Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-242/2024 31.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 idarəsindən daxil olmuş Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin tabeliyində Azərbaycan yerüstü nəqliyyat X2 idarəsindən Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhər məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan müəyyən olunur ki, Şəxs oğlu Mercedes markalı, ** ES *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Gəncə şəhəri Şəmkir avtovağzalında aparılan yoxlama zamanı qanunvericilikdə müəyyən olunmuş, tələb olunan sənədləri, “Fərqlənmə nişanını” təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə haqqında protokol tərtib edilmiş şəxs Şəxs öz ifadəsində bildirmişdir ki, fərqlənmə nişanı ilə bağlı AYNA-ya müraciət etsə də, ona heç bir səbəb olmadan fərqlənmə nişanı verilməmişdir. Buna görə də o, sözügedən avtomobilə fərqlənmə nişanı ala bilməmişdir. Daha sonra o, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokoldan əvvəl dövlət rüsumunu ödədiyini bildirmişdir. Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin tabeliyində Azərbaycan yerüstü nəqliyyat X2 idarəsinin nümayəndəsi Orxan Abdullayev protokolu müdafiə edərək vətəndaşın müraciəti əsasında nəqliyyat xəttinin müsabiqəyə çıxarıldığını və icazə verilib-verilməməsi məsələsinin agentlik tərəfindən həll olunduğunu bildirmişdir. Daha sonra o, vətəndaşın idarə etdiyi avtomobilin sərnişin daşıma üzrə standartlara cavab vermədiyi üçün ona fərqlənmə nişanı verilmədiyini qeyd edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin tabeliyində Azərbaycan yerüstü nəqliyyat X2 idarəsinin inspektoru X4 və mütəxəssisi Rəfiyev samir Qadir oğlunun xx.xx.2024-cü il tarixdə tərtib etdiyi aktdan müəyyən olunur ki, inzibati xəta törətmiş şəxs Şəxs oğlu 11 yanvar 2024-cü il tarixdə saat 10:03 radələrində Gəncə şəhəri Şəmkir avtovağzalında Mercedes markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobildə aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş tələbə əsasən “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Barəsində İXM-in 552-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş Şəxs idarə etdiyi Mercedes markalı, ** ES *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli, 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanının tətbiq edilməsi” Qaydalarının tələblərinə əsasən X1 Xidmətiin “X3” müraciət edərək “Fərqlənmə nişanı” almalı olduğu halda heç bir müraciət etməmiş və avtonəqliyyat vasitəsinə “Fərqlənmə nişanı” almamaqla vergidən yayınmışdır. Qaydaların 1.3-cü maddəsinə əsasən “Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı üçün Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilmiş və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd olunmalıdır ki, Şəxs xx.xx.2023-cü il tarixli 3(125)-2830/2023 nönrəli Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən sözügedən Mercedes markalı, ** ES *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Gəncə şəhəri Şəmkir avtovağzalında aparılan yoxlama zamanı qanunvericilikdə müəyyən olunmuş qaydada tələb olunan sənədləri, “Fərqlənmə nişanını” təqdim etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 50 (əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Buna baxmayaraq xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri Şəmkir avtovağzalında aparılan yoxlama zamanı Mercedes markalı, ** ES *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Şəxs yenidən qeyri-qanuni sərnişin daşıma fəaliyyəti ilə məşğul olması aşkar olunmuşdur. Azərbaycan Respublikası İXM-in 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olunması, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsi inzibati məsuliyyətə cəlb etmək üçün əsas yaradır. Həmin Məcəllənin: - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 50 (əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-242/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-242/2024
31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver