Məhkəmə qərarları › İş №3(125)-25/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-25/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-25/2023 05.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1992-ci il tarixdə, Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Samux rayonu, Qədili kəndində qeydiyyatda olan və Gəncə şəhəri, H.Əliyev prospekti, ev 343, mənzil 20-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 529.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhəri üzrə İcra İdarəsində 19 dekabr 2022-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidmətinin ******* nömrəli xx.xx.2021-ci il tarixli qərarı və protokola əlavədə qeyd edilmiş digər icra işləri üzrə borclu Şəxs barəsində olan inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarları icra etməmiş, cəriməni müəyyən edilmiş müddətdə ödəməmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin ******* saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının ƏƏSM yanında X2 Xidmətinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının ƏƏSM yanında X2 Xidmətinin MN ******* saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 578.5-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin MN 000038 saylı, xx.xx.2015-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 86.2-ci maddəsi ilə təqsirli bilinərək 1025 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğına Nəzarət Xitmətinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 350 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 14 saylı, xx.xx.2015ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 451.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. İcra sənədləri müvafiq olaraq müxtəlif tarixlərdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Borclu Şəxs sonuncu izahatında borcunu tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Bununla Şəxs İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, protokolda qeyd edilən qərarları könüllü icra etməsi üçün vaxt verilməsinə baxmayaraq icra etməmişdir. O, hazırda borcundan heç bir ödəniş edə bilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan cərimə olunması ilə bağlı qərarlardan xəbərdardır, bu barədə icra məmuru onu xəbərdar edib. Lakin hazırda işsiz olduğu və maddi imkanı olmadığı üçün həmin pulu ödəyə bilmir. Hazırda isə maddi imkanı olmadığı üçün ödəniş edə bilməyəcəkdir. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını və onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 447.0.4cü maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının ƏƏSM yanında X2 Xidmətinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının ƏƏSM yanında X2 Xidmətinin (21 saylı region üzrə X2) MN ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 578.5-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin MN 000038 saylı, xx.xx.2015-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 86.2-ci maddəsi ilə təqsirli bilinərək 1025 (min iyirmi beş) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğına Nəzarət Xidmətinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı ƏETSŞ-nin xx.xx.2015-ci il tarixli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 102.0.1ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı ƏETSŞ-nin xx.xx.2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı RETSİ-nin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MN-1120299 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN-0385872 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin MN- 0902712 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğına Nəzarət Xidmətinin MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin 12 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin MN 000038 saylı, xx.xx.2015-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Azərbaycan Respublikasının ƏƏSM yanında X2 Xidməti Gəncə Regional Ərazi Şöbəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs 21 saylı region üzrə X2 Xidmətinin MN-0343744 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş 15 avqust 2022-ci il tarixli icra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 nömrəli xx.xx.2017-ci il, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 14 nömrəli xx.xx.2017-ci il, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidməti ******* nömrəli xx.xx.2019-cu il, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidməti ******* nömrəli xx.xx.2021-ci il, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ******* nömrəli xx.xx.2021-ci il, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ******* nömrəli xx.xx.2022-ci il, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ******* nömrəli xx.xx.2021-ci il, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi-1120299 nömrəli xx.xx.2022-ci il, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ******* nömrəli xx.xx.2022-ci il, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 000038 nömrəli xx.xx.2015-ci il tarixli icra sənədləri üzrə ödənilməmiş 21675 (iyirmi bir min altı yüz yetmiş beş) manat cərimə borcu təmin edilməlidir. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədlərini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üzrə inzibati xəta haqqında protokolları və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, təqsirlilik məsələsini müzakirə etmədən hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin MN 000038 saylı xx.xx.2015-ci il tarixli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı ƏETSŞ-nin xx.xx.2015-ci il tarixli və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı ƏETSŞ-nin xx.xx.2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarları üzrə inzibati xəta haqqında işin icraatına Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair həmin qərarların qanuni qüvvəyə minməsindən 5 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin qərar icra edilməmişdir və buna görə də Azərbaycan Respublikası İXM-nin 146.1-1-ci maddəsinə əsasən həmin qərarlar daha icra edilmir. Azərbaycan Respublikası İXM-nin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin MN 000038 saylı xx.xx.2015-ci il tarixli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı ƏETSŞ-nin xx.xx.2015-ci il tarixli və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı ƏETSŞ-nin xx.xx.2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarları qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətinə icra edilmədiyindən, daha icra edilməməlidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 529.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin özünün etirafedici izahatı ilə müəyyən edilmişdir ki, borclu Şəxs Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin ******* saylı xx.xx.2021-ci il tarixli, Azərbaycan Respublikasının ƏƏSM yanında X2 Xidmətinin MN ******* saylı xx.xx.2021-ci il tarixli, Azərbaycan Respublikasının ƏƏSM yanında X2 Xidmətinin (21 saylı region üzrə X2) MN ******* saylı xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* saylı xx.xx.2022-ci il tarixli, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğına Nəzarət Xitmətinin MN ******* saylı xx.xx.2021-ci il tarixli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı RETSİ-nin MN ******* saylı xx.xx.2022-ci il tarixli və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarına əsasən ödəməli olduğu inzibati cərimələri ödəyə bilməmiş və bununla da barəsində olan inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarları qanunda nəzərdə tutulmuş müddətdə icra edə bilməməklə İXM-in 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, iş materiallarından görünür ki, borclu inzibati tənbeh tətbiq etmə haqqında qərarları icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirə bilməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İcrа hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun 3.1-ci mаddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qаnunun 3.2-ci mаddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən qərarların tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Göründüyü kimi, borclu uzun müddət keçməsinə baxmayaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarlar üzrə inzibati cəriməni ödəyə bilməmişdir. Bu da onun qərarların icrasını həyata keçirə bilmədiyini sübut edir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində ictimai işlər tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Həmçinin İXM-in 144.2-ci maddəsində göstərilmişdir ki, inzibati həbs və ya ictimai işlər növündə tənbeh tətbiq etmə haqqında qərardan şikayət və ya protest verilməsi həmin qərarın icrasının dayandırılmasına səbəb olmur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-in 529.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 180 (yüz səksən) saat ictimai işlər tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nın 28.3-1-ci maddəsinin tələbinə əsasən Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 145.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh vermə haqqında qərarın icrasına xitam verilir. Buna görə də borclu Şəxs İXM-nin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyindən onun barəsində olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin ******* saylı xx.xx.2021-ci il tarixli, Azərbaycan Respublikasının ƏƏSM yanında X2 Xidmətinin MN ******* saylı xx.xx.2021-ci il tarixli, Azərbaycan Respublikasının ƏƏSM yanında X2 Xidmətinin (21 saylı region üzrə X2) MN ******* saylı xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* saylı xx.xx.2022-ci il tarixli, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğına Nəzarət Xitmətinin MN ******* saylı xx.xx.2021-ci il tarixli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı RETSİ-nin MN ******* saylı xx.xx.2022-ci il tarixli və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarların icrasına xitam verilməlidir. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130, 145-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə q ə r a r a a l d ı: Şəxs inzibati cərimə növündə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin MN 000038 saylı xx.xx.2015-ci il tarixli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı ƏETSŞ-nin xx.xx.2015-ci il tarixli və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı ƏETSŞ-nin xx.xx.2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarları qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətinə icra edilmədiyindən, daha icra edilməsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 180 (yüz səksən) saat müddətinə ictimai işlər tənbehi tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs İXM-nin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyindən onun barəsində olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin ******* saylı xx.xx.2021-ci il tarixli, Azərbaycan Respublikasının ƏƏSM yanında X2 Xidmətinin MN ******* saylı xx.xx.2021-ci il tarixli, Azərbaycan Respublikasının ƏƏSM yanında X2 Xidmətinin (21 saylı region üzrə X2) MN ******* saylı xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* saylı xx.xx.2022-ci il tarixli, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğına Nəzarət Xitmətinin MN ******* saylı xx.xx.2021-ci il tarixli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı RETSİ-nin MN ******* saylı xx.xx.2022-ci il tarixli və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarların icrasına xitam verilsin. Qərаrın icrаsı Gəncə şəhər Probasiya Şöbəsinə həvаlə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar