Məhkəmə qərarları › İş №3(125)-2412/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2412/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2412/2024 05.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 və protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin X16 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X5 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər BPİ-nin X16 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X10 Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 400 (dörd yüz) manat inzibati cərimə olunması barədə xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhər X15 Şöbəsinin əməkdaşları tərəfindən barəsində xx.xx.2024-cü il tarixdə İXP ******* saylı protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar çıxarılmış və 400 manat məbləğində cərimə olunmuşdur. Qərarın qəbul edilməsinə əsas kimi onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddərlərində nəzərdə tutulan hərəkətlərə yol verməsi göstərilmişdir. Ancaq barəsində çıxarılmış qərarda və tərtib edilmiş protokolun məzmununda hansı texniki vasitələrdən istifadə etməklə pozuntunun qeydə alınması və s. əsaslar göstərilməmişdir. Qeyd edilən qərardan narazıdır və hesab edir ki, qərar əsassızdır. Belə ki, protokol tərtib edilən tarixdə o, Gəncə şəhərində, Yeni Gəncə qəsəbəsində yol kənarında xalası oğlu Nağıyev Elçini gözləyən zaman X15 əməkdaşları ona yaxınlaşaraq onun içkili olmağını bildirərək, ondan idarə etdiyi **-BD-*** qeydiyyat nişanlı, HUNDAİ TUCSON markalı avtomobili cərimə meydançasına aparacaqlarını bildirdilər. O, polis əməkdaşlarının tələbinə əməl edilməsi üçün avtomobilin açarlarını onlara verdi, özü də patrul maşınında onlarla birlikdə Gənc şəhər DYPŞ-nin cərimə meydançasına gəldi. Avtomobili təhvil verdikdən sonra onu alkotestrlə sərxoşluq müayinəsindən keçridilər. O, onsuz da özü də içki qəbul etdiyini demişdi. Bu səbəbdən də xalası oğlu ilə əvvəlcədən vədələşmişdir ki, o, gəlib Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsindən maşınını idarə edərək evə aparsın. Hər bir halda alkotesterdən keçmiş, sərxoşluğun neçə promill olmasından xəbəri yoxdur, ona bu haqda demədilər. O, bir bakal pivə içmişdir, yəqin ki, elə ciddi bir sərxoşluq yox idi. Həmin vaxt polis əməkdaşları ondan heç bir izahat almadı, protokol da tərtib etmədi. Ancaq avtomobili cərimə meydançasında qaldı və o, evə getdi. Həmin günün səhəri, yəni xx.xx.2024-cü il tarixdə o, avtomobili götürmək üçün Gəncə şəhər X15 Şöbəsinə getmişdir. Onun tələbi ilə avtomobili özünə qaytardılar və xx.xx.2024-cü il tarixdə ona protokolu təqdim etdilər. Hesab edir ki, o, avtomobili sərxoş vəziyyətdə idarə etmədiyindən, eləcə də işıq və səs siqnallarından istifadə qaydalarının pozuntusuna yol vermədiyi üçün barəsində tam olaraq əsassız və qanunsuz protokol tərtib edilmiş və bu protokol əsasında da əsassız qərar çıxarılmışdır. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər BPİ-nin X16 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs X10 inzibati xəta törətdiyini etiraf edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, o, 05 iyun 2024-cü il tarixdə günorta saatlarında spirtli içki qəbul etmiş və həmin gün axşam saatlarında “Hyundai Tucson” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və onun avtomobili Gəncə şəhər DYPŞnin dayanacağına gətirilmişdir. Sonra isə polis əməkdaşları tərəfindən xüsusi texniki vasitə ilə onun spirtli içki qəbul etməsi ölçülmüşdür. O isə günorta saatlarında spirtli içki qəbul etdiyini və indiyə qədər sərxoşluğunun qala bilməyəcəyini bildirmişdir. Bundan sonra o, evə getmiş, növbəti gün avtomobilini Gəncə şəhər DYPŞ-nin dayanacağından götürmək üçün gələndə ona barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu təqdim etmişlər. O, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə 400 manat inzibati cərimə olunmuşdur. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin X16 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X11 məhkəməyə izahat verərək bildirdi ki, o, X7 işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə saxlamış və bu zaman onun spirtli içki qəbul etməsinə əsaslar olduğundan onun avtomobilini Gəncə şəhər DYPŞ-nin duracağına aparmışlar və sürücünün sərxoşluq vəziyyəti xüsusi texniki vasitə ilə ölçülmüş və xüsusi texniki vasitənin nəticəsi 0,312‰ olmuşdur. X2 olduğu müəyyən edildiyindən müvafiq olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında da İXM-nin 329.3 və 333.1-ci maddələri ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar tam qanuni olaraq tərtib edilmişdir. Buna görə də şikayətin təmin edilməmisini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı onun barəsində xx.xx.2024-cü il tarixdə Gəncə şəhər BPİ-nin X16 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X11 tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər BPİ-nin X16 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş xüsusi texniki vasitənin nəticəsinə dair xx.xx.2024cü il tarixli qəbzdən görünür ki, X6 0,312‰ sərxoşluq müəyyən edilmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını dinləyərək, DVD diskə baxış keçirərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X3 şəhəri ərazisində xx.xx.2024-cü il tarixdə İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir və buna görə də onun barəsində xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi barəsində inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 öz etirafedici ifadəsi, xüsusi texniki vasitənin nəticəsi, DVD diskdə olan sürücünün həmin vaxt avtomobili sərxoş halda idarə etməsini əks etdirən görüntülərlə, barəsində tətbiq edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla tam təsdiq olunur. O cümlədən məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X10 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər BPİ-nin X16 X1 Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər BPİ-nin X16 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar