Məhkəmə qərarları › İş №3(125)-2509/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2509/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2509/2023 24.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Firəngiz Elçin qızının katibliyi, «X3» Açıq Səhmdar Cəmiyyətinin sədri X1 iştirakları ilə, Hüquqi şəxs «X3» Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X3» Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə 29 sentyabr 2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi «X3» Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2-5451/2023 saylı məktubu ilə tələb edilən məlumatı və sənədləri göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməməsi göstərilmişdir. Məhkəməm iclasında «X3» Açıq Səhmdar Cəmiyyətinin sədri X2 izahtında bildirmişdir ki,Nümayəndə əvvəl onların səhmdar cəmiyyətində işləyən şəxs olmuşdur. Daha sonra onu işdən azad etmişdir. O işdən azad ediləndən sonra «X3» Açıq Səhmdar Cəmiyyətində səhmi olan bir nəfər xanımdan hansısa yolla səhm əldə etmişdir. Hal-hazırda səhmlərin 99,9 faizi bir şəxsin adınadır. Artıq müəssiənin səhmdar cəmiyyət olmasına da ehtiyac qalmamışdır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 sentyabr 2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «X3» Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2-5451/2023 saylı məktubu ilə tələb edilən məlumatı və sənədləri göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 21 iyul 2023-cü il tarixli 6-1-26/2-A-640-0- 7572/2023 saylı sorğu məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına vətəndaş Nümayəndə sorğusu daxil olmuşdur. Nəzərinizə çatdırıq ki, səhmdar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.2, 106-.2.3 və 107-6.3-cü maddələrinə müvafiq olaraq səhmdar cəmiyyətin faliyyətinə dair məlumat almaq, ildə bir dəfə onun illik hesabatı, mühasibat balansı ilə tanış olmaq, səhmdarların reyestrinin və səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərinin ona təqdim edilməsi hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq səhmdar Nümayəndə nəzərdə tutulmuş sənədlərin təqdim edilməsi, tanış olması üçün şərait yaradılması və bu barədə 07 (yeddi) gün ərzində Mərkəzi Banka məlumat verilməsi xahiş edilmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının 16 avqust 2023-cü il tarixli 6-1-26/2- 5451/2023 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 21 iyul 2023-cü il tarixli 6-1-26/2-A-640-0-7572/2023 saylı göstəriş ilə əlaqədar məlumatların bugünə kimi təqdim edilməməsi, qeyd olunan məlumatların 5(beş) iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. Əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna biləcəyi barədə «X3» Açıq Səhmdar Cəmiyyətinə məlumat verilmişdir. Xəbərnamənin surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 21 iyul 2023-cü il tarixli sorğu məktubu 24 iyul 2023-cü il tarixində, Azərbaycan Respublikasının Mərkəzi Bankının 16 avqust 2023-cü il tarixli sorğu məktubu 16 sentyabr 2023-cü il tarixində poçt vasitəsilə hüquqi şəxs «X3» Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada təqdim edilmişdir; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, «X3» Açıq Səhmdar Cəmiyyətinin VÖEN-i **********, hüquqi ünvanı AZ2001, ünvan 2cəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs «X3» Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankın 21 iyul 2023-cü il tarixli 6-1-26/2-A-640-0-7572/2023 saylı və 16 avqust 2023-cü il tarixli 6-1-26/2-5451/2023 saylı göstərişi ilə tələb edilən sənədləri və məlumatı Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs «X3» Açıq Səhmdar Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «X3» Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs «X3» Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar