Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-249/2023 24.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: QƏBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X2 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, 11000-00323/23 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN: **********) MMC-nin ünvanına Rusiya Federasiyasından O269PP05/AE127505 nömrəli nişanlı yük nəqliyyat vasitəsi ilə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə gələn “süd tərkibli qidaların hazırlanmasında istifadə olunan süd piyinin əvəzedicisi” yükü **********1689 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Qeyd olunan yükə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına O269PP05/AE127505 nömrə nişanlı nəqliyyat vasitəsində gələn yükə vurulan plomb gömrük əməkdaşının iştirakı olmadan MMC tərəfindən özbaşına qoparılmış, lakin yükə müdaxilə olunmamış, Bununla da gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Bununla cəmiyyət tərəfindən, İXM-in 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs MMC-yə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: - Gömrük prosedurları və ödənişləri şöbəsinin inspektoru Araz Səfərovun xx.xx.2023-cü il tarixli raportundan görünür ki Şəxs MMC-nin (VÖEN: **********) ünvanına xx.xx.2022-ci il tarixli **********1689 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə buraxılış gömrük prosedurunda bəyan edilmiş yükə xx.xx.2022-ci il tarixində baxış keçirilərkən, həmin yüklər gömrük təminatı altına olduğu halda yüklərə baxış keçirən Tranzit şöbəsinin inspektoru X1 iştirakı olmadan sözügedən yükləri daşıyan O269PP05/AE127505 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə tətbiq edilmiş gömrük təminatları söküldüyü aşkar edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli **********1689 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunmuş mallara baxış keçirilmiş, baxış zamanı yüklərə müdaxilə olunmadığı, heç bir malın istifadə olunmadığı müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin anbarda olan malların yoxlasnması və yükə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından gələn yüklər xx.xx.2022-ci il tarixli **********1689 nömrəli bəyannaməsi ilə sərbəst dövriyyə buraxılış gömrük prosedurunda bəyan edilmişdir. **********1689 sorğu nömrəli bəyannamə ilə bəyan olunmuş yükləri daşıyan O269PPP05/AE127505 nəqliyyat vasitəsi müəssisənin anbarına daxil olduqdan sonra, həmin nəqliyyat vasitəsinə tətbiq edilmiş gömrük eyniləşdirmə vasitəsi olan AZDGK 194 nömrəli plomb gömrük orqanın iştirakı olmadan sökülmüşdür. Yuxarıda göstərilən GB ilə bəyan olunmuş yükləri daşıyan O269PPP05/AE127505 nömrəli nəqliyyat vasitəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan gömrük bəyannaməsi üzrə göstərilən mallar sözügedən nəqliyyat vasitəsindən boşaldılmamış və mal müşaiyyət sənədləri ilə eynilik təşkil edir. - xx.xx.2022-ci il tarixli, **********1689 nömrəli Gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına O269PP05/AE127505 nömrəli nişanlı yük nəqliyyat vasitəsi daxil olmuş Rusiya Federasiyasından O269PP05/AE127505 nömrəli nişanlı yük nəqliyyat vasitəsində “Samur” gömrük postundan təyinatı üzrə rəsmləşdirilməsi üçün Gəncə şəhəri, Qərb Ərazi Baş Gömrük idarəsinə göndərilmiş “süd tərkibli qidaların hazırlanmasında istifadə olunan süd piyinin əvəzedicisi” yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan görünür ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başalnmışdır. Məhkəmə inzibati protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 87.1 və 87.2-ci maddələrinə əsasən gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin olduğu və ya ola biləcəyi nəqliyyat vasitələri, binalar və digər yerlər, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş fəaliyyətlərin həyata keçirildiyi yerlər, gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələri gömrük orqanları tərəfindən eyniləşdirilə bilər. Eyniləşdirmə, plombların qoyulması, rəqəmlə, hərflə nişanlama, markalama, eyniləşdirmə işarələri, möhürlərin və ştampların vurulması, prob və nümunələrin götürülməsi, malların və nəqliyyat vasitələrinin təsviri, çertyojların çəkilməsi, miqyaslı təsvirlərin, fotoşəkillərin, illüstrasiyaların hazırlanması, malların müşayiətedici və başqa sənədlərindən və digər eyniləşdirmə vasitələrindən istifadə yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına O269PP05/AE127505 nömrə nişanlı nəqliyyat vasitəsində gələn yükə vurulan plomb gömrük əməkdaşının iştirakı olmadan MMC tərəfindən özbaşına qoparılmışdır. Bununla da hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-in 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs Şəxs MMC -nin Azərbaycan Respublikasının İXM-nin 492.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixli, 11000-00323/23 nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-249/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-249/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver