Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-255/2024 30.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-1118/2011 saylı xx.xx.2011-ci il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3247/2019 saylı, xx.xx.2019-cu il tarixli, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-32/2020 saylı, xx.xx.2020-ci il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1423/2022 saylı, xx.xx.2022-ci il tarixli, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1245/2020 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən borc tutularaq müxtəlif tələbkarların xeyrinə ödənilməlidir. Gəncə Şəhər Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-1118/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən Şəxs 4150 manat borc və 20 manat dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3247/2019 saylı, xx.xx.2019-cu il icra sənədinə əsasən "xxxx" MMC-dən 58780 manat tutularaq iddiaçı X3 ödənilməlidir. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-32/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 1399513,89 manat əsas borc 30 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1423/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 53768,78 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı X1 ödənilməlidir. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1245/2020 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 100.000 manat və ya 125.000 ABŞ dolları, 30.000 manat və 20 manat dövlət rüsumu tutularaq X5 ödənilməlidir. İcra sənədləri müvafiq olaraq Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində "xxxx" MMC-in İcra orqanının rəhbəri borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Bugünə olan borc 246938,51 manat təşkil edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcludan borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədinə əsasən borcundan ödəniş etməmişdir. "xxxx" MMC-in İcra orqanının rəhbəri borclu Şəxs barəsində vəzifəli şəxs kimi protokol tərtib edilmişdir. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-in İcra orqanının rəhbəri Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcları inkar etmir. Sadəcə hal-hazırda həmin borcları ödəmək imkanı yoxdur. Artıq tikinti yekunlaşıb. Çıxarışlar verilmək mərhələsindədir. Çıxarışlar verildikdən sonra isə həmin şəxslərə ya əmlak veriləcək, istəmədikləri halda isə müəyyən olunmuş borc onlara ödəniləcəkdir. İcra sənədinin icrasından qəndən yayınmaq kimi hallar mövcud deyil. Səbəb MMC-nin hazırki durumuna görə nəğd pul vəsaitinin olmamasıdır və bu da müvəqqətidir. Məbləğin ödənilməsinin təmin edilməsi üçün tikililərin təhvil verilməsi, satışa çıxarılması üçün tədbirlər görülür. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-1118/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 4150 manat borc və 20 manat dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3247/2019 saylı, xx.xx.2019-cu il icra sənədinə əsasən "xxxx" MMC-dən 58780 manat tutularaq iddiaçı X3 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-32/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ******* manat 89 qəpik əsas borc 30 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1423/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən müştərək qaydada 53768,78 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı X1 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)- 1245/2020 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 100.000 manat və ya 125.000 ABŞ dolları, 30.000 manat və 20 manat dövlət rüsumu tutularaq X5 ödənilməlidir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2011-ci il tarixli qərardan görünür ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)- 1118/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3247/2019 saylı, xx.xx.2019cu il icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-32/2020 saylı, xx.xx.2020ci il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1423/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1245/2020 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş “bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” 17.070.2023-cü il tarixli qərardan görünür ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-1118/2011 saylı xx.xx.2011-ci il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3247/2019 saylı, xx.xx.2019-cu il, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-32/2020 saylı, xx.xx.2020-ci il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1423/2022 saylı, xx.xx.2022-ci il tarixli, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1245/2020 saylı, xx.xx.2010-cu il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2011-ci il tarixli bildirişdən görünür ki, "xxxx" MMC-yə Gəncə Şəhər Nizami Rayon Məhkəməsitərəfindən verilmiş 2(044)-1118/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, "xxxx" MMC-yə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3247/2019 saylı, xx.xx.2019-cu il icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" MMC-yə Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-32/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, "xxxx" MMC-yə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1423/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" MMC-yə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)- 1245/2020 saylı, xx.xx.2010-cu il tarixli icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMCyə borcunu ödəməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb edilmək barəsində xəbərdar edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, "xxxx" MMC-nin adına Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları ərazi vahidi üzrə qeydiyyata alınmış daşınmaz əmlaklar aşkar edilməmişdir. İş materiallarında olan Azərtürk bank ASC tərəfindən verilmiş cavab məktubundan görünür ki, "xxxx" MMC-adına bankda açılmış hesablar 25 sentyabr 2013-cü il tarixdə bağlanmışdır. İş materiallarında olan Access Bank QSC tərəfindən verilmiş cavab məktubundan görünür ki, "xxxx" MMC-adına Access Bank QSC-də hesablar, əmanətlər, və saxlancda pul vəsaitləri mövcud deyil. İş materiallarında olan Azərbaycan Beynəlxalq ASC tərəfindən verilmiş cavab məktubundan görünür ki, "xxxx" MMC-adına Azərbaycan Beynəlxalq ASC -də aktiv hesablar mövcud deyil. İş materiallarında olan 12 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, "xxxx" MMC-nin aktiv bank hesabları barədə məlumat verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş cavab məktubundan görünür ki, "xxxx" MMC-nin müəyyən edilmiş hesablaşma hesablarına həbsin qoyulması təmin edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin elektron çıxarışından görünür ki, "xxxx" MMCnin rəhbəri Şəxsdur. İş materiallarında olan Şəxs tərəfindən təqdim edilmiş etirazdan görünür ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxs "xxxx" MMC-nin rəhbəri kimi vəzifəli şəxs kimi fəaliyyət göstərdiyindən və bu fəaliyyəti ilə əlaqədar olaraq inzibati xəta törətdiyindən vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Halhazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, bugünədək icra sənədi üzrə borcundan heç bir ödəniş edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-255/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-255/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver