Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2410/2025 04.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-nin barəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Rəsmiləşdirmə Mərkəzinin 2-ci şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3100/021/008491 nömrəli raporta əsasən hüquqi ünvanı AZ2000, Gəncə şəhəri, Çexov, ev 24, mənzil 4 olan Şəxs (VÖEN: **********) Niderlanda təmir olunması məqsədilə göndərilən ümumi gömrük dəyəri 59796,98 AZN olan «xüsusi olaraq telekommunikasiya üçün nəzərdə tutulmuş cihaz və aparatura» adlı yükü xx.xx.2023-cü il tarixdə **********6417 nömrəli gömrük bəyannaməsi ilə 09.02,2025-ci il tarixə qədər Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xaricdə emal gömrük proseduru altında yerləşdirmişdir. Lakin xaricdə emal müddətinin bitməsinə baxmayaraq, yük yeriyə qaytarılmamış və başqa gömrük proseduru altında rəsmuıəşdirliməmişdir. Araşdırmanın mahiyyəti üzrə Şəxs (VÖEN: **********) nümayəndəsi ilə mobil telefon əlaqəsi saxlanılmış və izahat verilməsi üçün şirkətin nümayəndəsi dəvət olunmuşdur. xx.xx.2024-cü il tarixndə şirkətin etibarnamə əsasında nümayəndəsi X2 çağırış üzrə gəlmiş və izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixli **********6417 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük təyəri 59796,98 AZN, netto çəki 3,7 kq mal xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilərək, Niderlanda göndərilmişdir. Yükün xaricdə emal müddəti xx.xx.2025ci il tarixində bitsə də, yüklər şirkət tərəfindən digər gömrük prosedurunda yerləşdirilməmişdir. Bundan əlavə, həmin yüklərin itirildiyi üçün geriyə qaytarılmayacağını bu səbəbdən bəyannamə üzrə öhədliklərinin yerinə yetirə bilmədiklərini bildirərək köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsi və barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan şəxs Şəxs MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXMin 497-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən Şəxs MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinə əsasən, hüquqi ünvanı AZ2000, Gəncə şəhəri, Çexov, ev 24, mənzil 4 olan Şəxs (VÖEN: **********) Niderlanda təmir olunması məqsədilə göndərilən ümumi gömrük dəyəri 59796,98 AZN olan «xüsusi olaraq telekommunikasiya üçün nəzərdə tutulmuş cihaz və aparatura» adlı yükü xx.xx.2023-cü il tarixdə **********6417 nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2025-ci il tarixə qədər Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xaricdə emal gömrük proseduru altında yerləşdirmişdir. 18 mart 2025-ci il tarixli Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış raportdan görünür ki, Maybo" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən xx.xx.2023-cü il tarixli **********6417 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 59796,98 AZN, netto çəki 3,7 kq) mal xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Yükün xaricdə emal müddəti xx.xx.2025-ci il tarixdə bitməsinə baxmayaraq, xaricdə emal müddətinin uzadılması üçün müraciət olunmamış və ya digər gömrük rejimində rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Maybo" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 10 aprel 2025-ci il tarixli məktubundan görünür ki, hüquqi ünvanı AZ2000, Gəncə şəhəri, Çexov, ev 24, mənzil 4 olan Şəxs MMC-nin ünvanına gələn yüklər xx.xx.2023-cü il tarixli **********6417 sorğu nörməli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin, yuxarıda qeyd olunan gömrük bəyannaməsi əsasında xaricdə emalda yerləşdirilmiş yüklərin emal müddətlərinin xx.xx.2025-ci il tarixində bitməsinə baxmayaraq həmin yüklər tərəfinizdən rəsmiləşdirilməmiş və ya digər gömrük proseduru altında yerləşdirilməmişdir. Qeyd olunan faktla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsində araşdırma aparılır. Malların müəyyən olunmuş müddət ərzində digər gömrük proseduru altında rəsmiləşdirilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət müəyyən olunmuşdur. Odur ki, araşdırma ilə əlaqədar izahat vermək üçün Şəxs MMC tərəfindən təyin olunmuş səlahiyyətli nümayəndəsinin 15 aprel 2025-cü il tarixində, saat 16:00-da (şirkət tərəfindən nümayəndəyə verilmiş etibarnamə və şəxsiyyətini təsdiq edən sənədlə birgə) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinə (inzibati bina, 3-cü mərtəbə, 315 saylı otaq) gəlməsi tələb olunur. - "xxxx" MMC-nin direktoru, şirkətin gömrük təmsilçisi X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə verdiyi 30 iyun 2025ci il tarixli izahatından görünür ki, o, "xxxx" MMC-nin direktoru, şirkətin gömrük təmsilçiliyi üzrə fəaliyyəti həyata keçirir. Hüquqi şəxs Şəxs MMC ilə gömrük təmisilçiliyinin həyata keçirilməsinə dair şirkətlə qeyd olunan şirkət arasında müqavilə bağlanılmışdır. Müqaviləyə uyğun olaraq etibarnamə əsasında Şəxs MMC-ni gömrük orqanlarında təmsil etmək səlahiyyəti ona həvalə olunmuşdur. 16 oktyabr 2023-cü il tarixli, **********6417 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 59796,98 AZN, netto çəki 3,7 kq mallar Şəxs MMC tərəfindən xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilərək, Niderlanda fəaliyyət göstərən “Fluke Europe B.V.” şirkətinin ünvanına göndərilmişdir. Qeyd edim ki, bəyannamə üzrə göndərilmiş “xüsusi olaraq telekommunikasiya üçün nəzərdə tutulmuş cihaz və aparatura” adlı yük Maybo” MMC vasitəsilə başqa bir şirkətin sifarişi əsasında xaricdə emala göndərilmişdir. Müvafiq prosedur altında göndərilmiş malın emala yararsız olduğu müəyyən olunduğu üçün həmin mal geri qaytarılmamışdır. Sifarişçi şirkətə isə anbardan həmin malın eynisi verilmişdir. Yükün xaricdə emal müddəti xx.xx.2025-ci il tarixdə bitsə də yarasız olduğu üçün “Fluke Europe B.V.” şirkəti tərəfindən geri qaytarılmamışdır. Bu səbəbdən də bəyannamə üzrə öhdəlikləri yerinə yetirə bilmədikləri üçün köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC İXM-nin 497-c maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. Şəxs MMC-nin əməlində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, olan Şəxs MMC-yə tətbiq ediləcək inzibati cərimə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın Azərbaycan manatına olan dəyərinin otuz faizi məbləğində müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 31, 40, 48-51, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , qəraraaldı: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 59796,98 (əlli doqquz min yeddi yüz doxsan altı) manat 98 qəpik dəyərində malların 30 (otuz) faizi miqdarında – 17939,94 (on yeddi min doqquz yüz otuz doqquz) manat 94 qəpik məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-2410/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2410/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver