Məhkəmə qərarları › İş №3(125)-252/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-252/2022

05.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-252/2022 05.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X4 və Gəncə şəhər BPİ X16 Şöbəsinin baş inspektoru X5 iştirakı ilə, Gəncə şəhər BPİ X15 Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X3 xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 50 (əlli) manat inzibati cərimə olunması barədə xx.xx.2022-ci il tarixli, ******* saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə Gəncə şəhərinə gələn zaman Gəncə şəhər DYPŞ Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X11 tərəfindən Gəncə şəhəri, Nizami 25a ünvanında heç bir əsas olmadan onu saxladıb, inzibati cərimə protokolu tərtib etdiyini bildirdi. Səbəbini soruşanda bildirdi ki, maşında gedərkən telefonla danışmışdır və çəkdiyini söyləmişdir. Azərbaycan Respublikasının İnzubati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı (xətalar) törətdiyini bildirdi. Lakin heç bir inzibati xətanın aşkar olunması barədə əsas olmamışdır. Ondan həmin protokola qol çəkməsi tələb edildikdə etirazını bildirmişdir. Belə ki, əsaslı görüntünün təqdim olunmasını tələb etmişdir. Heç bir əsas göstərmədən sadəcə söz ilə demişdir ki, o, telefonla danışanda çəkmişdir. Bütün deyilənləri əsassız hesab edir və ona tətbiq olunan inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X9 izahat verərək bildirdi ki, hazırki inzibati xəta haqqında iş üzrə polis əməkdaşı onu saxlayıb telefonla danışdığını bildirən zaman ondan görüntünü tələb etmiş, polis əməkdaşı isə ona görüntünün olduğunu sadəcə şifahi formada deyərək barəsində hazırda mübahisələndirdiyi qərar üçün əsas olan protokol tərtib edilmişdir. Lakin o, həmin protokol və qərar ilə razı deyil. Belə ki, o, avtomobili hərəkətdə olan zaman telefondan istifadə etməmiş, yalnız svetoforun qırmızı işığında dayanan zaman telefonuna gələn zəngə cavab verməsi zəruri olduğu üçün telefonu qulağına tutaraq “mən sizə zəng edəcəm”-deməklə telefonu kənara qoymuşdur. Hazırda isə görüntünün ona göstərilməsini, əks halda isə qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ X16 Şöbəsinin baş inspektoru X11 bildirdi ki, X6 tanımır və onunla heç bir ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həmin şəxsin avtomobili idarə etdiyi zaman telefonu qulağına tutaraq danışdığını bilavasitə aşkar edərək sonuncunun idarə etdiyi avtomaşını saxlatmış, qeyd olunanların əsasında onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə protokol tərtib etmiş, həmçinin xidməti avtomobildə olan kamera vasitəsilə qeydə alınmış görüntüləri və səs yazısını dərhal təqdim etmək mümkün olmadığı üçün həmin DVD diski də məhkəməyə təqdim etdi. Məhkəmə qərardan şikayət vermiş şəxs X4 və Gəncə şəhər BPİ X16 Şöbəsinin baş inspektoru X5 izahatlarını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2022-ci il tarixli ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X9 İXM-in 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə (Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi) 50 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan görüntülü səs yazısından müəyyən olunur ki, X9 X15 əməkdaşı telefonla niyə danışırsız sualına “bir adam zəng eləmişdi, məcbur oldum açdım” deyə cavab vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X9 nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etdiyinə görə 31 may 2022-ci il tarixdə saxlanılaraq onun barəsində protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Gəncə şəhər BPİ X15 Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X8 tərəfindən xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Bundan əlavə şikayətçi X9 izahatında telefonla danışdığını etiraf etmiş, lakin telefondan yalnız svetoforun qırmızı işığında dayanan zaman istifadə etdiyini, hərəkətdə olan zaman isə telefondan istifadə etmədiyini bildirsə də svetoforun qırmızı işığında dayanma məcburi olduğu üçün bu avtomobilin hərəkətdə olması hesab olunur və həmin pozuntu İXM-nin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Şikayət vermiş şəxsin görüntünü tələb etməsi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, bu inzibati xətanın törədilməsi ilə bağlı görüntünün təqdim edilməməsinin səbəbi İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi olmuşdur. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta hadisəsinin törədilməsi Gəncə şəhər BPİ X16 Şöbəsinin baş inspektoru X5 izahatı, onun tərəfindən məhkəməyə təqdim olunmuş görüntülü səs yazısı olan DVD disk və X4 öz etirafedici ifadəsi ilə təsdiq olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X4 şikayəti əsassız olduğundan təmin olunmamalı, Gəncə şəhər BPİ X15 X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Gəncə şəhər BPİ X15 Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X3 xx.xx.2022-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar