Məhkəmə qərarları › İş №3(125)-255/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-255/2022

26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-255/2022 26.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin sahə rəisləri - polis leytenantı X6, polis mayoru X7, polis mayoru X9, polis baş leytenantı X4, polis leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 20 iyul 2022-ci il tarixdə Gəncə şəhəri, A.İmamquliyeva küçəsində binanın zirzəmisindən X12 məxsus su hidroforlu su mühərrikini oğurlamaqla 100 manat məbləğində, Şəxs 16 iyul 2022-ci il tarixdə Gəncə şəhəri, M.Hacıyev küçəsi 17 nömrəli binanın zirzəmisindən X5 məxsus su mühərrikini oğurlamaqla 53 manat məbləğində, Şəxs 16 iyul 2022-ci il tarixdə Gəncə şəhəri, M.Hacıyev küçəsi 17 nömrəli binanın zirzəmisindən X17 məxsus su mühərrikini oğurlamaqla 70 manat məbləğində, Şəxs 17 iyul 2022-ci il tarixdə Gəncə şəhəri, A.İmamquliyeva küçəsi, 9 nömrəli binanın zirzəmisindən X10 məxsus su mühərrikini oğurlamaqla 60 manat məbləğində, Şəxs 19 may 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X8 məxsus 1 ədəd su hidrofonunu və 1 ədəd su mühərrikini həmin binanın damından oğurlamaqla 120 manat məbləğində, Şəxs 29 iyun 2022-ci il tarixdə ünvan 3 ünvanında yaşadığı evin zirzəmisindən X20 məxsus 1 ədəd su hidrofonunu və 1 ədəd su mühərrikini oğurlamaqla 170 manat məbləğində, Şəxs 02 iyul 2022-ci il tarixdə Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən fəvvarənin içərisindən X13 məxsus 8 ədəd su tənzimləyici başlıqları oğurlamaqla 80 manat məbləğində, Şəxs 04 iyul 2022-ci il tarixdə Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşayan X1 məxsus su sayğacını oğurlamaqla 40 manat məbləğində, Şəxs 12 may 2022-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 149 nömrəli binanın blokundan X3 məxsus su sayğacını oğurlamaqla 40 manat məbləğində, Şəxs 14 iyul 2022-ci il tarixdə Gəncə şəhəri, A.Ziyadxanov küçəsində binanın damından X14 məxsus su mühərriki və su hidrofonunu oğurlamaqla 60 manat məbləğində ziyan vurmaqla, xırda talama əməllərini törətmişdir. Bununla da o, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin sahə rəisləri tərəfindən MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixl, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X18 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokollarda göstərilən əməlləri törətmişdir. Onun barəsində hazırkı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X19 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokollarda göstərilən əməlləri törətmişdir. Onun barəsində hazırkı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X21 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokollarda göstərilən əməlləri törətmişdir. Onun barəsində hazırkı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin sahə rəisi, baş leytenant X15 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokollarda göstərilən əməlləri törətmişdir. Onun barəsində hazırkı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X11 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokollarda göstərilən əməlləri törətmişdir. Onun barəsində hazırkı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini səmimi etiraf edərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş protokollarda qeyd olunan əməllər həqiqətən də onun tərəfindən törədilmişdir. O, bu əməlləri maddi imkansızlıqla əlaqələndirmişdir. Oğurladığı əşyaları tanımadığı şəxslərə satmışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. Əməlindən peşmandır. İş materiallarında olan Gəncə şəhəri 1-ci Polis Şöbəsinin təhqiqatçısının 26 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, X12 məxsus olan, 1 ədəd dəyəri 100 manat olan hidroforlu su mühərrikinin oğurlanmasına görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 1-ci Polis Şöbəsinin təhqiqatçısının 26 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, X5 məxsus olan, 1 ədəd dəyəri 53 manat olan su mühərrikinin oğurlanmasına görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 1-ci Polis Şöbəsinin təhqiqatçısının 26 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, X17 məxsus olan, 1 ədəd dəyəri 70 manat olan su mühərrikinin oğurlanmasına görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 1-ci Polis Şöbəsinin təhqiqatçısının 26 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, X10 məxsus olan, 1 ədəd dəyəri 60 manat olan su mühərrikinin oğurlanmasına görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 1-ci Polis Şöbəsinin təhqiqatçısının 29 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, X8 məxsus olan, ümumilikdə dəyəri 120 manat olan 1 ədəd su mühərrikinin və 1 ədəd hidrofonun oğurlanmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 1-ci Polis Şöbəsinin təhqiqatçısının 08 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, X20 məxsus olan, ümumilikdə dəyəri 170 manat olan 1 ədəd su mühərrikinin və 1 ədəd hidrofonun oğurlanmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 1-ci Polis Şöbəsinin təhqiqatçısının 12 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, X13 məxsus olan, 8 ədəd, ümumilikdə dəyəri 80 manat olan su tənzimləyici başlıqların oğurlanmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 1-ci Polis Şöbəsinin təhqiqatçısının 14 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, X1 məxsus olan, 1 ədəd dəyəri 40 manat olan su sayğacının oğurlanmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 1-ci Polis Şöbəsinin təhqiqatçısının 21 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, X3 məxsus olan, 1 ədəd dəyəri 40 manat olan su sayğacının oğurlanmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 1-ci Polis Şöbəsinin təhqiqatçısının 26 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, X14 məxsus olan, 1 ədəd dəyəri 60 manat olan su hidrofonunun oğurlanmasına görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 24 iyul 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 24 iyul 2022-ci il tarixdə, saat 18:30-da inzibati qaydada tutulmuşdur. İş matariallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)- 1044/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 30 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməlləri etiraf etməsini və səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini İXM-in 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal hesab edir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda təbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yaşını, məsuliyyətini yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və əməlini etiraf etməsini, ağırlaşdıran hall kimi Şəxs il ərzində inzibati tənbeh tətbiq edilən eyni xətanı təkrar törətməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyi nəzərə alınmaqla onun barəsində tərtib olunmuş protokollar üzrə müəyyən edilmiş əməllərə görə ayrı-ayrılıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, xx.xx.2022ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 3 (üç) ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx.xx.2022-ci il saat 18:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar