Məhkəmə qərarları › İş №3(125)-2413/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2413/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2413/2024 23.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novuz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Protokol tərtib etmiş X2, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 iştirakı ilə, Gəncə şəhər DYPŞ tərəfindən tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 150 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X9 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Gəncə şəhər DYPŞ-nin xx.xx.2024-cü il tarixli "inzibati tənbeh vermə haqqında" qərarını qanunsuz və əsassız hesab edir. İş materiallarına foto və video görüntü əlavə edilməmişdir. Odur ki, xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X9 izahatında ərizəni müdafiə edərək bildirdi ki, hadisə günü evə getmək üçün həmin küçəyə girmiş, lakin yol bağlı olduğu üçün geri qayıtmışdır. O heçnə etməməsinə baxmayaraq polis əməkdaşları post patrul çağırmış və onu şöbəyə aparmışlar. Ona görə də xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 bildirmidir ki, X9 birtərfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmişdir. Ona görə də tərəfindən saxlanılaraq barəsində protokol tərtib edilmişdir. Həmin yolda düz istiqamətdə çıxış üçün yol vardır. O həmin yolun videosunu çəkərək iş materiallarına əlavə etmişdir. Odur ki, protokol və qərar düzgün tərtib olunmuşdur. Odur ki, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Gəncə şəhər DYPŞ-nin polis kapitanı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 150 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Video görüntüdən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə təxminən saat 12:21 radələrində idarə etdiyi Mersedes Benz C180 markalı 99GT620 dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsi ilə Gəncə şəhəri, Mikayıl Müşfiq 63-də birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edir. Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görəyüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Şikayətçi qərarın ləğv edilməsinin əsası kimi foto və video görüntünün əlavə edilməməsini göstərmişdir. Lakin, iş materiallarında olan DVD diskdə olan hadisə yerinin video görüntüsündən görünür ki, X1 Benz C180 minik markalı 99GT620 dövlət nömrə qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Mikayıl Müşfiq 63-də birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmiş nəticədə Yol hərəkəti haqqında qanunun tələbini pozmuşdur. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X7 birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməsinə görə inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməməli, onun barəsində Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar