Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2513/2023 24.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçnin qızının katibliyi ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti Gəncə regional X7 İdarəsinin nümayəndəsi X1 Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti Gəncə regional X7 İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə Şəhər Məhkəməsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti Gəncə regional X7 İdarəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokolda qeyd edilmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən mağazada xx.xx.2023-cü il tarixdə planlı yanğın texniki müayinə keçirilməsinə şərait yaradılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti Gəncə regional X7 İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə X5 ilə birlikdə planlı yanğın texniki müayinə aparılması üçün Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən mağazaya getmişlər. Mağazaya daxil olanda özlərini təqdim edib yoxlama ilə bağlı sənədləri Şəxs təqdim etmişlər. Şəxs onları qəbul etmiş və onlarla söhbət edən zaman onları mağazaya nəzər yetirib pozuntuları Şəxs bildirmişlər. Şəxs mağazanın icarəyə götürüb işlətdiyini, yanğının söndürülməsi üçün həmin avadanlığın quraşdırılmasının kifayət qədər çox xərc tələb etdiyini bildirirək, mağazanın mülkiyyətçisini həmin obyektə dəvət etmişdir ki, həmin avadanlığın quraşdırılması xərclərini ona bildirsin. Mağazanın mülkiyyətçisi gəldikdə isə onlara yoxlama aparmağa maneə olmuş, onlara kobud danışaraq onları mağazadan çıxarmış və istədikərini etməsini bildirmişdir. Konkret olaraq Şəxs tərəfindən onların yoxlama aparılmasına hər hansı bir maneəçilik törədilməsə də, mağazanın icarədarını məsuliyyətə cəlb edə biləcəkləri üçün protokolu mülkiyyətçinin barəsində deyil, həmin obyetki işlədən Şəxs barəsində tərtib etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə iki nəfər fövqəladə əməkdaşı onun işlədiyi mağazaya gəlmişlər. Mağazaya daxil olanda özlərini təqdim edib yoxlama ilə bağlı sənədləri ona təqdim etmişlər. O, onları qəbul etmiş və onlarla söhbət edən zaman onlar mağazaya nəzər yetirib pozuntuları ona bildirmişlər. O mağazanın icarəyə götürüb işlətdiyini, yanğının söndürülməsi üçün həmin avadanlığın quraşdırılmasının kifayət qədər çox xərc tələb etdiyini bildirirək, mağazanın mülkiyyətçisini həmin obyektə dəvət etmişdir ki, həmin avadanlığın quraşdırılması xərclərini ona bildirsin. Mağazanın mülkiyyətçisi gəldikdə isə Fövqəladənin əməkdaşlarına yoxlama aparmağa maneə olmuş, onlara kobud danışaraq onları mağazadan çıxarmış və istədikərini etməsini bildirmişdir. O mağazanın sahibinə irad bildirsə də mağazanın sahibi həmin obyektin mülkiyyətçisinin o olduğunu bildirərək, ona da menə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, xx.xx.2023cü il tarixdə X4 ilə birlikdə planlı yanğın texniki müayinə aparılması üçün Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən mağazaya getmişlər. Mağazaya daxil olanda özlərini təqdim edib yoxlama ilə bağlı sənədləri Şəxs təqdim etmişlər. Şəxs onları qəbul etmiş və onlarla söhbət edən zaman onları mağazaya nəzər yetirib pozuntuları Şəxs bildirmişlər. Şəxs mağazanın icarəyə götürüb işlətdiyini, yanğının söndürülməsi üçün həmin avadanlığın quraşdırılmasının kifayət qədər çox xərc tələb etdiyini bildirirək, mağazanın mülkiyyətçisini həmin obyektə dəvət etmişdir ki, həmin avadanlığın quraşdırılması xərclərini ona bildirsin. Mağazanın mülkiyyətçisi gəldikdə isə onlara yoxlama aparmağa maneə olmuş, onlara kobud danışaraq onları mağazadan çıxarmış və istədikərini etməsini bildirmişdir. Konkret olaraq Şəxs tərəfindən onların yoxlama aparılmasına hər hansı bir maneəçilik törədilməsə də, mağazanın icarədarını məsuliyyətə cəlb edə biləcəkləri üçün protokolu mülkiyyətçinin barəsində deyil, həmin obyetki işlədən Şəxs barəsində tərtib etmişlər. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, Fövqəladə Hallar Nazirliyi X7 Xidməti Gəncə regional X7 İdarəsinin X7 şöbəsinin böyük inspektoru daxili xidmət mayoru X5, həmin şöbənin inspektorları daxili xidmət kapitanı X4 və daxili xidmət kapitanı X2 ilə birlikdə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən mağazada “sahibkarlıq sahəsəində aparılan yoxlamaların vahid məlumat reyestr”nin çıxarışına əsasən 21-xx.xx.2023-cü il tarixlərdə planlı yanğın-texniki müayinə keçirilməsi üçün xx.xx.2023-cü il tarixdə sözügedən obyektdə olan zaman , sahibkar tərəfindən yoxlama prosesinə aid sənədlərin təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara cavab verilməməsi, sahibkarlıq faəliyyəti üçün istifadə edilən əraziyə baxış keçirilməsinə şərait yaradılmamışdır. Yanğın-Texniki müayinənin aparılması haqqında 5088 nömrəli xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən mağazada yoxlama aparılması qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən mağazanın plan üzrə yoxlanması üçün icazə alınmışdır. 5088 nömrəli xx.xx.2023-cü il tarixli Yanğın texniki müayinə aktından görünür ki, yoxlama üçün şərait yaradılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Məhkəmə iclasında tərəflərin vermiş olduğu izahatlardan görünür ki, xx.xx.2023cü il tarixdə X5, X4 ilə birlikdə planlı yanğın texniki müayinə aparılması üçün Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən mağazaya getmişlər. Mağazaya daxil olanda özlərini təqdim edib yoxlama ilə bağlı sənədləri Şəxs təqdim etmişlər. Şəxs onları qəbul etmiş və onlarla söhbət edən zaman onları mağazaya nəzər yetirib pozuntuları Şəxs bildirmişlər. Şəxs mağazanın icarəyə götürüb işlətdiyini, yanğının söndürülməsi üçün həmin avadanlığın quraşdırılmasının kifayət qədər çox xərc tələb etdiyini bildirirək, mağazanın mülkiyyətçisini həmin obyektə dəvət etmişdir ki, həmin avadanlığın quraşdırılması xərclərini ona bildirsin. Mağazanın mülkiyyətçisi gəldikdə isə mülkiyyətçi Fövqəladə Hallar Nazirliyi X7 Xidməti Gəncə regional X7 İdarəsinin X7 şöbəsinin yoxlama aparmağa maneə olmuş, onlara kobud danışaraq onları mağazadan çıxarmış və istədikərini etməsini bildirmişdir. Konkret olaraq Şəxs tərəfindən onların yoxlama aparılmasına hər hansı bir maneəçilik törədilməmişdir. Hətta mülkiyyətçi gələnə kimi, Əliyev X3 Hallar Nazirliyi X7 Xidməti Gəncə regional X7 İdarəsinin X7 şöbəsinin əməkdaşlarını qəbul etmiş və onlar içəridə olduğu müddətdə vizual baxış həyata keçirərək nöqsanlar barəsində Şəxs məlumat vermişlər. Belə olan halda məhkəmə hesab edir ki, məhz Şəxs tərəfindən yoxlamanın həyata keçirilməsinə hər hansı bir maneəçilik törədilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsində Şəxs təqsiri müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1.-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-2513/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2513/2023
24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver