Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2585/2024 01.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Şəxs MMC-in nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: DƏMX-nin əmək müfəttişi X8 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə 03 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati protokola əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına giriş informasiya sistemi üzərindən əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X4, X5, X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin vəkili Nümayəndə bildirmişdir ki, təmsil etdiyi hüquqi şəxsin Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına giriş icazəsi alınması ilə heç bir əlaqəsi yoxdur. Portaldan icazəni "xxxx" MMC alır, Şəxs MMC-in buna səlahiyyəti yoxdur. Bundan əlavə, göstərilmiş işçilər üçün giriş icazəsinin alınması onların əməyə cəlb edilməsi anlamına gəlmir. Əməkdaşların əmək müqaviləsi müddətinə diqqət yetirilsə icazənin alındığı tarixlərə onların qüvvədə olan əmək müqavilələrinin olması müəyyən edilə bilər. Əmək Müfəttişliyi tərtib etdiyi protokol ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Şəxs MMC barəsində tərtib edilmiş protokolun ləğv edilməsini xahiş etmişdir. 30 iyul 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 hüquqi şəxsin vəkilinin fikirləri ilə razılaşaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, 2024-cü ilin mart ayından may ayına kimi Şəxs MMC-də işçi kimi fəaliyyət göstərmişdir. İşğaldan azad olunmuş ərazilərə keçid üçün portaldan ona kimin icazə alması barədə heç bir məlumatı yoxdur. Şəxs MMC-də işdən azad edildikdən sonra həmin ərazilərə keçməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 03 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinin tələbi pozularaq X9, X2 və X5 Şəxs MMC-də əmək müqavilələri hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - İnternet Vergi İdarəsindən Çıxarışdan görünür ki, Şəxs MMC reyestr qeydiyyatına alınmışdır. - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına giriş elektron sistemindən çıxarışdan görünür ki, X4, X5, X1 adına icazə portal qeydiyyatından keçmişdir. - Şəxs MMC-nin "xxxx" MMC-ə ünvanladığı 18 mart, 02 may və 21 may 2024-cü il tarixli məktublardan görünür ki, Şəxs MMC tərəfindən müxtəlif əməkdaşların Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına giriş icazəsinin "xxxx" MMC tərəfindən alınması xahiş edilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X4 ilə Şəxs MMC arasında olan əmək müqaviləsi 18 mart 2024 – 13 may 2024-cü il tarixdə, X2 ilə Şəxs MMC arasında olan əmək müqaviləsi 02 may 2024 – 24 iyun 2024-cü il tarixdə, X5 ilə Şəxs MMC arasında olan əmək müqaviləsi 21 may 2024 – 28 iyun 2024-cü il tarixdə qüvvədə olmuşdur. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, eləcə də iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan barəsində icraat aparılan hüquqi şəxsin inzibati xəta törətməsi qənaətinə o əsasla gəlmişdir ki, onlar barəsində olan əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əməkdaşlar barəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına giriş icazəsi alınmış, bu da elektron sistem vasitəsilə aşkar edilmişdir. Lakin məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxsin vəkili əməkdaşların əmək müqaviləsi bildirişlərini məhkəməyə təqdim etmiş, məhkəmə həmin müqavilə bildirişlərini giriş icazəsi portal məlumatları ilə əlaqəli şəkildə təhlil etmişdir. Nəticədə müəyyən edilmişdir ki, iki əməkdaşın - X5, X1 barəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına giriş icazəsi alınması tarixləri onların əmək müqavilələrinin qüvvədə olma tarixləri ilə üst-üstə düşür. Digər işçi X9 barəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına giriş icazəsi alınması tarixi ilə onun əmək müqaviləsinin qüvvədə olma tarixi üst-üstə düşmür. Bu ziddiyyətin aradan qaldırılması məqsədilə X9 məhkəmə iclasında şahid qismində dindirilmiş, o, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi faktını inkar etmiş, ümumiyyətdə onun adına həmin tarixdə portal icazəsinin olmasından xəbərdar olmamasını bildrimişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, inzibati xətanın törədilməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-2585/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2585/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver