Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2572/2025 31.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 iştirakı ilə, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2025 tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsinin inspektoru X5 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025 tarixli, TP ******* nömrəli qərara əsasən X12 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında qərar və protokoldan narazı qalan X12 oğlu şikayət verərək, həmin qərarın və inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, 26 iyun 2025-ci il tarixdə günorta saatlarında Hacıkənd qəsəbəsi ərazisində YPX əməkdaşları tərəfindən reyd keçirilərkən idarə etdiyi KİA Sorento minik markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobili döş nişanı 0171 olan polis seryantı X5 tərəfindən saxlanılıb. Avtomobil saxladıqdan sonra özünü təqdim etməsi ona bildirilib. O, özünü təqdim etdikdən sonra avtomobildə yanında əyləşən sərnişin, arvadı X2 təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3 maddəsinə əsasən barəsində intizam tənbeh növü tətbiq edəcəyini bildirdi. Daha sonra heç bir sənəd istəmədən avtomobilin ön hissəsi tərəfə keçib, qeydiyyat nişanına baxdıqdan sonra yenidən ona yaxınlaşmış. Bu zaman arxadan gələn digər minik avtomobili başqa bir polis əməkdaşının saxla tələbini pozaraq irəliləyən zaman həmin avtomobildə əyləşən sərnişinin də təhlükəsizlik kəmərini taxmadığını və həmin avtomobilin niyə saxlanmadığı soruşduqda polis əməkdaş X5 ona “ola bilər “ cavabını verdi. Bu zaman o polis əməkdaşına “çox sağolun” deyərək avtomobilini dayandığı yerindən tərpədib. Polis əməkdaşı yüksək səslə çağıraraq, ona avtomobili dayandırmağını tələb edib və o dərhal avtomobili saxlayaraq polis əməkdaşını gözləyib. Reyd zamanı dayanmış **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti polis avtomobilini arxasıyca sürməsini bildirdikdə digər polis əməkdaşı avtomobilə əyləşərək onun idarə etdiyi avtomobilin arxasında saxlayıb. Polis əməkdaşı X5 onunla yüksək səslə danışaraq yenidən özünü təqdim etməsini istəyib və o, ona biraz öncə onun avtomobili saxladarkən özünü təqdim etdiyini bildirib. Bununla razılaşmayan polis əməkdaşı X5 dəfələrlə ondan özünü təqdim etməsini istəyib. Daha sonra digər polis əməkdaşı yaxınlaşaraq ondan sənədlərini təqdim etməsini tələb etdi. O, adına verilmiş və sürücülük vəsiqəsi olduqda avtomobili idarə etmək hüququ vardır qeydi olan mülki etibarnaməni təqdim edib. Polis əməkdaşı bu etibarnamə ilə avtomobili idarə edə bilməyəcəyini bildirib və ona yanında xanım əyləşdiyini bildirərək avtomobildən enməyini tələb edib. O, isə bunun onun avtomobili tərk etməyi üçün əsaslı səbəb olmadığı bildirib. Polis əməkdaşı X5 yoldaşının ad, soyadını soruşdu və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3 maddəsinə əsasən barəsində intizam tənbeh növü tətbiq edəcəyini bildirdi. Həmçinin ona da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi maddəsində nəzərdə tutulmuş 100 manat (4 bal) məbləğində cərimə ediləcəyini bildirdi. Polis əməkdaşına onun barəsində tətbiq ediləcək cərimənin yalnış olduğunu, qərarsız vurulmasını və buna görə də müvafiq dövlət orqanına şikayət edəcəyini bildirməsinə baxmayaraq, polis əməkdaşı X5 cəriməni qərarlı göndərmişdir. O, bu barədə 102 xidmətinə dərhal zəng edərək, hadisə barəsində məlumat verib. Lakin hadisədən günlər keçməsinə baxmayaraq, hələ də ona cavab verilməmişdir. Ona tətbiq edilən inzibati xəta haqqında qərar ilə razı deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində göstərilən halların heç biri baş verməmiş, müvafiq icra hakimiyyəti orqanının əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbi tərəfindən yerinə yetirilmiş və məhz bunun nəticəsində polis əməkdaşı ilə aralarında qərardan şikayət edəcəyi ilə bağlı yuxarıda qeyd edilən söhbət aparılmışdır. Hesab edir ki, tərtib olunmuş qərar maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə tərtib edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməyə qərar verib. Ona görə də Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025 tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X12 oğlu şikayət ərizəsində göstərdiklərini qeyd edərək barəsində tətib olunmuş, protokol və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, xx.xx.2025 tarixli, TP ******* saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olmaqla məhkəmə baxışındatədqq edilmiş; Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsinin inspektoru X5 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025 tarixli, TP ******* nömrəli qərardan görünür ki, X12 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi vəya dəyişdirilməsi üçün əsasdır. Həmin maddələrin mənasından aydın olur ki, İXM-nin 327.3-cü maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə, şikayətin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, X6 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamışdır. Qanunun tələbinə görə, səlahiyyətli orqan tərəfindən inzibati xəta tərkibi müəyyən edilsə də həmin pozuntunu sübut edə biləcək video və ya fotoşəkil qərar əlavə olunmamış, həmçinin Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsinə məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq sözügedən qurum iş üçün mühüm əhəmiyyət kəsb edən, o cümlədən X3 dediklərini təkzib edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. X6 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta haqqında işə baxılarkən səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş hallar göstərilməmiş, qərarın məzmununda sadəcə X4 məxsus nəqliyyat vasitəsinin idarə edərkən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi qeyd edilməklə (İXM-nin 327.3-cü maddəsinin dispozisiyasının məzmununu) kifayətlənilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında qərarda göstərilməlidir. Göründüyü kimi, X6 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən onun həqiqətəndə polisin saxla əmrinə tabe olmamasını heçnə ilə sübut etmək mümkün olmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, qanunvericilik İXM-in 327.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq, həmin işlər üzrə faktiki halları hərtərəfli araşdırmaqla qərar qəbul etmək səlahiyyətini məhkəməyə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə etmişdir (İXM-nin 43.1-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndi). Bundan əlavə qeyd edilməlidir ki, qanunvericilik İXM-in 327.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq, həmin işlər üzrə faktiki halları hərtərəfli araşdırmaqla qərar qəbul etmək səlahiyyətini məhkəməyə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə etmişdir (İXM-nin 43.1-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndi). Beləliklə, məhkəmə hesab edir ki, X12 oğlunun İXM-in 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işin yuxarıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları və ziddiyyətli məqamları araşdırılmadığından xx.xx.2025 tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X12 oğlunun Azərbaycan Respublikası İXM-in 327.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsinin inspektoru X5 tərəfindən xx.xx.2025 tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(125)-2572/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2572/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver