Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-263/2025 23.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə ŞBPİ-nin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə ŞBPİ 4-cü polis bölməsinin polis sahə rəisi polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci tarixdə saat 19:45 radələrində saxlanılaraq PB-nə gətirildikdə xidməti otaqda polisin qanuni tələbinə tabe olmayaraq ünvansız nalayiq ifadələr işlətmiş və özünə xəsarət etmişdir. Beləliklə o, Azərbayan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə ŞBPİ 4-cü polis bölməsinin polis sahə rəisi polis leytenantı X4 protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci tarixdə 4-cü polis bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Kamran Novruzlu və polis leytenantı Rüfət Məmmədov tərəfindən Şəxs narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün 4-cü PB-nə gətirilmiş və bölmədə olarkən xidməti otaqda ünvansız nalayiq ifadələr işlətmiş və sərxoş halda olduğundan baş nahiyəsini otağın künc hissəsində yerləşən dolaba vuraraq özünə xəsarət yetirmişdir. Bununla da o, polisin ij rejimini pozduğuna görə barəsində protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirmişdir ki, “Yequstur” deyilən ərazidən gəldikdə polis əməkdaşları onu saxlayaraq 4-cü PB-nə gətirmiş və aralarında mübahisə yarandığından əsəbdən başını otağın küncündəki dolaba vurmuşdur. İfadəsinin sonunda o, törətdiyini inzibati xətanı etiraf edərək himayəsində yaşlı anasının olmasını və əməlindən peşmançılığını bildirərək ona yüngül iznzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Gəncə şəhər 4-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X2 raportun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Spartak stadionu yaxınlığında Şəxs oğurluqda və narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün saxlayıb 4-cü PB-nə dəvət etmişlər. Bölmənin xidməti otağında söhbət aparan zaman verilən suallardan yayınmağa çalışaraq özünü qeyri səmimi aparmış və qəfildən başını dolaba vuraraq özünə xəsarət yetirmişdir. Daha sonra ona ilkin tibbi yardım göstərilmiş və narkotik vasitə istifadə edib-etməməsini yoxlamaq üçün müayinələrdən keçirmişlər. Müayinə zamanı sərxoş olduğu və narkotik vasitə olan metamfetamindən istifadə etdiyi aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Gəncə şəhər 4-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Məmmədov Rüfət isa oğlu və polis kapitanı X3 verdiyi ifadələrində şahid X2 ilə eyni məzmunlu ifadə verərək baş vermiş hadisəni təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş: - 22 yanvar 2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin məqsədi ilə aparılan tibbi müayinə protokolundan məlum olur ki, Şəxs orta dərəcəli sərxoş olmuşdur. - 22 yanvar 2025-ci il tarixli aktdan görünür ki, Şəxs ilə 4-cü PB-nin xidməti otağında söhbət əsanasında qəfil başını otağın küncündə olan dolaba vuraraq xəsarət yetirmiş və həmin yerin fotoşəkili iş materiallarına əlavə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf etməsini və peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci tarixli iinzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs həmin tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur. Buna görə də həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 20:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 20:30-dan hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-263/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-263/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver