Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2596/2024 01.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, şikayətçi, "xxxx" MMC-in direktoru X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Gəncə Regional ərazi şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Gəncə Regional ərazi şöbəsinin rəisi X7 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 21 iyun 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsinə dair X1 vermiş olduğu şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-in direktoru X3 məhkəməyə şikayət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Gəncə Regional ərazi şöbəsinin rəisi X5 onun barəsində inzibati tənbeh vermə haqqında 21 iyun 2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 bildirdi ki, o, qərarı qanunsuz və əsassız hesab edir. Həmin qərar vəzifəli şəxsin gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, vəzifəli şəxsin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin AR İXM-nin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması, İXM ilə müəyyən edimiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsaslarına görə və qərəzçiliklə tərtib edildiyi üçün ləğv edilməlidir. Bildirir ki, vətəndaş M.N.Bağırov xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək müqaviləsi əsasında "xxxx" MMC-də vəzifəsində işləmişdir. Bu müddət ərzində "xxxx" MMC tərəfindən M.N.Bağıroun hər hansı bir əmək hüququnun pozulmasına dair bir hərəkət edilməmişdir. Əmək haqqısı, son haqq-hesab və digər ödənişlər tərəflər arasında razılaşdırılmış formada ödənilmişdir. Qeyd edilənlərdən aydın olur ki, əməlində hər hansı inzibati xəta, o cümlədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Bundan başqa ona bildiriş vaxtında verilmədiyi üçün o, inzibati protokol tərtib olunarkən iştirak etməmiş, iştirakı olmadan protokol tərtib edilmişdir. Odur ki, DƏMX-nin Gəncə regional ərazi şöbəsinin onun barəsində qəbul etdiyi “İnzibati tənbeh vermə haqqında”kı xx.xx.2024-cü il tarixli, MN1614248 No-li Qərarı əsassız və qanuna zidd olduğundan ləğv edilməli, inzibati xəta haqqında materiallar yenidən araşdırma aparılması üçün qərarı qəbul etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Gəncə Regional ərazi şöbəsinin məsləhətçiəmək müfəttişi X4 bildirdi ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165.1, 166 və 178-ci maddələrinin tələbləri pozularaq Mübariz Bağırova xx.xx.2021- xx.xx.2024-cü il tarixlərdə iş vaxtından artıq işə və gecə növbəsinə görə əmək haqqına əlavələr işlədiyi dövrdə deyil, işdən azad edilərkən hesablanıb ödənilmişdir.Sonda şikayətin təmin edilməməsini və xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: - 21 iyun 2024-cü il tarixli MN №1614248 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -61.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. - 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. - 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 99.1 və 99.1.3-cü maddələrinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. - 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. İş faktiki hallarından göründüyü kimi X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, eyni zamanda protokola baxılaraq X3 barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilərkən protokola baxılma yeri və müddəti barədə o, lazımi qaydada məlumatlandırılmamış, bununla da protokola baxarkən yalnız M.Bağırovun şikayət ərizəsinə əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadan işə baxan vəzifəli şəxs, DƏMX-ın Gəncə regional ərazi şöbəsinin rəisi Ayaz Rəhimov tərəfindən inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün vəzifəli şəxsə göndərilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, X3 barəsində vəzifəli şəxs Ayaz Rəhimovun gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Buna görə də məhkəmə, işə baxılaraq qərar qəbul edilərkən Mahmud Mahmudzadə dəvət edilib dindirilməklə onun dəlillərinin və arqumentlərinin nədən ibarət olmasının aydınlaşdırılmadığını nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin edilməli, 21 iyun 2024-cü il tarixli qərar ləğv edilməli və yenidən araşdırılması üçün DƏMX-ın Gəncə regional ərazi şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası ƏƏSMN X9 Xidmətinin Gəncə regional ərazi şöbəsinin rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası ƏƏSMN X9 Xidmətinin Gəncə regional ərazi şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-2596/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2596/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver