Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2488/2024 11.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər 2-ci X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, R.Axundov, 2-ci döngə, ev 4-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 11 iyul 2024-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər 2-ci PŞ İTB-nin polis sahə rəisi, X2 tərəfindən tərtib olunmuş 11 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhər 2-ci Polis Şöbəsinin inzibati binasının içərisində uca səslə nalayiq ifadələr işlədərək ətrafdakıların diqqətini özünə cəlb etmiş və nizam intizama dəvət edilməsinə baxmayarq buna məhəl qoymamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər 2-ci PŞ İTB-nin polis sahə rəisi, X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində xidmətdə olan zaman Gəncə şəhəri, Məhsəti qəsəbəsi 31-ci küçədə yaşayan Şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək onunla eyni ünvanda yaşayan qeyri-rəsmi ər-arvadı X3 öldürəcəyini bildirmişdir. Daxil olmuş məlumat əsasında Şəxs yaşadığı ünvana əməliyyat qrupu getmiş, ünvana çatdıqda Şəxs yaxınlaşaraq özlərini təqdim etdikdə və müraciəti barəsində sual verməyə başladıqda, o, uca səslə nalayiq söyüşlər söyərək ətrafdakıların diqqətini özünə cəlb etməklə ictimai qaydanı kobud sürətdə pozmaqla bu kimi qərəzli hərəkətlər etmiş, onu nizam-intizama dəvət etsək də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra Şəxs sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə Gəncə şəhər Narkoloji Dispanserinə aparılmış, keçirilmiş müayinə nəticəsində təqdim edilmiş 2469/2024 nömrəli Protokolunda Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Bundan sonra Şəxs izahatının alınması məqsədilə xx.xx.2024-cü il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə gətirilmiş, Şəxs Polis Şöbəsinə gətirilərək Polis Şöbəsinin inzibati binasının içərisində, həyətində X4 əleyhinə uca səslə nalayiq söyüşlər söyərək ətrafdakıların diqqətini özünə cəlb etməklə ictimai qaydanı kobud sürətdə pozmaqla bu kimi qərəzli hərəkətlər etmiş, həmin vaxt polis şöbəsində olan digər polis əməkdaşları Şəxs nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq polis əməkdaşlarının iş rejimini pozmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, yoldaşı ilə 7 ildi qeyri rəsmi birlikdə yaşayırlar. Həmişə o işləyib yoldaşına baxmışdır. Son vaxtlar işləyə bilmədiyinə görə yoldaşına iş tapmışdır. Yoldaşı də iki gün işlədikdən sonra 20 manat pul qaznaaraq evə gəlmiş və ona “bax səni mən saxlayıram” demişdir. O bu ifadədən qəzəblənərək ona irad tutumuş və neçə ildir onun ona baxdığını bildirmiş, onu evdən qovmaq istəmişdir. Daha sonra əsəbələşərək polisə özü zəng etmiş və çağırmışdır. Səs küy olsa da polis əməkdaşlarına müqavimət göstərməmiş və onları təhqir etməmişdir. Polis söbəsində olan zaman səhərdən ac olduğu üçün, polis əməkdaşlarından yemək istəmiş, yemək verilmədiyinə görə səs küy salmışdır. Onun heç bir təqsiri olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində xidmətdə olan zaman Gəncə şəhəri, Məhsəti qəsəbəsi 31-ci küçədə yaşayan Şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək onunla eyni ünvanda yaşayan qeyri-rəsmi ər-arvadı X3 öldürəcəyini bildirmişdir. Daxil olmuş məlumat əsasında Şəxs yaşadığı ünvana əməliyyat qrupu getmiş, ünvana çatdıqda Şəxs yaxınlaşaraq özlərini təqdim etdikdə və müraciəti barəsində sual verməyə başladıqda, o, uca səslə nalayiq söyüşlər söyərək ətrafdakıların diqqətini özünə cəlb etməklə ictimai qaydanı kobud sürətdə pozmaqla bu kimi qərəzli hərəkətlər etmiş, onu nizam-intizama dəvət etsək də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra Şəxs sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə Gəncə şəhər Narkoloji Dispanserinə aparılmış, keçirilmiş müayinə nəticəsində təqdim edilmiş 2469/2024 nömrəli Protokolunda Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Bundan sonra Şəxs izahatının alınması məqsədilə xx.xx.2024-cü il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə gətirilmiş, Şəxs Polis Şöbəsinə gətirilərək Polis Şöbəsinin inzibati binasının içərisində, həyətində X4 əleyhinə uca səslə nalayiq söyüşlər söyərək ətrafdakıların diqqətini özünə cəlb etməklə ictimai qaydanı kobud sürətdə pozmaqla bu kimi qərəzli hərəkətlər etmiş, həmin vaxt polis şöbəsində olan digər polis əməkdaşları Şəxs nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq polis əməkdaşlarının iş rejimini pozmuşdur 11 iyul 2024-cü il tarixli 2469/2024 nömrəli sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcə alkoqol sərxoşu olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün qismən etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi İXM-nin 33.1.7-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməməsini, ağırlaşdıran halın olmasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 11 iyul 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-2488/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2488/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver