Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2571/2025 08.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Gəncə Şəhər BPİ-nin DYPŞ-nin rəisi Eldəniz Həsənovun 07 iyun 2025-ci il tarixli, 5/1-600 saylı inzibati tənbeh vermə haqqında qərarından X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 onun İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 50 manat inzibati cərimə olunması barədə 07 iyun 2025-ci il tarixli, 5/1-600 saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 11 mart 2025-ci il tarixdə evə gedərkən dövlət yol polisi tərəfindən saxlanılmış, avtomobilin arxa buferinin olmamasını polis əməkdaşı nöqsan hesab edərək avtomobili duracağa təmin edəcəyini söyləmişdir. O, hansı maddəyə əsaslanaraq bu fikrə gəldiyini soruşduqda polis əməkdaşı onun avtomobilimin yanından uzaqlaşmışdır. O, 6 dəqiqə gözlədikdən sonra polis əməkdaşı sürüb getməyə başladığı anda o da avtomobil ilə hərəkətinə davam etmiş və evə çatdığında ona 342.5 konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı maddəsi ilə cərimə göndərilmişdir. Belə ki, yol hərəkəti haqqında qanunun hər bir maddəsi tam şəkildə izah edildiyi halda buferin konstruksiya ünsürü olması barədə heç bir məlumat yoxdur. Məhkəmə iclasında X2 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o, həqiqətəndə yol ayrıcında geriyə hərəkət etmişdir, lakin geriyə hərəkət etməsinin səbəbi həmin yolda olan çökəklik olmuşdur, buna görə o yol ayrıcında geriyə hərəkət etmişdir ki, avtomobili çirklənməsin. Lakin, o özünü Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə inzibati xətanı törətməsində təqsirli bilmir. Belə ki, o hesab edir ki, avtomobilin arxasında olan kalçuq örtük mühavizə qurğusu hesab edilə bilməz. Həmin avtomobildə arxa mühavizə qurğusu qeyd edilən kalçuq örtüyün arxasında olan dəmir qurğudur. Bu səbəbdəndə hesab edir ki, qərar həmin hissədə əsassızdır. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş 07 iyun 2025-ci il tarixli, 5/1-6000 saylı inzibati tənbeh vermə haqqında saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 İXM-in 327.1-ci və 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat inzibati cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin olunmalı, Gəncə Şəhər BPİ-nin DYPŞ-nin rəisi Eldəniz Həsənovun 07 iyun 2025-ci il tarixli, 5/1-600 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməlidir. Belə ki, məhkəmə iclası zamanı X2 öz izahatında yola ayrıcında geriyə hərəkət etdiyini etiraf etmişdir. Bu səbəbdəndə məhkəmə hesab edir ki, qərar həmin hissədə əsaslı və qanunidir. Lakin, məhkəmə hesab edir ki, qərarı digər hissədə əsassızdır, həmin hissədə qərar ləğv edilməli və iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə inzibati xətanı törədən şəxs əlli manat məbləğində cərimə edilir. Gəncə Şəhər BPİ-nin DYPŞ-nin rəisi Eldəniz Həsənovun 07 iyun 2025-ci il tarixli, 5/1-600 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 idarə etdiyi Chevrolet Malibu markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomoblili arxa mühafizə qurxusu olmadan idarə etmişdir. Lakin, iş materialları ilə “Chevrolet Malibu” markalı avtomoblinin arxa mühavizə qurxusu olmadan idarə olması sübut olunmur. Belə ki, məhkəmə hesab edir ki, avtomobilin arxa hissəsində olan kalçuk örtük arxa mühafizə qurğusu hesab edilə bilməz. Həmiçinin qərar qəbul etmiş orqan həmin kalçuk örtüyün arxa mühavizə qurğusu olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Yenədə həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olan, halda məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Gəncə Şəhər BPİ-nin DYPŞ-nin rəisi Eldəniz Həsənov tərəfindən X1 barəsində qəbul edilmiş 07 iyun 2025-ci il tarixli, 5/1-600 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin. X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin-nin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata həmin hissədə xitam verilsin. X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-2571/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2571/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver