Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-254/2022 10.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, X1, Gəncə şəhər X9 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X3 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X9 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X5 tərəfindən tərtib olunmuş 23 iyul 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X9 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X5 tərəfindən tərtib edilmiş 23 iyul 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 342.5-ci maddəsinə əsasən onun barəsində protokol tərtib olunmuş, o, protokol ilə razılaşmayaraq xx.xx.2022-ci il tarixdə tərtib olunmuş protokola xx.xx.2022-ci il tarixli No 016-85777/2Ə-4222 nömrəli məktubla rəsmi qaydada etiraz və vəsatət təqdim etmişdir. Lakin, buna baxmayaraq barəsində 23 iyul 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiqetmə haqqında qərar qəbul edilmişdir. Nəticədə İXM 61.3.-ci (İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.) maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə saat 22:45 radələrində “KİA sorento” markalı avtomobillə evə qayıdarkən Dəlimməmdli-Gəncə yolunda Gəncə dövlət yol patrul əməkdaşı, polis baş serjantı X5 tərəfindən saxlanılmışdır. Adı qeyd olunan inspektor arxa nömrə nişanını işıqlandıran xarici işıq cihazının nasaz olduğunu, ona xətanı yerində aradan qaldırmağın mümkün olub-olmadığını soruşmuş, o da evdən çıxarkən işıqların saz olduğunu, yolda xarab olduğunu, (nömrə göstərən işıq cihazlarının kiçik bir hissəsi çalışırdı, çünki evə gəldikdən sonra bunu müşahidə etmişdi. Həmin vaxtı avtomobildən düşməmişdi.) onu dərhal yaxınlıqda gecə vaxtı olsa belə axtarıb tapmaqla xətanı aradan qaldıracağını bildirsə də, əməkdaş protokol tərtib etmiş, X4 polis əməkdaşına, hər 5 metrdən bir düşüb avtomobilin bütün xarici cihazlarınamı baxmalıyam? -sualını verəndə o, bunu etməli olduğunu bildirmiş, şəhərdə bunu hamı etsə gülməli və tıxac yaradacağını bildirmişdir. Əməkdaş bununla bağlı hansı qanun pozuntusu olduğu barədə qanun maddəsini ona göstərə bilməmişdir. Digər polis əməkdaşları bunu kimi digər hal olduqlda ona xətanı aradan qaldırmaq üçün macal verdiklərini də bildirmişdir. Bundan əlavə, inzibati xəta haqqında iş üzrə icraatda qanuni maddi sübutlar yoxdur. Qeyd olunan hadisədə bir sıra prossesual pozuntular mövcuddur. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər X9 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X5 bildirdi ki, X4 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində haqlı olaraq Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə protokol tərtib etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X2 barəsində tərtib edilmiş 23 iyul 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında iş materiallarında olan “CD-R” diskə baxış zamanı müəyyən olunmuşdur ki, X4 tərəfindən idarə edilən avtonəqliyyat vasitəsinin nömrə işiqlandırma cihazı həqiqətən nasaz olmuş, ona bu nasazlığı yerində aradan qaldırılması təklif olunmuş, o isə öz növbəsində bunun mümkün olmamasını bildirmişdir. Videodan aydın olur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həqiqətən törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta üzrə icraat zamanı sübut hesab olunur. Bu baxımdan, 1 ədəd CD sübut hesab edilərək iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X2 şikayətində inzibati tənbeh vermə haqqında elektron qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X2 təqsiri təsdiq olunur. Beləliklə, X2 barəsində tərtib edilmiş 23 iyul 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X9 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X5 tərəfindən tərtib olunmuş 23 iyul 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X9 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X5 tərəfindən tərtib olunmuş 23 iyul 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X9 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X5 tərəfindən tərtib olunmuş 23 iyul 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-254/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-254/2022
10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver