Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2635/2025 11.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X5 və Gəncə şəhər DYPŞ Yol Patrul Xidmətinin inspektoru polis serjantı X3 iştirakı ilə, Gəncə şəhər BPİ-nin DYPŞ Yol Patrul Xidmətinin inspektoru polis serjantı X3 18 iyul 2025-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 manat inzibati cərimə olunması barədə 18 iyul 2025-ci il tarixli ******* saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, onun mülkiyyətində olan **-EP-*** nömrəli dövlət qeydiyyat nişanlı, “CHEVROLET CRUZE” markalı minik avtomobiliylə xx.xx.2025-ci il tarixində saat 17:05 radələrində Gəncə şəhəri, Atatürk prospekti 251 ünvanında yol polisi əməkdaşları onu heç bir əsas olmadan saxlamış və nə üçün saxlanma səbəbini soruşduqda özlərini təqdim etmədən heç bir qayda pozuntusunun olmasını bildirmədikləri üçün onlara irad tutduqda “sən çox bilirsən”, “biz istəsək çox pozuntu taparıq” demiş və aralarında mübahisə yaranmışdır. Sonra o, avtomobilini sürüb getmişdir. Bir müddət keçdikdə, yəni onlardan ayrıldıqdan yarım saat sonra ona guya onun xx.xx.2025-ci il tarixdə saat 17:05-də AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xəta törətməsi barədə sms-xəbərdarlıq gəlmişdir. Lakin, o, sözügedən inzibati xətanı törətməmişdir. Məhkəmə iclasında iştirak edən X9 şikayətin məzmununa uyğun olaraq izahat verib şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında və Gəncə şəhər DYPŞ Yol Patrul Xidmətinin inspektoru polis serjantı X7 izahatında şikayətçinin sözügedən inzibati xətanı törətdiyini, həmin xətanı törətməsi video görüntü ilə təsdiq edildiyini bildirərək qərarın əsaslı olduğunu və qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, 18 iyul 2025-ci il tarixli ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Gəncə şəhər DYPŞ Yol Patrul Xidmətinin inspektoru polis serjantı X3 18 iyul 2025-ci il tarixli ******* nömrəli saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat inzibati cərimə olunmuşdur. Məhkəmə iclasında Gəncə şəhər DYPŞ Yol Patrul Xidmətinin inspektoru polis serjantı X7 tərəfindən təqdim edilmiş DVD diskə baxış keçirilmişdir. X1 1.3 üfüqi nişanlama xətinin tələblərini pozaraq sola dönməsi və qeyd edilən inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir Tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X9 idarə etdiyi nəqliyyat vasitəsi ilə 1.3 üfüqi nişanlama xətlətinin tələblərini pozaraq sola dönərək yol hərəkət qaydasını pozduğundan onun hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Gəncə şəhər BPİ-nin DYPŞ Yol Patrul Xidmətinin inspektoru polis serjantı X3 18 iyul 2025-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-2635/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2635/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver