Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2601/2025 18.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd oğlu, Təhsil İşçiləri Azad X2 şəhər Komitəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhər BPİ-nin Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təhsil İşçiləri Azad X2 şəhər Komitəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri BPİ DYPŞ-nin polis mayoru X1 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdırıraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər düzgün tərtib edilməmiş, natamamdır. Belə ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Təhsil İşçiləri Azad X2 şəhər Komitəsinə 25 fevral 2025-ci il tarixli sorğunun təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Belə olan halda Təhsil İşçiləri Azad X2 şəhər Komitəsinin xx.xx.2025-ci il tarixli sorğudan məlumatı olması müəyyən olunmur. Azərbaycan Respublikası İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, Təhsil İşçiləri Azad X2 şəhər Komitəsi barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “ Təhsil İşçiləri Azad X2 şəhər Komitəsinin Azərbaycan Respublikasının İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 02 may 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Gəncə şəhər BPİ-nin Dövlət yol polisi şöbəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-2601/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2601/2025
18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver