Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2411/2024 16.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından Bərdə Rayon Məhkəməsinə şikayət vermişdir. Bərdə Rayon Məhkəməsinin 3(021)-639/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyatı üzrə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati təbeh vermə haqqında qərar qəbul edilən X3 məhkəməyə teleqram vuraraq Bərdə rayonunda yaşadığı üçün işin Bərdə Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Müvəqqəti qeydiyyat vərəqəsindən görünür ki, X1 qeydiyyatında olsa da, müvəqqəti olaraq Bərdə şəhəri, Nizami küçəsi, ev 151, mənzil 50-də yaşayır. Məhkəmə hesab edir ki, X2 vəsatəti təmin edilməli və hazırki inzibati xəta haqqında işin baxılması qaydalarına uyğun olaraq ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraalır: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilsin. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-2411/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2411/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver