Məhkəmə qərarları › İş №3(125)-2466/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2466/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2466/2023 10.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X15, X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, döngə 3, ev 4, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-4684/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci il tarixindən başlayaraq, Şəxs xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 yeykinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat cəmi 300 manat sabit pul məbləğində aliment X4 xeyrinə ödənilməlidir. Ağcəbədi Rayon Məhkəməsinin 2(017)-458/2011 saylı xx.xx.2011-ci ıl tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment xx.xx.2011-ci il tarixdən hesablanmaqla alınaraq X8ma verilməlidir. İcra sənədləri müvafiq olaraq xx.xx.2011-ci il tarixində və xx.xx.2017-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bu səbəbdən icra sənədləri üzrə tələb borclunun əmək haqqının 70%-nə yönəldilmişdir. Gəncə şəhər Məhkəməsinin 3(125)-1096/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs 08 gün müddətində inzibati həbs edilmişdir. Bugüni tarixdə borclu Dünyamalıyev Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-4684/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 8270 manat, Ağcəbədi Rayon Məhkəməsinin 2(017)-458/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədi üzrə isə 1000 manat, ümumilikdə 9270 manat aliment borcu qalmaqdadır. Borclu Şəxs sonuncu izahatında borcunu tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. Beləki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş və bunula da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqda təqsirlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X19 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bu səbəbdən icra sənədləri üzrə tələb borclunun əmək haqqının 70%-nə yönəldilmişdir. Əmək haqqının 50%-i üç uşağa görə, 20%-i isə bir uşağa görə tutulmuşdur. Lakin aprel ayından əmək haqqı almadığına görə həmin ödənişlərdə əmək haqqından tutula bilmir. Gəncə şəhər Məhkəməsinin 3(125)-1096/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs 08 gün müddətində inzibati həbs edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar üzürsüz səbəbdən icra etmədiyinə görə protokol tərtib edilmişdir. Bugünədək ödəniməmiş 9.270 (doqquz min iki yüz yetmiş) manat aliment borcu qalır. Borclu bu hərəkətləri onu göstərir ki, o, icra sənədlərinin icrasına laqeyd yanaşır və qərəzli olaraq borcunun ödənilməsindən imtina edir. Bundan başqa, borclu onun çağırışlarına gəlmir, icra sənədinin icrasından boyun qaçırır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində inzibati qaydada tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, borcunu ödəmə imkanı yoxdur. Səhhəti ilə əlaqədar hal-hazırda işləmir. Ürəyindən əməliyyat olunmalıdır.Borcunu ödəməkdən qəsdən yayınmır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, qanuna uyğun tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X11 izahatında bildirdi ki, borclu ona olan aliment borcunu ödəməkdən qəsdən yayınır. O, icra sənədi üzrə olan aliment borcunu ödəmədiyi təqdirdə barəsində qanunamüvafiq olaraq inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Qanunla müəyyən edilmiş qaydada digər zərərçəkmiş şəxs X3 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilərək araşdırılmış Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-4684/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2017-ci il tarixindən başlayaraq, Şəxs xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 yeykinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat cəmi 300 manat sabit pul məbləğində aliment X4 xeyrinə ödənilməlidir. Ağcəbədi Rayon Məhkəməsinin 2(017)-458/2011 saylı xx.xx.2011-ci ıl tarixli icra vərəqindən görünür ki, Şəxs xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment xx.xx.2011-ci il tarixdən hesablanmaqla alınaraq X8ma verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(014)-916/2014-cü il nömrəli icra sənədini könüllü icra etməsi üçün borclu X10 tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. xx.xx.2011-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Ağcəbədi Rayon Məhkəməsinin 2(017)-458/2011 saylı xx.xx.2011-ci ıl tarixli icra vərəqi üzrə icraat başlanılmışdır. xx.xx.2011-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Ağcəbədi Rayon Məhkəməsinin 2(017)-458/2011 saylı xx.xx.2011-ci ıl tarixli icra vərəqini icra edilməsi barədə borcluya xx.xx.2011-ci il tarixdə imza atdırılmaqla bildiriş təqdim edilmişdir. xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-4684/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqi üzrə icraat başlanılmışdır. xx.xx.2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-4684/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqini icra edilməsi barədə borcluya xx.xx.2017-ci il tarixdə imza atdırılmaqla bildiriş təqdim edilmişdir. xx.xx.2017-ci il tarixli bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında 10 oktyabr 2017-ci il tarixli qərardan görünür ki, Ağcəbədi Rayon Məhkəməsinin 2(017)-458/2011 saylı xx.xx.2011-ci ıl tarixli icra vərəqi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-4684/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqi bir icraatda birləşdirilmişdir. xx.xx.2022-ci il tarixli Gəncə şəhər İcra Hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyi tərəfindən Gəncə şəhər icra İdarəsinə daxil olmuş məktubun sürətindən görünür ki, Şəxs aldığı əmək haqqı 272 manatdır, həmin vəsaitdən 50% yəni 136 manat tutulub tələbkar X4 bank hesabına köçürülür. xx.xx.2022-ci il tarixli Gəncə şəhər İcra Hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyi tərəfindən Gəncə şəhər icra İdarəsinə daxil olmuş məktubun sürətindən görünür ki, Şəxs əmək haqqının 70% aliment ödənişinə görə tutqu aparılır tələbkar X9 və digər tələbkar X1 bank hesabına ödənilir. Gəncə şəhər Məhkəməsinin 3(125)-1096/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs 08 gün müddətində inzibati həbs edilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs borcunun ödənilməməsi halda məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Zərərçəkmiş şəxslərdən daxil olmuş ərizələrdən görünür ki, onlar aliment borclarını tam şəkildə tələb edilməsi barədə ərizə ilə Gəncə şəhəri üzrə İcra idarəsinə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərər çəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı inzibati tənbeh vermə haqqında Gəncə şəhər Məhkəməsinin 3(125)-1096/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında verdiyi izahatından görünür ki, borclu maddi imkanı olmadığını və xəstə olmasını əsas gətirərək, borclarını ödəmədiyini bildirsə də, bu hal onu borcunu ödəməmək üçün əsas hesab edilə bilməz. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış aliment borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, onun hal-hazırda 9.270 (doqquz min iki yüz yetmiş) manat aliment borcu ödənilməmiş qalmaqdadır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, icra sənədi üzrə ödənilməmiş pul vəsaitlərinin məbləğlərini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar