Məhkəmə qərarları › İş №3(125)-2599/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2599/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2599/2023 19.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1983-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 19 oktyabr 2023-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər 1-ci Polis şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib olunmuş 17 oktyabr 2023-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə 22:00 radələrində Gəncə şəhər, Xəmsə Park TM-nin qarşısında səs-küy salaraq, nəlayiq ifadələr işlətmiş, qanuni tələbə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər 1-ci Polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə 22:00 radələrində Gəncə şəhər, Xəmsə Park TM-nin qarşısında səs-küy salaraq, nəlayiq ifadələr işlətmiş, qanuni tələbə tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o öz-özünə danışan adamdır. Öz-özünə danışan zaman polis əməkdaşları ona yaxınlaşmış və ona şöbəyə getməli olduğunu bildirmişlər. Oda polis əməkdaşlarına tabe olaraq şöbəyə getmişdir. Vəzifəli şəxlərə qarşı nalayiq ifadələr işlətməmiş, heç bir təqsiri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin, Post Patrul xidməti Taborunun polis nəfəri, polis serjantı X4 ifadəsində bildirdi ki, xidmətdə olan zaman vətəndaşlardan biri ona yaxınlaşaraq, xx.xx.2023-cü il tarixdə 22:00 radələrində Gəncə şəhər, Xəmsə Park TM-nin qarşısında bir nəfər şəxsin səs-küy salaraq, nəlayiq ifadələr işlətdiyini bildirmişdir. Onlar həmin yerə gedən zaman Şəxs söyüş söyərək gəzdiyini, onların niyə müdaxilə etmədiyini bildimişdir. Bu zaman onlar həmin şəxsə yaxınlaşmış, ona söyüş söyməməsini bildirmişdir. O isə söyüşlərə davam edərək, polisin və rəhbər şəxslərin ünvanına söyüş söymüşdür. Bu hadisə ilə bağlı videogörüntüdə mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin, Post Patrul xidməti Taborunun polis nəfəri, polis kiçik serjantı X1 Coşqun Zaur oğlu ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan Gəncə şəhər BPİ-nin, 1-ci Polis Şöbəsinin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 22:00 radələrində Gəncə şəhər, Xəmsə Park TM-nin qarşısında səs-küy salaraq, nəlayiq ifadələr işlətmiş, qanuni tələbə tabe olmamışdır. Polisin qanuni tələblərinə dəfələrlə tabesizlik göstərdiyi üçün həmin şəxsi gətirib 1-ci Polis Şöbəsinə təhvil vermişlər. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqəsdi ilə aparılan 3276/2023 nömrəli 17 oktyabr 2023-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcə alkoqol sərxoşu olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati icraatın gedişatını təmin etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə inizbati qaydada tutulmuşdur. İş materiallarında olan video görüntüdən görünür ki, Şəxs polisin qanuni tələbinə tabe olmayaraq, ictimai qaydanı pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsini etiraf etməsə də, onun təqsiri şahid ifadələri, video disk ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati xətanın sərxoş halda olan törətməsi İXM-nin 33.1.7-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halın olmasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərar dərhal icra edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar