Məhkəmə qərarları › İş №3(125)-2468/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2468/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2468/2024 18.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, «Xalq Sənətkarlarının Yaradıcılıq Mərkəzi» İctimai Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Maliyyə Nazirliyindan daxil olmuş 28 iyun 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «Xalq Sənətkarlarının Yaradıcılıq Mərkəzi» İctimai Birliyi 2023-cü il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməmiş, bununla da «Xalq Sənətkarlarının Yaradıcılıq Mərkəzi» İctimai Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-23/2- 2649/2024 nömrəli bildirişindən görünür ki, «Xalq Sənətkarlarının Yaradıcılıq Mərkəzi» İctimai Birliyi 2023-cü il üzrə maliyyə hesabatlarının təqdim edilməməsinə görə inzibati xəta haqqında haqqında iş üzrə icraatın iştirakçısı qismində 23 may – 24 iyun 2024-cü il tarixdə, saat 10-00-dan 17:00-dək Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinə çağırılmışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinın «Xalq Sənətkarlarının Yaradıcılıq Mərkəzi» İctimai Birliyinə ünvanlanmış məktubunun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub «Xalq Sənətkarlarının Yaradıcılıq Mərkəzi» İctimai Birliyinin rəsmi qeydiyyatda olan ünvanına göndərilmiş və xx.xx.2024-cü il tarixdə həmin məktub imza edilməklə poçt vasitəsi ilə qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Bu hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 12.3-cü maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. 16.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunun tələblərini pozan şəxslər İXM ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İnzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs «Xalq Sənətkarlarının Yaradıcılıq Mərkəzi» İctimai Birliyi xx.xx.2024-cü il tarixdən gec olmayaraq 2023-ci il üzrə illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməli idi. Sözügedən tələb «Xalq Sənətkarlarının Yaradıcılıq Mərkəzi» İctimai Birliyi tərəfindən pozulmuş, yəni həmin qeyri hökümət təşkilatı tərəfindən 2023-cü il üzrə maliyyə hesabatları auditor rəyi ilə Maliyyə Nazirliyinə təqdim edilməmişdir. Bununla da, «Xalq Sənətkarlarının Yaradıcılıq Mərkəzi» İctimai Birliyi hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, «Xalq Sənətkarlarının Yaradıcılıq Mərkəzi» İctimai Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: «Xalq Sənətkarlarının Yaradıcılıq Mərkəzi» İctimai Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar