Məhkəmə qərarları › İş №3(125)-2430/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2430/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2430/2025 04.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Gəncə Regional X9 İdarəsinin inspektoru X1 və nümayəndə X2 iştirakı ilə, Hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 -Daşkəsən Regional Təhsil İdarəsi (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Gəncə Regional X9 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Gəncə Regional X9 İdarəsi tərəfindən hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 -Daşkəsən Regional Təhsil İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə 25 iyun 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Gəncə şəhəri, Atatürk prospekti 112A ünvanında yerləşən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 - Daşkəsən Regional Təhsil İdarəsində 25 iyun 2025-ci il tarixdə diqqətli yoxlama zamanı yanğın təhlükəsizlik qaydalarının pozulması aşkar edilmişdir Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Gəncə Regional X9 İdarəsinin inspektoru X3 göstərdi ki, Gəncə Regional X9 İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 -Daşkəsən Regional Təhsil İdarəsində yoxlama aparılmış, yanğın-texniki müayinə keçirilmişdir. Müayinə zamanı binada yanğın aşkaredici və xəbərverici siqnalizasiya qurğularına illik planlı texniki xidmət göstərilmədiyini, binanın daxilinə çəkilmiş naqil və kabellərin izolyasiyalarının vəziyyəti, gərginliyə qarşı müqaviməti, birləşmə yerlərinin etibarlılığı yoxlanılmadığı, binanın əsas və ehtiyat giriş-çıxış qapıları xilasedici istiqamətdə açılmadığı, binada yanğın zamanı insanların və əşyaların köçürülməsi üçün “Təxliyyə Planı” işlənib hazırlanmadığı, binada taxta konustruksiyalı elementlər mövcud normativ tələblərə əsasən odadavamlı məhlulla hopdurulmadığı, bina akt zalı və vətəndaşların qəbul otağı yanğın aşkaredici xəbərverici və tüstüyə qarşı müdafiə sistemləri ilə təmin olunmadığı, binada standartlara uyğun olmayan elektrik qızdırıcı cihazlarından istifadə olunmadığını bildirərək qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Gəncə Regional X9 İdarəsinin nümayəndəsi X4 inspektor X3 ilə eyni məzmunlu izahat vermişdir. Barəsində inzibati icraat aparılan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 -Daşkəsən Regional Təhsil İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 25 iyun 2025-ci il tarixli, yanğın-texniki müayinə aktından görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 - Daşkəsən Regional Təhsil İdarəsində aparılmış yoxlama zamanı sahibkar tərəfindən yoxlama prosesinə aid aşkar olunmuş nöqsanlar aşağıdakılardan ibarətdir. Binada yanğın aşkaredici və xəbərverici siqnalizasiya qurğularına illik planlı texniki xidmət göstərilməyib; Binanın daxilinə çəkilmiş naqil və kabellərin izolyasiyalarının vəziyyəti, gərginliyə qarşı müqaviməti, birləşmə yerlərinin etibarlılığı yoxlanılmayıb;-Binanın əsas və ehtiyat girişçıxış qapıları xilasedici istiqamətdə açılmır; binada yanğın zamanı insanların və əşyaların köçürülməsi üçün “Təxliyyə Planı” şlənib hazırlanmayıb; Binada taxta konustruksiyalı elementlər mövcud normativ tələblərə əsasən odadavamlı məhlulla hopdurulmayıb; Bina akt zalı və vətəndaşların qəbul otağı yanğın aşkaredici xəbərverici və tüstüyə qarşı müdafiə sistemləri ilə təmin olunmayıb; Binada standartlara uyğun olmayan elektrik qızdırıcı cihazlarından istifadə olunur; - 25 iyun 2025-ci il tarixli aktdan görünür ki, 25 iyun 2025-ci il tarixdə ünvan ünvanda yerləşən Gəncə -Daşkəsən Regional Təhsil İdarəsində diqqətli yanğın-texniki müayinə zamanı Gəncə -Daşkəsən Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri X6 aşkar olunmuş nöqsanlara görə tərtib edilmiş ******* nömrəli inzibati xətalar haqqında protokola və yanğın texniki müayinə aktına imza etməkdən və fikrini bildirməkdən imtina etmişdir. - 25 iyun 2025-ci il tarixli 02539 nömrəli tələbnamədən görünür ki, yanğın təhlükəsizliyi norma və qaydalarının qaydalarının pozulması ilə bağlı tələblər Gəncə- Daşkəsn Regional Təhsil İdarəsinə bildirilmişdir. Məhkəmə potokolu tərtib etmiş orqanın nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Gəncə -Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də Gəncə -Daşkəsən Regional Təhsil İdarəsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəinin 1-ci bəndinə əsasən Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək vəzifələri vardır: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21 -ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 518.1 -ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Аzərbаycаn Respublikasının İnzibati Xətаlаr Məcəlləsinin 518.1 -ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 518.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs bu inzibati xətaya görə ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğundan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməli, həmin müddətdə hüquqpozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquqpozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 115 və 128- 130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 -Daşkəsən Regional Təhsil İdarəsi (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib, şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 -Daşkəsən Regional Təhsil İdarəsinin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Gəncə regional X9 idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar