Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2498/2025 15.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi X6, Zərərçəkmiş şəxslər X1 və X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə NMR-nin Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,ali təhsilli, Samux rayonun Suvarma sistemlərinin istismarında baş enerjetik işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə qonşusu X5 ilə aralarında baş vermiş münaqişə zəminində ictimai yerdə onu təhqir edərək ünvanına nalayiq ifadələr işlədərək xuliqanlıq hərəkətləri törətmişdir. Ona görə də barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi X10 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, X3 qarşı nalayiq ifadələr işlətməmişdir. Əksinə yaşadığı evin qarşısında qonşusu Afət Əmiraslanova ona qarşı nalayiq ifadələr işlətmişdir. Odur ki, barəsində düzgün qərar tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, Sahil bəy demək olar ki, 6-7 ildir onların binalarının qarşısında 3 mərtəbəli həyət evi tikdirmişdir. Binaları ilə həyət evi arasında 6-7 metr məsafə vardır. Daha sonra o sahənidə zəbt etməyə başladı. Lakin, zəbt etdiyi yer Niyazi müəllimin iştirakı ilə sökülmüşdür. Sahil bəyin yaşadığı həyət evin yan hissəsi palçıqlı olur. Qonşuları ilə birgə yollarının abadlaşdırılması üçün dörd nəfər qonşu ilə birgə İcra Hakimiyyətinə müraciət etmişlər. Bunun üçün də iki maşın şebel verilmiş, lakin şəhərin digər yerləri abadlaşdırıldığı üçün o şebelin bir maşınını yola qonşularla birgə özləri tökmüşlər. Daha sonra Nəsir müəllimə bildirib ki, bəs bu digər bir maşın şebel nə vaxt töküləcək? Nəsir müəllim isə bir maşından əlavə çatmayan şebel miqdarı ilə birgə töküləcəyini bildirmişdir. Növbəti gün binanın qarşısında səs olduğunu eşitmişdir. İcradan gəlib şebelin tökülməyən yerlərə tökdüklərini düşünüb, həyətə düşüb, çay-su nə lazım olsa bir oranın vətəndaşı kimi köməklik göstərsin. Həyətə düşdükdə isə Sahil bəyin binanın ortasındakı şebelləri öz evinin qarşısına yığdığını görmüşdür. Sahil bəyə nə etdiyini soruşduğu halda isə Sahil bəy onun həyat yoldaşının İ Qarabağ müharibəsi iştirakçısı olduğunu bildiyi halda, qızının 1-ci dərəcə əlil olduğunu bildiyi halda ona və ailəsinə qarşı nalayiq ifadələr istifadə etmişdir. Daha sonra, qonşusu X8 102-yə yığmasını bildirmişdir. Odur ki, barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 bildirdi ki, o xx.xx.2025-ci il tarixdə Sahil bəyin Afət xanıma nalayiq ifadələr işlədərək onun üzərinə doğru getdiyini görmüşdür və qızının telefonu ilə 102-yə müraciət etmişdir. Sahil bəy bundan sonra ona qarşı da nalayiq ifadələr işlətmiş. Odur ki, barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 510 maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: -X1 yazdığı ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 09:40 radələrində yaşadığı binanın qarşısında aralarında yaranan mübahisə zamanı qonşuluqda yaşayan Sahil adlı şəxs onu nalayiq ifadələrlə söyüb, təhqir eləmişdir. Sahil adlı şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. -X7 yazdığı ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə yaşadığı ünvanın qarşısında olan zaman mübahisə zamanı Sahil adlı şəxsin onu da təhqir etdiyini bildirmiş və Sahil adlı şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. -Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Z.Məmmədov küçəsində X3 qarşı nalayiq ifadələr işlədərək ona söyüş söymüşdür və barəsində İXM-nin 510 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. -videogörüntüyə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Şəxs X4 itələmiş, X5 isə ona qarşılıq vermişdir. -Elektron çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir. Eyni zamanda o, müharibə veteranıdır. Beləliklə, Şəxs İXM-nin 510 maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə Şəxs İİ qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, onun şəxsiyyətini, İİ qrup əlil olmasını və müharibə veteranı olmasını nəzərə alaraq ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-2498/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2498/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver