Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2630/2024 17.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə ŞBPİ 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 17 iyul 2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü ildə tarixdə Gəncə şəhəri, Tofiq Bağırov küçəsində olan zaman ucadan səs küy salıb nəlayiq ifadələr işlədib ətrafda olan insanların diqqətini özünə cəlb etmiş və ondan sakitləşməsini tələb edən polisin qanuni tələbinə tabe olmamış, nəticədə Azərbayan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin sahə rəisi X5 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə adı polisə sonradan məlum olan Şəxs Gəncə şəhəri, Tofiq Bağırov küçəsində olan zaman ucadan səs küy salmış, nəlayiq ifadələr işlətmiş, ətrafda olan insanların diqqətini özünə cəlb etmişdir. Polis əməkdaşları ondan sakitləşməsini tələb edən zaman o, polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətaların törədilməsində qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə yoldaşı və qaynanası ilə evdə oturmuşdular. Sonra onlar hava almaq üçün çölə çıxmağı qərara almışlar. Çölə çıxarkən qapıda olan kubiklər ayaqlarının altından getmiş və onlar yerə yıxılmışlar və buna görə onlar xəsarət almışlar. Qaynanasının boynunda yarası olduğu üçün qanamağa başlamışdır. Yoldaşı onunla dalaşmışdır ki, niyə anasını tutmamış, yıxılmağa qoymuşdur. Sonra bununla bağlı onların arasında mübahisə yaranmış və yoldaşı DİN-in 102 xidmətinə zəng etmişdir. Polis əməkdaşları oraya gəlmiş, o, əsəbi olduğu üçün polis əməkdaşları ilə kobud danışmış, onlara qarşı nalayiq ifadələr işlətmişdir. Sonda o, əməlindən peşman olduğunu nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, Şəxs üçüncü həyat yoldaşıdır. Onların bir övladı var. Yoldaşı onu hər an təhqir edir, hətta keçən il də onu döyərək qolunu sındırmışdır. 18 iyul 2024-cü il tarixdə onda 100 manat pul var idi, onu götürüb yoldaşına verib ki, gedib uşağa krem alsın. Bu zaman görüb ki, Ərşad özündə olan pulu götürüb telefonun kabrosuna gizlətmişdir. O, pulu niyə gizlətdiyini soruşanda isə onların arasında mübahisə yaranmağa başlamışdır. Bir-birlərinə söyüş söyməyə başlamışlar. Həmin günü Göyçəyin anası da onlarda imiş. Şəxs onun anasına da söyüşlər söymüşdür. Onlar çölə çıxdıqda Ərşad onu döymüş vurub qolunu sındırmışdır. Anası qızının döyüldüyünü görüb onu ağacla vurmaq isdəyəndə ağacı alıb onun anasını da döymüşdür. O, DİN-in 102 xidmətinə zəng etmişdir. Polis əməkdaşları gəldikdə Ərşad onlara müqavimət göstərərək şöbəyə getməyə etiraz etmişdir. Polis əməkdaşları onu izahatının alınması üçün şöbəyə aparmışlar, amma Ərşad qalmışdır. Sonra polis əməkdaşları şöbədə olarkən Ərşada zəng edərək şöbəyə gəlməsini bildirdikdə onlara telefonda nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları təkrar gedib onu şöbəyə gətirmək isdəyəndə onlara nalayiq ifadələr işlədərk müqavimət göstərmiş, hətda yerdən daş götürüb onların maşınına atmağa cəhd etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X8 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə vətəndaş X1 qeyri rəsmi ailə münasibətində yaşadığı Şəxs tərəfindən döyülməsi ilə bağlı müraciəti əsasında izahatının alınması məqsədilə 1-ci Polis Şöbəsinə dəvət olunan zaman polisin ünvanına nalayiq ifadələr işlədərək 1-ci PŞ-yə gəlməkdən imtina etdi. Daha sonra, xx.xx.2024-cü il tarixində saat 20 radələrində o və Gəncə şəhər 1-ci PŞ-nin əməliyyat qrupunun üzvləri Gəncə şəhər Gəncə şəhər 1-ci PŞnin İTB-nin polis sahə rəisi, polis leytenantı X9, Gəncə şəhər 1ci PŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı X6, Gəncə şəhər 1-ci PŞ-nin NH-nin sürücüsü, polis baş seriantı X10 vətəndaş Şəxs Elbrus Din-in 102 xidmətinə müraciəti əsasında ərizə və izahatın alınması məqsədilə ünvan 1 ünvanına getmişlər. Gəncə şəhəri, Tofiq Bağırov küçəsində olan zaman vətandaş Şəxs qeyri-rəsmi ailə münasibətində yaşadığı X2 onun tərəfindən döyülməsi ilə bağlı olaraq 1-ci PŞ-yə etmiş olduğu müraciət əsasında məhkəmə tibb ekspertizası təyin olunmasına heç bir əsaslı səbəb olmadan aqressiv hərəkətlər nümayiş etdirərək əməliyyat qurupunun üzvlərinə uca səslə nalayiq ifadələr işlədərək təhqir etmiş, ətrafda olan insanların diqqətini özünə cəlb etmişdir. Onlar Şəxs Elbrus oğluna ictimai qaydanı pozduğunu bildirmişlər və qanuna riayət etməyə dəvət etmişlər. Lakin Şəxs Elbrus oğlu öz hərəkətlərini davam etdirib nəlayiq ifadələr işlədərək polisə tabesizlik göstərmiş və yerdə olan daş parçasını götürərək polisin avtomaşınına atmağa cəhd göstərmişdir. Buna görə də Şəxs Elbrus oğlunu onlar Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nə təhvil vermişlər. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər 1-ci PŞnin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs Gəncə şəhəri, Tofiq Bağırov küçəsində polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, onlar ona ictimai qaydanı pozduğunu bildirmişlər və qanuna riayət etməyə dəvət etmişlər. Lakin Şəxs öz hərəkətlərini davam etdirib nəlayiq ifadələr işlədərək polisə tabesizlik göstərmişdir. Buna görə də Şəxs onlar Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nə təhvil vermişlər. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər 1ci PŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı X6 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs Gəncə şəhəri, Tofiq Bağırov küçəsində polislərə qarşı nalayiq ifadələr işlətmiş, onlar X18 aparmaq isdəyəndə onlara müqavimət göstərmişdir. Hətda yerdən daş götürüb polis maşınına atmağa cəhd etmişdir . X18 apardıqdan sonrada o öz hərəkətlərinə davam etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ucadan nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, şahidlərin izahatı, barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, əməlini qismən etiraf etməsini onun məsuliyyəti yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs həmin gün saat 20:50-də inzibati qaydada tutulmuşdur. Buna görə də həbsetmənin əvvəli həmin tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-2630/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2630/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver