Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2583/2024 08.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Azərbaycan Respublikası MN yanında X9, İnkişaf və bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin nümayəndəsi X2, X1 , X1 vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, X3 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bəpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi X6 tərəfindən barəsində onun iştirakı olmadan xx.xx.2024-cü il tarixində MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan yaşayış evinin (qeyri-yaşayış sahəsinin) daxilinin qırmızı kərpic hissəsinin gips inşaat plitələri (alçıpan) ilə üzlənərək yeni quruluşa salınması və təmir işlərinin aparılması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə səbəb olmuşdur. Onun iştirakı olmadam barəsində tərtib edilmiş yuxarıda qeyd olunun inzibati xəta haqqında protokolun surəti xx.xx.2024-cü il tarixli bildirişlə birlikdə ünvan 2 ünvanına göndərilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən barəsində iştirakı olmadan xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol əsasında xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, Gəncə Regional İdarəsinin həmin qərarından həm yuxarı inzibati orqan olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə, həm də Gəncə şəhər Məhkəməsinə şikayət vermişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində barəsində Gəncə Regional İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara baxılmış və şikayəti təmin edilərək, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə Regional İdarəsinə göndərilmişdir. Bundan sonra, o xx.xx.2024-cü il tarixində Gəncə şəhər Məhkəməsinə (hakim Orxan Cəfərliyə) ərizə ilə müraciət edərək məhkəmənin icraatında olan 3(125)-2158/2024 saylı inzibati xətalara dair iş üzrə barəsində şikayət verdiyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli qərarı yuxarı orqan tərəfindən ləğv edildiyindən həmin qərardan verdiyi şikayətə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Gəncə şəhər Məhkəməsi (hakim Orxan Cəfərli) tərəfindən 3(125)-2158/2024 saylı inzibati xətalara dair iş üzrə xx.xx.2024-cü il tarixli qərardad qəbul edilərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilmiş və şikayəti əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılmışdır. Bundan sonra, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən o ikinci dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli yeni inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ünvan 2 ünvanıma göndərilmişdir. Qeyd etmişdir ki, barəsində tərtib edilmiş həmin inzibati tənbeh vermə haqqında qərar ünvan 2 yaşayış ünvanıma xx.xx.2024-cü il tarixində daxil olmuşdur. Barəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı aşağıdakı əsaslara görə qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə görə, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə görə, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Belə ki, barəsində iştirakı olmadan tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola nəzər saldıqda aydın olur ki, İXM-nin yuxarıda qeyd olunan müddəalarının tələbləri həmin protokolu tərtib etmiş inzibati orqan tərəfindən pozulmuşdur. Həmçinin barəsində tərtib olunmuş qanunsuz və əsassız hesab etdiyi inzibati xəta haqqında protokolun akt əsasında tərtib edildiyi göstərilsə də, həmin aktın nədən ibarət olması bugünədək ona məlum deyil. Belə ki, barəsində tərtib edilmiş edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolda protokolu tərtib edtmiş inzibati orqanın istinad etdiyi akt nə onun iştirakımla tərtib edilmiş, nə də ki, həmin aktın surəti ona verilməmişdir. Ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 761.4 kvm olan «qeyri-yaşayış sahəsinin 300 m2 hissəsində və yalnız həmin hissənin daxilində kərpic olan hissəyə alçipan vurmaqla yüngül təmir işləri aparmışdır. İXM-nin 231.2-ci maddəsində göstərilib ki, mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə fiziki şəxslər min beş yüz manat məbləğində cərimə edilir. İnzibati orqan tərəfindən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, tərəfindən qeyd olunan qeyri- yaşayış sahəsinin yeni quruluşa salınması və təmir işlərinin aparılması İXMnin 231.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaradır. Lakin İXM-nin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün mədəni sərvətlərin sökülməsi, məhv edilməsi, parçalanması, yeni quruluşa salınması, başqa yerə köçürülməsi və zahiri görkəminin dəyişdiririlməsi baş verməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20- ci maddəsində göstərilib ki, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) dedikdə obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsi başa düşülür. Halbuki, tərəfindən xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsində İXM-nin 231.2-ci maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün hər hansı bir yenidən qurulma (yeni quruluşa salınma) işi və ya təmir işləri görülməmişdir. Belə olan halda, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024- cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı deyil. Bundan əlavə, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (əmlak kompleksi kimi müəssisə) xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışdan da göründüyü kimi onun xüsusi mülkiyyətindədir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə iclasında şikayət vermiş X5 və vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X7 izahatında bildirmişdir ki, X5 ilk dəfə may ayının 15-i həmin binada dəyişiklik etdiyi üçün ona irad bildirilmişdir. Daha sonra Tahir Namazov idarənin binasına gəlmiş ona orada təmir-bərpa işləri aparması üçün ərizə ilə müraciət etməli olduğu, ərizənin hansı məzmunda yazılmalı olduğu izah edilmişdir. Tahir Namazov bundan sonra ərizə ilə müraciət etmişdir. Orada ona ərizəyə cavab verilmədən heç bir iş aparılmaması bildirilmişdir. Ərizə idarənin baş orqanına göndərilməsi və orada hansı tikinti materiallarından istifadə edə bilməsi ilə bağlı müəyyən araşdırmalar aparıldığı üçün ərizəyə cavab vermə müddəti uzanmışdır. X13 ərizəyə cavab gözləmədən orada iş aparmış, bu zaman ona irad bildirilmiş və xəbərdarlıq olunmuşdur. Tahir Namazov xəbərdarlığa məhəl qoymadan ərizəyə cavab verilməsini gözləmədən orada işləri davam etdirmiş və abidənin binasına zərər vurmuşdur. Bu zaman ona inzibati tənbeh verilmiş və cərimə edilmişdir. Həmin əmlaka baxış keçirən zaman video çəkiliş və ya hal şahidlərindən istifadə olunmamışdır. Yalnız baxş keçirilməsi ilə bağlı akt tərtib edilmiş və həmin obyetkin şəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Qərara yuxarı orqan tərəfindən ləğv edildikdən sonra yenidən protokol tərtib edilməmiş, lakin yenidən qərar qəbul edilən zaman tərəflərin iştirakı təmin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bəpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli 21 may 2024-cü il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, Tahir Namazov İXM-nin 231.2-ci maddəsinin tələblərini pozduğu üçün 1500 manat cərimə edilmişdir. Azərbaycan Respublikası MN yanında X9, İnkişaf və bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin 3-3-8/2024 saylı xx.xx.2024-cü il tarixli aktından görünür ki, dövlət mühafizəsinə götürülmüş XİX əsrə aid “Yaşayış evi”-nə baxış keçirilən zaman abidəyə müdaxilə faktları aşkar edilmişdir. Abidənin fotoları çəkilərək akta əlavə edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-2158/2024 saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikası MN yanında X9, İnkişaf və bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardan şikayət vermiş daha sonra ərizə ilə müraciət edərək həmin şikayətin geri qaytarılmasını xahiş etdiyi üçün qərardan verilmiş şikayət geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli inzibati xətaq haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında xx.xx.2024-cü il tarixli qərar ilə X5 barəsində qəbul edilmiş 30 may 2024-cü il tarixli MN1299236 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün Gəncə Regional İdarəsinə göndərilmişdir. İş materiallarına AR ƏMDK yanında DƏDRX-dən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan yaşayış evi X3 xüsusi mülkiyyətindədir. İş materiallarına əmlak kompleksinin texniki pasportu əlavə edilmişdir. İş materiallarına həmin obyektin fotoşəkilləri də əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb toplanılmaması məsələsini həll edir. 231.2-ci maddəsinə əsasən mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə-fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, X5 barəsində inzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan bir sıra prosessual tələblər pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin materialları ilə tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və digər hüquqları vardır. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İş materiallarından görünür ki, inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında icraat aparılan X4 bildiriş təqdim edilməmiş, inzibati xəta haqqında işə məhz inzibati xəta haqqında protokolun tərtib edildiyi bununla da İXM-nin 60.3, 61.1, 111.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında işə baxılması zamanı iştirakının təmin edilməsi zəruridir. X4 inzibati xəta haqqında işə baxılarkən məlumat verilməməsi, inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılması onun müdafiə hüququnu pozmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində barəsində Gəncə Regional İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və şəxsin iştirakı ilə protokol tərtib edilməsi barədə göstəriş qoyulsa da həmin tələb Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən icra olunmamış və həmin protokol əsasında yenidən qərar qəbul edilmişdir. Bundan əlavə qanunvericiliyinə tələbinə əsasən Azərbaycan Respublikası MN yanında X9, İnkişaf və bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən obyektə baxış həyata keçirilərkən inzibati icraat aparılan şəxs X4 məlumat verilməmiş, baxış hal şahidlərinin və video çəkiliş olmadan aparılmaqla qanunun tələbləri pozulmuşdur. İşin hallarından və tərəflərin izahatından görünür ki, X5 tərəfindən təmir aparılması barədə icazə alınması üçün Azərbaycan Respublikası MN yanında X9, İnkişaf və bərpası üzrə Dövlət Xidmətinə 3 ay əvvəldən məktub göndərilərək məlumat verilsə də 3 ay ərzində X4 heç bir məlumat verilməmiş və X3 hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X5 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan və işin halları hər tərəfli araşdırılmadığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən araşdırma aparmaq üçün qərarın surəti səlahiyyətli orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 134.1.4, 135.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bəpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası MN yanında X9, İnkişaf və bəroası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-2583/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2583/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver