Məhkəmə qərarları › İş №3(125)-2494/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2494/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2494/2025 04.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Məmmədov Elçin Umud oğlunun sədrliyi, İbrahimli İbrahim Yasin oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin etibarnamə üzrə nümayəndəsi, icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx xxxxxx 1984-cü il tarixdə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, şəxsiyyət vəsiqəsinin orta təhsilli, evli, işsiz, Kəlbəcər şəhəri, Dəlidağ küçəsi, ev 3A-da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 15 iyul 2025-ci il tarixdə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən Gəncə şəhəri üzrə İcra İdarəsinin etibarnamə üzrə nümayəndəsi icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, hadisə üzrə dörd zərərçəkmiş şəxs var, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qətnamələri və notariusun icra qeydinə əsasən icra sənədləri üzrə heç bir ödəniş ödəmir. Odur ki, tərtib edilmiş protokolu müdafiə edərək, məhkəmədən inzibati tənbeh tətbiq edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Kəlbəcər rayon Məhkəməsinin 2(040)-660/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 7791 manat 47 qəpik məbləğində pul vəsaiti tutularaq tələbkar X4, Gəncə şəhər Məhkəməsinin 1(125)-31/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 6080 (altı min səksən) manat məbləğində pul tutularaq tələbkar “Güvənli“ MMC-ə, Kəlbəcər rayon Məhkəməsinin 2(040)-499/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 367 (üç yüz altmış yeddi) manat 81 qəpik məbləğində pul tutularaq “Optimal Elektronika“ MMC-yə, 2 saylı Gəncə Regional “ASAN Xidmət “ Mərkəzində Notariat Ofisinin 81-6568 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən isə 10025 (on min iyirmi beş) manat məbləğində pul tutularaq X2 xeyrinə ödəməlidir. O, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, məhkum olunmamışdan əvvəl tələbkarlara olan borcunu vaxtıvaxtında ödəsə də, sonradan borcunu ödəyə bilməmişdir. Hal-hazırda Fermada mühafizəçi işləyir, aylıq qazancı təminən 176 manatdır. Hər ay sözügedən icra sənədlərinin hər biri üzrə 60-100 manat arası ödəniş edə bilər. İcra sənədlərini icra etməməsi qərəzli deyildir, yalnız onun maddi vəziyyəti ilə bağlıdır. Sözügedən iş üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında müdafiəçi Göygöl rayon Vəkil Bürosunun fərdi qaydada fəaliyyət göstərən vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığını, barəsində çıxarılmış hökmə əsasən hal-hazırda cəza çəkməsi ilə əlaqədar elektron qolbaq daşımasını əsas gətirərək onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X1 xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək Şəxs şikayətçi olduğunu və onun barəsində inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun, zərərçəkmiş şəxsin ərizəsi və Gəncə şəhəri üzrə İcra İdarəsinin daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş; Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış Kəlbəcər rayon Məhkəməsinin 2(040)-660/2023 nömrəli icra sənədinin könüllü icra edilməsi üçün Şəxs 10 gün müddətində vaxt verilmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, 2 saylı Gəncə Regional “ASAN Xidmət “ Mərkəzində Notariat Ofisinin 81-6568 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş ərizədə vəkilin hüquqi yardımına ehtiyacı olmadığını, hüquqlarını özü müdafiə edəcəyini bildirərək, vəkilin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin ərizəsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həmçinin Şəxsun aylıq 178 manat (ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqından da aşağı) əmək haqqı alması və işləməsi Elektron sistemdən görünsə də, məhkəmə hesab edir ki, bu həqiqəti əks etdirmir, formaldır və yalnız icra sənədlərinin icrasından boyun qaçırmamaq görünütüsünün yaradılması üçün edilmiş qərəzli hərəkətdir. Habelə borclu Şəxs icra sənədləri üzrə hər ay 60-100 manat məbləğində ödəniş edə biləcəyini məhkəmə iclasında bildirsə də, bununla bağlı da, məhkəmə qeyd edir ki, icra sənədlərində göstərilən məbləğləri (cəmi 25000 manat) nəzərə alsaq bu icra sənədlərinin tam olaraq icra olunması üçün (borclunun hər ay 60-100 manat ödəniş edəcəyi təqdirdə) təxminən 30 ildən çox vaxt lazımdır. Bundan başqa məhkəmə Şəxs özünün xahişi ilə borcun ödənilməsi üçün vaxt versə də, borclu həmin müddət ərzində ağlabatan ödəniş etməmişdir. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli məhkəmə iclasının təyin edildiyi vaxtdan yəni 04 avqust 2025-ci il tarixdən, saat 17:15-dən hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 04 avqust 2025-ci il tarixdən, saat 17:15-dən hesab edilsin. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar