Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2567/2025 17.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Gəncə şəhər X10 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Gəncə şəhər X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək sözügedən qərarın ləğv edilməsini xahiş etmiş, lakin Gəncə Şəhər Məhkəməsinin 3(125)- 2567/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Bundan sonra şikayətçi Gəncə Şəhər Məhkəməsinin 3(125)-2567/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından Gəncə Apellyasiya Məhkəməsinə şikayət etmiş və Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-449/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən şikayət təmin olunmuş və Gəncə Şəhər Məhkəməsinin 3(125)-2567/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Belə ki, şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 12:10 radələrində idarə etdiyi **-KP-*** dövlət qeydiyyat nişanlı “Hyundai Grandeur” markalı avtomobili heç bir işıq cihazından istifadə etmədiyi halda Yol polisi əməkdaşları saxlamış və avtomobilin duman işıqlarını, yaxın və uzaq vuran işıqlarını yandırmağı tələb etmişlər və daha sonra bildirmişlər ki, uzaq vuran işıqların normativ tələbləri pozulmaqla quraşdırılmışdır. O, buna etirazını bildirsə də onlar avtomobili Gəncə Şəhər YPİ-nin mühafizə olunan duracağına yerləşdirmişlər. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra protokol tərtib edildiyi halda onun barəsində protokol beş saatdan sonra tərtib edilmişdir. O, Gəncə şəhəri ərazisində yüzlərlə Hyundai Grandeur markalı avtomobilin olduğunu və hər birində qeyd edilən işıqların olduğunu, həmçinin avtomobilə normativ tələbləri pozmaqla müdaxilə edib heç bir işıq çəkmədiyini bildirərək avtomobili alandan həmin işıqlar avtomobilin üzərində olduğunu qeyd etmişdir. Normativ tələbi pozmaq o deməkdir ki, avtomobildə həmin işıqlar nəzərdə tutulmasın. Bundan başqa həmin avtomobilin kitabındada qeyd edilir ki, bu avtomobil üçün H7 lampa tipi istifadə edilməlidir. Qeyd olunanlara əsasən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununda qeyd etdiyi xüsusatları bir daha təsdiqləyərək məhkəmədən qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - Gəncə şəhəri X11 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-in 327.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 150 (yüz əlli) manat cərimə edilmişdir. - internet portalından çıxarılmış məlumatdan görünür ki, “Hyundai Grandeur 2011” markalı avtomobilinin uzaq vuran işıq lampası H7 tipli halogen lampadır. Beləliklə, məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; “Yol hərəkəti haqqında” Qanunun: 1 saylı Əlavənin İİİ bəndinə əsasən, 1) xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda; (Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir.) 2) faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda; 3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda; 4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə; 5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda; 6)Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Belə ki, inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 ona görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, o nəqliyyat vasitəsini normativ tələblər pozulmaqla, avadanlığı dəyişdirərək idarə etmişdir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, səlahiyyətli orqan həmin əsasla şəxsi inzibati məsuliyyətə cəlb etməkdə haqlı olmamışdır. Çünki həmin qərarda normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirilməsi nədən ibarət olması göstərilməsə də, barəsində inzibati icraat aparılmış şəxsin izahatından müəyyən edilir ki, sürücü idarə etdiyi avtomobilin hər hansı avadanlığını dəyişməmişdir. Məhkəmə hesab edir ki, şəxsi inzibati məsuliyyətə cəlb etməzdən öncə müəyyən etmək lazımdir ki, avtomobildə sökülməsi tələb edilən avadanlıq dəyişdirilib, yoxsa yox, həmin avadanlıqlar normativ tələblərə cavab verir, yoxsa yox. İnzibati araşdırma zamanı isə avtomobildə hansı normativ tələblərə zidd olaraq avadanlığın dəyişdirilməsi araşdırılmamışdır. Azərbaycan Respublikası yol hərəkət qaydaları üzrə 1968-ci il X3 qoşulmuş, 1998-ci ildə “Yol hərəkəti haqqında” Qanun qəbul olunmuşdur. Həmin Qanunun 30-cu maddəsinin 3-cü bəndinin tələbinə görə texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Qanundan göründüyü kimi normativ tələblər pozulmaqla nəqliyyat vasitəsinə yeni avadanlıq quraşdırılmışsa və ya avadanlığı dəyişdirilmişsə, onun istismarı qadağan olunmalıdır. xx.xx.2002-ci tarixli 261-İİQ №-li Qanunla “Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında” beynəlxalq müqaviləyə qoşulmuş və həmin müqaviləyə qoşulan dövlətlər Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən avtomobillərə, onların avadanlıq və hissələrinə dair işlənib hazırlanan qaydaları tanımalı və tətbiq etməlidirlər. Bu yolla Avropa İqtisadi Komissiyasının hazırladığı qaydalar bütün dünyada nəqliyyat vasitələri ilə bağlı vahid texniki standartlar və şərtlər statusunu alır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, X6 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş yəni, öz təqsirsizliyini sübut etməyə, borclu deyildir. Əksinə şəxsin yol hərəkəti qaydalarının pozulması ilə bağlı hər hansı bir inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi yol patrul xidməti inspektorunun üzərinə düşür. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində göstərilir ki, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. 17 iyun 2025-ci il tarixdə “Hyundai Grandeur” minik markalı ** KP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 normativ tələblər pozulmaqla, nəqliyyat vasitəsinin avadanlığının dəyişdirilməsi, bununla da, onun Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübuta yetirilmir və onun əməlində həmin inzibati xətanın tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə belə hesab edir ki, “Hyundai Grandeur” minik markalı ** KP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 normativ tələblər pozulmaqla, nəqliyyat vasitəsinin avadanlığının dəyişdirilməsi, onun Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübut edilmədiyindən Gəncə şəhər DYPŞ-nin YPX-nin inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. X6 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-2567/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2567/2025
17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver