Məhkəmə qərarları › İş №3(125)-2597/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2597/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2597/2023 20.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızı Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin tərtib etdiyi 09 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyə Nazirliyinin Uçot siyasəti şöbəsi tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarının auditinin 2022-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar auditdən yayınmaya görə Şəxs Açıq Səhmdar Cəmiyyətinin törətdiyi inzibati xətaya görə 09 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 20 oktyabr 2023-cü il tarixli 3-23/2- 5906/2023 saylı məktubuna əsasən həmin nazirliyin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva ərizə ilə məhkəməyə müraciət edərək protokolun mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, inzibati xətalar qanunvericiliyində müvafiq prosessual münasibətləri tənzimləyən norma olmadıqda, cinayət prosessual qanunvericiliyin normalarının analogiya üzrə tətbiq edilməsi mümkündür. Azərbaycan Respublikası CPM-nin 122.7.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayətləri şikayəti verən şəxsin özünün (şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeləri naminə verilmiş şikayət yalnız onların razılığı ilə geri götürülə bilər) geri götürməyə hüququ vardır. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, mövcud vəziyyətdə Azərbaycan Respublikası Maliyə Nazirliyinin Uçot siyasəti şöbəsinin tərtib etdiyi 09 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Maliyə Nazirliyinin Uçot siyasəti şöbəsinin tərtib etdiyi 09 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Maliyə Nazirliyinin Uçot siyasəti şöbəsinə geri qaytarılsın. Hakim: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar