Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2489/2024 11.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim оğlunun sədrliyi, X8 iclas katibliyi, Protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in 3-cü PŞ-nin sahə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraki ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Gəncə şəhəri, Nizami rayonu, X18, ev 59, mənzil 24 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri BPİ-in 3-cü PB-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri BPİ-in 3-cü PB-nin sahə rəisi, X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 11 iyul 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 iyul 2024-cü il tarixdə Yeni Gəncə qəsəbəsində polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-in 3-cü PŞ-nin sahə rəisi, X10 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 3-cü Polis Bölməsinin polis əməkdaşları Gəncə şəhər, Yeni Gəncə qəsəbəsi, M.C Paşayev küçəsində yerləşən “Çinar” kafesində olan zaman kafedə əyləşərək spirtli içki qəbul edən adları onlara sonradan X13, X9 və Şəxs kimi məlum şəxslərin ictimai yerdə bir-birlərinə qarşı təhqiredici ifadələr işlətdikləri üçün həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər. Onlara əməllərinin ictimai qayda pozuntusu olduğunu dəfələrlə izah etmiş və nizam-intizama dəvət etmişlər. X6, X9 və Şəxs onların qanuni tələblərinə məhəl qoymaraq öz hərəkətlərin davam etdirib polisin ünvanına da təhqiredici ifadələr işlətməyə davam etmişlər. Həmçinin ətrafda olan vətəndaşların diqqətini özlərinə cəlb edərək ictimai qaydanı qərəzli şəkildə pozaraq qanuni tələblərinə tabe olmaqdan imtina etmişlər. Belə olan halda X13, X9 və Şəxs polis əməkdaşları tərəfindən AR-sı “Polis haqqında” Qanunun 26-cı maddəsinin tələblərinə uyğun olaraq fiziki qüvvə tətbiq etməklə saxlanılmış və barələrində qanunamüvafiq tədbir görülməsi üçün Gəncə şəhər 3-cü PB-nə gətirib NH-yə təhvil verilmişlər. Barəsində icraat aparılan şəxsin haqqında ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs inzibati xətanı törətdiyini etiraf edərək ifadəsində bildirdi ki, “Çinar” kafedə dostları ilə oturub söhbət edərkən onların sözləri birbirinə uyğun gəlməmiş və onlar bir-birlərinə söyüş söyməyə başlamışlar. Bu zaman ora başqa işlə bağlı gələn polis əməkdaşları onlara söyüş söyməmələri ilə bağlı xəbərdarlıq etmişlər. Onlar içkili olduqları üçün polis əməkdaşlarına tabe olmayaraq onlara müqavimət göstərmişlər. Əməlindən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü PB-in təhqiqatçısı, polis kapitanı X3 bildirmişdir ki, Yeni Gəncədə “Çinar” kafedən oğurluq hadisəsi ilə bağlı 102 xidəmətinə vətəndaşın şikayəti daxil olmuşdur. Onlar bununla bağlı oraya getmiş və kameraya baxan zaman “Çinar” kafedə spirtli içki qəbul edən 3 nəfər şəxs bir-birlərinə nalayiq ifadələr işlədərək söyüş söyürdülər. Onlar həmin şəxslərə yaxınlaşaraq söyüş söyməmələri ilə bağlı xəbərdarlıq etmişlər. Lakin həmin şəxslər onlara “siz kimsiniz, gəlin çölə çıxaq söhbət edək “ kimi ifadələr işlətmişlər. Onlar çölə çıxmışlar və həmin şəxslər çöldə onlara nalayıq ifadələr işlədərək söyüş söyməyə başlamışlar. Onlar digər polis əməkdaşlarını oraya cələb edərək həmin şəxsləri 3-cü Polis Bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü PB-in əməliyyat müvəkkili polis baş leytenantı X1 Nicat Rafayıl oğlu ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: Şəxs barəsində tərtib edilmiş 11 iyul 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, o, xx.xx.2024-cü il tarixdə Şəxs Gəncə şəhəri, Yeni gəncə qəsəbəsi, M.C. Paşayev küçəsində yerləşən “Çinar” kafedə olan zaman polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Ona görə də barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. 10 iyul 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 10 iyul 2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. 10 iyul 2024-cü il tarixli 2456/2024 nömrəli ”sərxoşluq hallarının tibbi müayinəsi“ protokolundan görünür kü, Şəxs orta dərəcəli alkoqol sərxoşluq vəziyyəti müəyyən edilmişdir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati tənbeh növündə həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 10 iyul 2024-cü il tаrixdən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X12 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-2489/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2489/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver