiq direktor Gülşən Məmmədəliyeva protokola dəvət məktubu göndərilmiş, telefon vasitəsi ilə əlaqə saxlanılmışdır, lakin seçki prosesi ilə əlaqədar şöbəyə gələ bilmədiyini bildirmişdir. G.Məmmədəliyenm iştirakı olmadan barəsində AR İXM-nin 198.1.5-ci maddəsinin tələbi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş, nüsxəsi G.Məmmədəliyevaya göndərilmişdir. xx.xx.2023-cü il tarixdə G.Məmmədəliyeva şöbəyə gəlmiş, rəisin qəbulunda olmuş, müraciətçinin şikayəti ilə bağlı əmək qanunvericiliyinin tələbləri vətəndaşa izah edilmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş və nüsxəsi şöbədə G.Məmmədliyevaya təqdim edilmişdir. Sonda o, qərarın qanuni olduğunu və qüvvədə saxlanılmasını xahiş etmişdir. Sonda şikayətin təmin edilməməsini və qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 məktəbin gözətçiləri R.Q.Həsənov və M.Q.Həsənova həftələrarası istirahət günləri verilmədən işə cəlb edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə edilmişdir. X2 ilə işçi X15 arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, sonuncu xx.xx.2022-ci il tarixdə gözətçi-gecə ştatında işə götürülmüşdür. İşçinin aylıq əmək haqqı 353,59 manat müəyyən edilmişdir. X2 ilə işçi X11 arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, sonuncu xx.xx.2022-ci il tarixdə gözətçi-gündüz ştatında işə götürülmüşdür. İşçinin aylıq əmək haqqı 431,59 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunan tabel cədvəlində görünür ki, X15 və X11 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək həftənin bütün günləri işə cəlb edilmişlər. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. - 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. - 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 99.1 və 99.1.3-cü maddələrinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. - 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. İşin faktiki hallarından göründüyü kimi X5 barəsində DƏMX-ın Gəncə-Daşkəsən regional şöbəsinin rəisi Ayaz Rəhimov tərəfindən inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmiş və onunla əsaslandırılmışdır ki, məktəbin hər iki gözətçisi istirahət günləri verilmədən işləmişlər. G.Məmmədəliyevanın barəsində qərar qəbul edilərkən yalnız davamiyyət tabelinə istinad etmişlər. Həftəlik tabel işçilərin tarix üzrə davamiyyətini müəyyən etsə də, onların hansı saatlarda işdə olmasını müəyyən etmir. Həmçinin tabelin rəsmi sənəd olmasını təsdiq edən (möhür, rəhbərliyin imzası) sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, gözətçilərin iddia etdiyi kimi əvəzçilik üzrə işləməsinin hansı halla tənzimlənməsi və tərəflər arasında belə razılaşmanın olması barədə məhkəməyə mötəbər sənədlər təqdim olunmamışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası dövlət ümumitəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” xx.xx.1996-cı il tarixli Qərarında qeyd edilmişdir ki, əsas və orta məktəb, lisey və gimnaziya binalarının qorunması üçün istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü də daxil olmaqla 2 vahid gözətçi vəzifəsi müəyyən edilir. Ümümtəhsil müəssələrində çalışan işçilərin əməkhaqqı müəssisə rəhbəri tərəfindən Mərkəzləşdirilmiş mühasibatlığa təqdim olunmuş əmr və işə davamiyyət cədvəllərinə əsasən ödənilir. İş üzrə gözətçilər Rövşən Həsənov və Mətanət Həsənova tərəfindən iş normasından artıq işlədikləri barədə sözügedən məktəb tərəfindən əmr və rəsmi formada davamiyyat cədvəli təqdim edilmədiyindən hər hansı ödənişlərin aparılması qeyri-mümkündür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayətçi X4 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar kifayət qədər əsaslar və səbəblər olmadan qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün vəzifəli şəxsə göndərilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, X5 barəsində vəzifəli şəxs Ayaz Rəhimovun gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Buna görə də məhkəmə, işə baxılaraq qərar qəbul edilərkən İlhamə Muradova dəvət edilib dindirilməklə onun dəlillərinin və arqumentlərinin nədən ibarət olmasının aydınlaşdırılmadığını nəzərə alıb hesab edir ki, şikayət qismən təmin edilməli, xx.xx.2023cü il tarixli qərar ləğv edilməli və yenidən araşdırılması üçün DƏMX-ın Gəncə-Daşkəsən regional şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidməti Gəncə- Daşkəsən regional şöbəsinin rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar