Məhkəmə qərarları › İş №3(125)-2452/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2452/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2452/2023 24.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xİdmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq Şöbəsinin böyük dövlət vergi müfəttişi X1 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “Education Center”-in rəhbəri, ünvan 1 ünvanda yaşayan Şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları baş dvm Səlimov S.A və dvm X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11-00-da v/ö Şəxs Gəncə şəhəri, Şeyxbahəddin 40 ünvanında lisenziya olmadan məktəbəqədər təhsil müəssisəsi fəaliyyət növü ilə məşğul olması faktı aşkar edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X3 izahatında protokolu müdafiə edərək, bildirdi ki, Şəxs izahatında 100 manat qazanc əldə etməsini göstərmişdir. Ona görə də Şəxs həmin məbləğdə qazanc əldə etməsinə münasibətdə protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlmədiyindən və onda işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmadığından, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********3204 nömrəli xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs məxsus olan obyektdə “Education Center”də operativ vergi yoxlamasının həyata keçirilməsi qərara alınmış, xx.xx.2023-cü il tarixdə Şəxs imza ataraq həmin qərar və çıxarışla tanış olduğunu bildirmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyetrindən çıxarışdan görünür ki, Şəxs məxsus olan obyektdə “Education Center”-də xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə plandankənar operativ vergi nəzarətinin həyata keçirilməsinə icazə verilmişdir. Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında DVX 000125 nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Education Center”-in məktəbəqədər təhsil müəssisəsi fəaliyyət növü ilə məşğul olması faktı müəyyən edilmişdir. Şəxs inzibati araşdırma zamanı xx.xx.2023-cü il tarixində vermiş olduğu izahatından görünür ki, “Education Center”-in rəhbəridir və vergi orqanının qeyd etdiyi kimi , “Education Center”-də məktəbəqədər təhsil fəaliyyəti ilə məşğul olur. Fəaliyyət dövründə fəaliyyətin lisenziya tələb olunan fəaliyyət növü olduğunu bilməmişdir. Fəaliyyət göstərdiyi dövrdə 50 manat gəlir əldə etmişdir. Vergi ödəyicisi barədə məlumatlardan görünür ki, Şəxs digər qruplara daxil edilməyən təhsil sahəsində sair fəaliyyət və hazırlıq kurslarının faliyyəti ilə məşğul olur. Vergi ödəyicisinin obyekti kimi “Education Center” qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə nəzərdə tutulmuşdur. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 1 nömrəli əlavədən görünür ki, Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısının 5.1-ci bəndinə dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, məktəbəqədər təhsil müəssisələri aid edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs İXMnin 398-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, fəaliyyət dövründə 50 manat qazancı olması nəzərə alınmaqla barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, əldə edilmiş gəlirin 2 (iki) misli miqdarında, yəni 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar