Məhkəmə qərarları › İş №3(125)-2568/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2568/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2568/2025 02.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, X4 haqında icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş materialları nəzərdən keçirərək, müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli **********6929” nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarının icrası ilə bağlı olaraq 12 saylı Ərazi Vergilər Baş İlarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə X5 obyektində keçirilən operativ vergi nəzarəti tədbiri zamanı direktor X1 yoxlamaya şərait yaratmamışdır. Bunun nəticəsində onlar Şəxs barəsində protokol tərtib etmişlər. Sonda protokolun təmin edilməsini xahiş etmişdir. Ona verilən suallara cavab olaraq isə bildirmişdir ki, onlar protokolu X2 barəsində deyil, məhz Şəxs MMC barəsində tərtib etmişdirlər. Məhkəmə iclası zamanı Şəxs MMC-nin etibarnamə üzrə nümyəndəsi (vəkil) Vəkil bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin qəbul etdiyi protokol qanunsudur. Protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyi üçün işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddədən də aydın görünür ki, maddənin sanksiyasında vəzifəli şəxsin cərimə edilməsi nəzərdə tutulmuşdur. Lakin protokol hüquqi şəxs barəsində tərtib edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin icraata götürülməsinə səbəb inzibati xəta haqqında protokolda hüquqi şəxsin adı ilə yanaşı vəzifəli şəxsin də adının qeyd edilməsi olmuşdur. Lakin məhkəmə iclasında protokou tərtib edən inzibati orqanın nümayəndəsinin “protokolun məhz hüquqi şəxsin barəsində tərtib olunduğunu” bildirməsi hüquqi şəxs barəsində sözügedən inzibati işə baxılmasını mümkünsüz etmişdir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar